• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bölgələrdə yeni tədris ilinin yenilənən məktəbləri

Sentyabrın 16-da İmişli rayonu Yalavac kənd İ. Səfərov adına tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 


Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, həmçinin məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.


Tədbirdə çıxış edən Fərzəli Qədirov dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər və Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr barədə məlumat verib. Aparat rəhbərinin müavini bildirib ki, yeni tədris ilinin əvvəli üçün bölgələrdə istifadəyə verilən yeni məktəb binaları tədris keyfiyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.


Sonra Rəşad Musayev təbrik nitqi ilə çıxış edərək region üzrə təhsil nailiyyətlərindən danışıb.


Çıxışlardan sonra tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.


Qeyd edək ki, məktəb binası 624 şagird yerlikdir. Məktəbdə 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabineti, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təmin edilib. Məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, eləcə də müasir işıqlandırma sistemləri qurulub.

 

***

 

Sentyabrın 16-da Beyləqan rayonu Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən və əlavə tədris korpusunun inşasından sonra açılış mərasimi keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçışı Əziz Əzizov, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, eləcə də məktəbin müəllimləri, şagirdlər və digər qonaqlar iştirak ediblər. 


Çıxışlar zamanı məktəb binasının əsaslı təmir olunması və əlavə tədris korpusunun tikintisi ilə bağlı məktəb kollektivi təbrik edilib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, aparılan islahatlardan, əldə olunan uğurlardan söz açılıb.


Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Onlara məktəbin fəaliyyəti, əsaslı təmir olunan binanın tikintisi haqqında məlumat verilib.


Bildirilib ki, məktəbin əsaslı təmir olunan binası 504, əlavə tədris korpusu isə 320 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana var. 

 

***

 

Sentyabrın 16-da Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib. 


Açılış mərasimində Elm və Təhsil Naziriliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, məktəbin müəllim kollektivi və şagirdləri, eləcə də kənd sakinləri iştirak ediblər. 


Mərasimdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov əlamətdar gün münasibətilə şagirdləri təbrik sözlərini çatdırıb, həmçinin onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Elvin Rüstəmov dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkəmizdə təhsil keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən danışıb. 


Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında ölkə rəhbərliyin regionlarımıza, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqətdən danışıb. 


Sonda qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. 


Qeyd edək ki, məktəb 132 şagird yerlikdir. 1.65 ha ərazini əhatə edən məktəb 10 sinif, 1 məktəbəhazırlıq, 3 laboratoriya, 2 əmək, 1 informatika, 1 hərbi hazırlıq otağı, 80 nəfərlik akt zalı ilə şagirdlərin ixtiyarına verilib.

 

***


Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Heydər Əliyev Fondunun əməkdaşı Şamil Əzizov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımovla yanaşı, məktəb kollektivi və ictimaiyyət nümayəndələri də iştirak ediblər.   


Qonaqlar yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edərək təhsil işçiləri və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar.
  
Çıxışlardan sonra yeni təhsil ocağında yaradılan şəraitlə tanışlıq olub. Yeni məktəb binasının müasir tələblərə cavab verməsinin təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaratması xüsusilə qeyd edilib.

 

Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, ikimərtəbəli məktəb 480 şagird yerlikdir və üç blokdan ibarətdir. Hazırda məktəbdə 426 şagird təhsil alır. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 21 sinif otağı, idman zalı, texniki işçilərin otağı, mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, iclas zalı, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, həmçinin zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.


***

 

Sentyabrın 16-da Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.


Leyla Xəlilova yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. 


Tədbirdə çıxış edənlər son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildiriblər. 


Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.


Bildirilib ki, yenidən tikilmiş məktəb 528 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.

 

***

 

Sentyabrın 16-da Zaqatala rayonunun Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbi üçün yeni inşa edilmiş 432 şagird yerlik yeni bina istifadəyə verilib. 


Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, məktəb kollektivi və digər qonaqlar iştirak ediblər. 


Çıxışçılar məktəbin müəllim-şagird kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində uğurlar arzulayıblar.


Sonra yeni məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, tikintisinə cari ilin yanvarında başlanılmış üçmərtəbəli yeni məktəbdə 29 sinif otağı, hər cür avadanlıqla təchiz olunmuş kimya, biologiya, fizika kabineti və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və texnologiya kabinetləri, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 260 nəfərlik akt zalı, 90 nəfərlik bufet və idman zalı şagirdlərin istifadəsinə verilib. Məktəbdə 380 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq.

 

***


Sentyabrın 16-da Ağstafa rayon Zəlimxan kənd A.Asimoğlu kənd adına tam orta məktəbinin yeni binasının açılışı olub.


Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi müdirinin müavini Nəriman Qəhrəmanlı, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib. 


Bildirilib ki, məktəbin yeni binasının inşasına Heydər Əliyev Fondu tərəfindən "Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2023-cü ilin oktyabr ayından başlanılıb. Məktəb binası 220 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, 3 laboratoriya otağı, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur. Zəlimxan kənd A.Asimoğlu kənd adına tam orta məktəbinin yeni binası avadanlıqlarla təmin edilib, eyni zamanda, kamera sistemi də quraşdırılıb. 

 

***

 

Sentyabrın 16-da Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimi olub. 

 

Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 


Qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəbin yeni binası 130 şagird yerlikdir. 8 sinif otağından, 1 kitabxanadan, 1 müəllimlər otağından, 1 direktor otağından ibarət təhsil müəssisəsinin həyətində 1 genişotaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə çəpərləmə və asfaltlama işləri aparılıb, o cümlədən yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.

 


16.09.2024 - 18:36