Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Hulusi Qılıncla görüşüb.

Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Hulusi Qılıncla görüşüb.
Öncə nazir səfiri ölkəmizdə yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Misir Mərdanov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın yüksək səviyyədə inkişafını xüsusi qeyd edib. Nazir ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin fəaliyyətindən razılıqla söz açaraq həmin müəssisələrin qazandıqları nailiyyətlərdən məmnunluqla danışıb.Eyni zamanda nazir iki ölkənin təhsil proqramlarının yaxınlaşması, ortaq dərsliklərin çap edilməsi istiqamətində addımlar atılmasını irəli sürüb, universitetlərarası əlaqələr, birgə müvafiq layihələr həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Cənab Hulusi Qılınc ona göstərilən yüksək münasibətə və səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Azərbaycanda özünü öz ölkəsində olduğu kimi hiss etdiyini bildirən səfir iki ölkə arasında münasibətlərin sürətlə inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Səfir, həmçinin türk liseylərinə göstərdiyi diqqət və qayğı üçün Misir Mərdanova minnətdarlıq edib. Türkiyə ilə Azərbaycan arasında olan tarixi əlaqələrdən söz açan səfir təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişafının zəruriliyini bildirib və bu sahə üzrə aparılan işlərə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə ali məktəblərimizdə təhsil alan türkiyəli tələbələrin mövcud vəziyyəti, “23 Nisan-Çocuk bayramı”nın ölkəmizdə də qeyd olunması, habelə digər məsələlər ətrafında söhbət aparılıb.


10 il əvvəl