Bu günlərdə T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında məktəblilərin rəsm müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda tanınmış təbiətşünas, akademik Həsən Əliyevin xatirəsinə həsr edilib.
Bu günlərdə T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında məktəblilərin rəsm müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda tanınmış təbiətşünas, akademik Həsən Əliyevin xatirəsinə həsr edilib. Tədbirdə Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, aparıcı məsləhətçi Elnur Əlizadə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar tərbiyə sektorunun məsləhətçisi Rövşən Əliyev, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Füzuli Əhmədov və digər şəxslər iştirak edib. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə respublika üzrə 2000-ə yaxın şagird iştirak edib. Müsabiqə 3 yaş qrupu üzrə 3 mərhələdə təşkil olunub. Müsabiqənin yekun mərhələsinə ölkəmizin regionları əhatə olunmaqla 310 məktəblinin rəsm işləri təqdim edilib. “Ətraf mühit və insan sağlamlığı”, “Biomüxtəlifliyin qorunması”, “Su həyatdır”, “Təbiətin mühafizəsi” mövzusunda çəkilmiş rəsmlərdə Azərbaycanın zəngin təbiəti, təbii ehtiyatları, insanın təbiətə münasibəti, qoruq və yasaqlıqlar əks olunub. Münsiflər heyətinin qərarı ilə Sumqayıt, Balakən, Saatlı məktəbliləri I, Bakı şəhəri Şüvəlan qəsəbəsi, Sabirabad və Zərdab rayonlarından olan məktəblilər II, Naxçıvan MR, Şahbuz, Qəbələ, Oğuz rayon məktəbliləri III yeri, Bakı şəhəri Nizami rayonu, Neftçala, Qazax rayon məktəbliləri isə həvəsləndirici yer tutublar.
08/07/2015 16:52
Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə Bağça-məktəb-lisey kompleksində “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində “İcbari təhsil”, “Özəl təhsil”, “Təhsilin dəyərləri” mövzuları ətrafında “Təhsil haqqında” Qanun layihəsinin ictimai müzakirəsini keçirib.
Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə Bağça-məktəb-lisey kompleksində “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində “İcbari təhsil”, “Özəl təhsil”, “Təhsilin dəyərləri” mövzuları ətrafında “Təhsil haqqında” Qanun layihəsinin ictimai müzakirəsini keçirib. Tədbirin məqsədi ölkədə aparılan təhsil islahatlarına dəstək vermək, təhsildə maraqlı tərəflərin fəallığını artırmaq və bu istiqamətdə ictimaiyyətin fikirini öyrənməkdən ibarət olmuşdur. Müzakirələrdə məktəb direktorları, müəllim, valideyn və şagirdlər, eləcə də qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Müzakirələr zamanı səslənmiş fikir və təkliflərin müvafiq dövlət qurumlarına təqdim olunması qərara alınıb. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırılıblar. Qeyd edək ki, “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində növbəti müzakirələr aprelin 30-da Əli Bayramlı şəhərində keçiriləcək.
08/07/2015 16:52
Aprelin 25-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada növbəti sınaq imtahanının keçirilməsinə dair müşavirə olub.
Aprelin 25-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada növbəti sınaq imtahanının keçirilməsinə dair müşavirə olub. Müşavirədə təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərinin buraxılış siniflərində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsinin təhsilin keyfiyyətini yüksəltməyə xidmət etdiyini bildirib. Bu sahədə artıq müəyyən uğurların qazanıldığını deyən Misir Mərdanov imtahanların yeni qaydada aparılmasının cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını söyləyib. Eyni zamanda nazir bu sahədə bir sıra çətinliklərin də olduğunu vurğulayıb. Sonra Misir Mərdanov imtahan prosesinə mənfi təsir göstərən halların aradan qaldırılması və imtahanların daha səmərəli keçirilməsi üçün həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib. Nazir bildirib ki, nizam-intizamın möhkəmləndirilməsi, imtahan prosesinin daha keyfiyyətli idarə edilməsi məqsədi ilə hər mərkəzdə 25-ə qədər otağın olması, hər otağa 18 şagirdin yerləşdirilməsi qərara alınıb. İmtahan otaqlarında şagirdlərin sayının azaldılması mərkəzlərin sayının artmasına səbəb olub. Məhz buna görə də nazir sonuncu yoxlama imtahanının əvvəlkilər kimi 89 mərkəzdə deyil, 129 mərkəzdə keçiriləcəyini bildirib, habelə onların paytaxt və bölgələr üzrə bölgüsü ilə müşavirə iştirakçıları tanış edib. Misir Mərdanov cavab kartlarının doldurulması ilə bağlı edilmiş yenilik barədə məlumat verib. Nazir bildirib ki, cavab kartlarının şagirdlər tərəfindən doldurulması zamanı çətinliklərin yaranmaması məqsədilə hər bir şagirdin cavab kartında onun kodunu, variantını, adı və soyadını bildiriən məlumat xüsusi qurğu tərəfindən əvvəlcədən qeyd olunub. Nazir çıxışında imtahan rəhbərlərinin təyin olunduqları mərkəzlərə getmə vaxtı, imtahan başa çatdıqdan sonra materialların Təhsil Nazirliyinə təhvil verilməsi, imtahanların aparılmasında mövcud təlimatın tələblərinə əməl edilməsi və s. məsələlərə də toxunub, eyni zamanda öz tövsiyələrini verib.
08/07/2015 16:52
Aprelin 25-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müşavirə keçirilib.
Aprelin 25-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə Səhiyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin əməkdaşı iştirak edib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidentinin təsdiq etdiyi müvafiq proqramın icrası istiqamətində görülən işləri qeyd edib. Nazir bildirib ki, bu məqsədlə ötən ilin iyulunda Təhsil Nazirliyində proqramın həyata keçirilməsi və idarəolunması üzrə beş nəfərdən ibarət işçi qrup yaradılıb. Eyni zamanda nazir görülən işlərin daha da səmərəliliyini artırmaq məqsədilə digər dövlət qurumları ilə birgə çalışmağın, yaxından əməkdaşlıq etməyin əhəmiyyətini qeyd edib. Proqramdan irəli gələn prioritet məsələlərdən danışan Misir Mərdanov müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla cari il üçün fəaliyyət planının təsdiq edildiyini də diqqətə çatdırıb. Misir Mərdanov həmin plana əsasən qarşıda duran vəzifələrdən söz açıb və dövlət uşaq müəssisələrində monitorinqin aparılmasının əsas məsələlərdən biri olduğunu vurğulayıb. Nazir qeyd olunan sahə üzrə mütəxəssislər tərəfindən sorğu anketinin hazırlandığını açıqlayaraq diqqətə çatdırıb ki, monitorinqin keçirilməsində əsas məqsəd müəssisələrdə yaşayan uşaqlar barədə hərtərəfli məlumatların yığılaraq təhlil edilməsi, nazirlikdə yaradılan məlumat bazasına daxil edilməsi, eləcə də həmin müəssisələrin infrastrukturunun, işçi heyətinin və yerləşdiyi ərazinin ehtiyaclarının öyrənilməsidir. Nazir, həmçinin dövlət uşaq müəssisələrinin toplanacaq hərtərəfli məlumatlar əsasında qiymətləndiriləcəyini diqqətə çatdırıb. Sonra nazir monitorinqin bu ayın əvvəllərindən başlandığını və cari tədris ilinin sonunadək yekunlaşdırılacağını açıqlayıb. Müşavirədə Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov Dövlət Proqramında nəzərdə tutulan məsələlərin zəruriliyindən, bu sahə üzrə normativ-hüquqi aktlardan danışıb. Eyni zamanda proqramın icrası istiqamətində stimullaşdırıcı amillərin də polundan, müvafiq istiqamətdə treninqlərin keçirilməsindən söz açıb. Tədbirdə YUNİSEF-in ölkəmizdəki nümayəndəsinin müavini xanım Cillian Vilkoks, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, respublikanın baş pediatrı Nəsib Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsində şöbə müdiri Sənubər Əlizadə və digər dövlət qurumlarını təmsil edən şəxslər uşaq müəssisələrində monitorinqin keçirilməsini dəstəklədiklərini qeyd edib, proqramın icrası istiqamətində həyata keçirilən tədbir və layihələr barədə danışıb, eləcə də rəy və təkliflərini bildiriblər.
08/07/2015 16:52
Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır. Ayrı-ayrı dövlət qurumları nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, pedaqoqların, deputatların, Rusiya, Ukrayna və digər ölkələrdən olan alimlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamında yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müddəanın əhəmiyyətini vurğulamışdır. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən bəhs edən rektor, 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış, Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr vermiş alimin şərəfli ömür yolunun layiqli örnək olduğunu bildirmişdir. Akademik A.Məhərrəmov, eyni zamanda, elmi konfransda 100-dən artıq məruzənin dinləniləcəyini söyləmişdir. Sonra professor Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Üç zirvənin fatehi” sənədli filmi nümayiş etdirilmişdir. Böyük alimin nəvəsi, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva XX əsr Azərbaycan ədəbi prosesinin inkişafında böyük ədib və alim Mir Cəlal Paşayevin mühüm rolunu vurğulamışdır. Professor N.Paşayeva heç zaman aktuallığını itirməyən 300-dən artıq hekayə və romanın, neçə-neçə monoqrafiyanın müəllifi olan Mir Cəlal Paşayevin əsərlərinin əhəmiyyətini diqqətə çatdırmışdır. Professor qeyd etmişdir ki, Mir Cəlal Paşayev qələminin məhsulu olan “Azərbaycanda ədəbi məktəblər” kitabı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu əsər ədəbiyyatşünaslıq elmimizə çox dəyərli bir töhfədir. Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev professor Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən bəhs etmişdir. Bildirmişdir ki, böyük ədib və alim Mir Cəlal Paşayev çox müdrik insan, nadir bir şəxsiyyət idi. Onun müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. İctimai fikrimizin formalaşmasında və inkişafında böyük xidmətləri olmuş dərin zəka sahibi M.C.Paşayev Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacaqdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yevgeni Sidorov M.C.Paşayevin 100 illik yubileyinin YUNESKO-nun təşəbbüsü ilə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Akademik Bəkir Nəbiyev və digər natiqlər də professor Mir Cəlal Paşayevin ədəbiyyatımızın, elmimizin, təhsilimizin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlərindən, gözəl insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər. Böyük yazıçı və alim Mir Cəlal Paşayevin oğlu, akademik Arif Paşayev yubileyin keçirilməsi ilə bağlı verilən müvafiq Sərəncama görə dövlətimizin başçısına və YUNESKO-nun rəhbərliyinə minnətdarlığını, atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir. Sonra elmi konfrans ayrı-ayrı bölmə iclaslarında işini davam etdirmiş, məruzələr dinlənilmişdir. AzərTac
08/07/2015 16:52
Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Təhsil Nazirliyi və AMEA-nın birgə təşkil etdiyi tədbirə dəvət olunan xarici qonaqlar, alimlər, elm və təhsil ictimaiyyətinin nümayəndələri öncə foyedə hazırlanmış “Heydər Əiyev irsi və onun tədqiqi” adlı sərgi ilə tanış olublar. AMEA-nın prezidenti Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. M.Kərimov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə çox mühüm məna yükü daşıyan fenomenə çevrildiyini, məhz bu səbəbdən xalqın onun doğum gününü ən əziz bayramlardan biri kimi qeyd etdiyini bildirib. M.Kərimov Heydər Əliyevin keçdiyi ömür yolunun zəngin bir həyat ensklopediyası olduğunu, hələ neçə-neçə nəslin bu ensklopediyanı özünə bir əqidə yolu seçəcəyini vurğulayıb. Sonra söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda ölkəmizin böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Eyni zamanda ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin, təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi daim mühüm yer tutub. Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, təhsilin aktual problemlərini və incəliklərini bilən, onun cəmiyyətin inkişafındakı rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyaları müasir təhsil tariximizin nadir incilərindəndir. Nazir ulu öndərimizin zəngin ideyalarının, yeritdiyi siyasətin hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini bildirib. Konfransda AMEA Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev “Heydər Əliyev və Azərbaycan mənəviyyatı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin dekanı Oqtay Sultanov “Heydər Əiyev və Azərbaycan praqmatik xarici siyasət kursu” mövzularında məruzə ediblər. Tədbirdə, həmçinin “Varlıq” jurnalının yaradıcısı və redaktoru Cavad Heyət, TRT-nin “Azərbaycan” redaksiyasının rəhbəri Seyfəddin Altaylı, akademik İsmayıl İbrahimov Heydər Əliyevin xalq və dövlət üçün müstəsna xidmətlərindən bəhs ediblər.
08/07/2015 16:52
Təhsil Nazirliyi ilə YUNİSEF-in birgə apardığı “Məktəb uşağın dostudur” layihəsi cərçivəsində Quba, Lənkəran və Masallı rayonlarının pilot məktəblərində keçirilən monitorinqlər artıq başa çatdırılıb.
Təhsil Nazirliyi ilə YUNİSEF-in birgə apardığı “Məktəb uşağın dostudur” layihəsi cərçivəsində Quba, Lənkəran və Masallı rayonlarının pilot məktəblərində keçirilən monitorinqlər artıq başa çatdırılıb. Məlumat üçün qeyd edirik ki, monitorinqin məqsədi həmin rayonlarda pilot məktəblərin “Fəal təlimin tətbiqi” mövzusu üzrə treninqlərdən keçirilmiş ibtidai sinif müəllimlərinin iş təcrübəsi, məktəbdə fəal təlim metodlarının tətbiqi imkanları, real vəziyyət və mövcud problemlərin, eləcə də Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətinin araşdırılmasından ibarət olub. Monitorinq zamanı müəyyənləşdirilmiş məktəblərin direktorları və sinif müəllimləri ilə görüşlər keçirilib, müvafiq qrup I-IV siniflərdə keçirilən dərslərdə iştirak edib.
08/07/2015 16:52
Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.
Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub. Təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsinin artıq başa çatdığını qeyd edib. Nazir bildirib ki, “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət edib, onlardan 208 nəfəri müvafiq bal toplayaraq müsabiqənin II mərhələsinə buraxılıb. Həmin müəllimlərdən 123-nün Bakı şəhərinin məktəblərindən, 28-nin nazirliyin tabeliyindəki lisey və gimnaziyalardan olduğunu açıqlayan Misir Mərdanov onu da əlavə edib ki, bu müsabiqədə 21 nəfər Sumqayıtı, 221 müəllim isə ölkəmizin digər rayon və şəhərlərini təmsil edib. Görüşdə nazir II mərhələyə buraxılan müəllimləri bu münasibətlə təbrik edib, onlara nəzərdə tutulan işlər və yeni mərhələ haqqında məlumat verib. Nazir həmin müəllimlərin sınaq dərsləri keçmək üçün Bakı şəhərində artıq 28 məktəbin müəyyən olunduğunu qeyd edib. Eyni zamanda aprelin 23-dən 26-dək keçiriləcək sınaq dərslərinin müəyyənləşdirilmiş 12 meyar üzrə qiymətləndiriləcəyini bildirib. Misir Mərdanov əlavə edib ki, hər fənn müəllimi sınaq dərsini öz ixtisasına uyğun keçəcək, dərslərdə isə rəsmi təsdiqlənmiş komissiya üzvləri iştirak edəcək. Nazir, həmçinin müasir müəllimi şərtləndirən əsas keyfiyyətlərdən danışaraq bildirib ki, bugünün müəllimi daha çox təşkilatçılığı və istiqamətvericiliyi ilə fərqlənməli, şagirdlərə dövrün tələblərinə uyğun həyati bacarıqlar aşılamalıdır. Sonda müsabiqənin II və III mərhələsi ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Hulusi Qılıncla görüşüb.
Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Hulusi Qılıncla görüşüb. Öncə nazir səfiri ölkəmizdə yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Misir Mərdanov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın yüksək səviyyədə inkişafını xüsusi qeyd edib. Nazir ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin fəaliyyətindən razılıqla söz açaraq həmin müəssisələrin qazandıqları nailiyyətlərdən məmnunluqla danışıb.Eyni zamanda nazir iki ölkənin təhsil proqramlarının yaxınlaşması, ortaq dərsliklərin çap edilməsi istiqamətində addımlar atılmasını irəli sürüb, universitetlərarası əlaqələr, birgə müvafiq layihələr həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Cənab Hulusi Qılınc ona göstərilən yüksək münasibətə və səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Azərbaycanda özünü öz ölkəsində olduğu kimi hiss etdiyini bildirən səfir iki ölkə arasında münasibətlərin sürətlə inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Səfir, həmçinin türk liseylərinə göstərdiyi diqqət və qayğı üçün Misir Mərdanova minnətdarlıq edib. Türkiyə ilə Azərbaycan arasında olan tarixi əlaqələrdən söz açan səfir təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişafının zəruriliyini bildirib və bu sahə üzrə aparılan işlərə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Görüşdə ali məktəblərimizdə təhsil alan türkiyəli tələbələrin mövcud vəziyyəti, “23 Nisan-Çocuk bayramı”nın ölkəmizdə də qeyd olunması, habelə digər məsələlər ətrafında söhbət aparılıb.
08/07/2015 16:52
Aprelin 18-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilinə milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı müşavirə keçirilib.
Aprelin 18-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilinə milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov milli kurrikulum əsasında 13 adda dərslik, 21 adda müəllimlər üçün vəsait, 15 adda şagirdlər üçün iş dəftəri hazırlanacağını və bu məqsədlə görülən işləri qeyd edib. Nazir aparılan tədbirlərə müvafiq olaraq beynəlxalq məsləhətçilərlə keçirilən görüşləri, onların verdikləri məsləhət və tövsiyələrin nəzərə alındığını diqqətə çatdırıb. Nazir, həmçinin hazırlanacaq dərslik komplektlərinin qiymətləndirilməsi işinin müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçiriləcəyini bildirib. Nazir müşavirədə iştirak edən nəşriyyat rəhbərlərinə və digər şəxslərə qeyd olunan istiqamətdə konkret tapşırıqlar verib. Sonra Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə şuranın görəcəyi işlər, qarşıda duran vəzifələr haqqında məlumat verib, habelə nəşriyyat direktorlarının müvafiq məsələlərlə bağlı sualları cavablandırılıb.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı