Nazirliyin rəsmiləri paytaxt məktəblərindəki ilk dərs günündə
Sentyabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ilk dərs günü ilə bağlı bir sıra tədbirlər keçirilib.
Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirliyin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, rayon icra hakimiyyəti başçıları və nümayəndələri, eləcə də ziyalılar, müəllim və valideynlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.
Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.
Çıxışlardan sonra tədbir iştirakçıları ilk dərs prosesini izləyiblər.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
