Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 25-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müşavirə keçirilib.

Aprelin 25-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə Səhiyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin əməkdaşı iştirak edib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidentinin təsdiq etdiyi müvafiq proqramın icrası istiqamətində görülən işləri qeyd edib. Nazir bildirib ki, bu məqsədlə ötən ilin iyulunda Təhsil Nazirliyində proqramın həyata keçirilməsi və idarəolunması üzrə beş nəfərdən ibarət işçi qrup yaradılıb. Eyni zamanda nazir görülən işlərin daha da səmərəliliyini artırmaq məqsədilə digər dövlət qurumları ilə birgə çalışmağın, yaxından əməkdaşlıq etməyin əhəmiyyətini qeyd edib. Proqramdan irəli gələn prioritet məsələlərdən danışan Misir Mərdanov müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla cari il üçün fəaliyyət planının təsdiq edildiyini də diqqətə çatdırıb.
Misir Mərdanov həmin plana əsasən qarşıda duran vəzifələrdən söz açıb və dövlət uşaq müəssisələrində monitorinqin aparılmasının əsas məsələlərdən biri olduğunu vurğulayıb. Nazir qeyd olunan sahə üzrə mütəxəssislər tərəfindən sorğu anketinin hazırlandığını açıqlayaraq diqqətə çatdırıb ki, monitorinqin keçirilməsində əsas məqsəd müəssisələrdə yaşayan uşaqlar barədə hərtərəfli məlumatların yığılaraq təhlil edilməsi, nazirlikdə yaradılan məlumat bazasına daxil edilməsi, eləcə də həmin müəssisələrin infrastrukturunun, işçi heyətinin və yerləşdiyi ərazinin ehtiyaclarının öyrənilməsidir. Nazir, həmçinin dövlət uşaq müəssisələrinin toplanacaq hərtərəfli məlumatlar əsasında qiymətləndiriləcəyini diqqətə çatdırıb.
Sonra nazir monitorinqin bu ayın əvvəllərindən başlandığını və cari tədris ilinin sonunadək yekunlaşdırılacağını açıqlayıb.
Müşavirədə Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov Dövlət Proqramında nəzərdə tutulan məsələlərin zəruriliyindən, bu sahə üzrə normativ-hüquqi aktlardan danışıb. Eyni zamanda proqramın icrası istiqamətində stimullaşdırıcı amillərin də polundan, müvafiq istiqamətdə treninqlərin keçirilməsindən söz açıb.
Tədbirdə YUNİSEF-in ölkəmizdəki nümayəndəsinin müavini xanım Cillian Vilkoks, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, respublikanın baş pediatrı Nəsib Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsində şöbə müdiri Sənubər Əlizadə və digər dövlət qurumlarını təmsil edən şəxslər uşaq müəssisələrində monitorinqin keçirilməsini dəstəklədiklərini qeyd edib, proqramın icrası istiqamətində həyata keçirilən tədbir və layihələr barədə danışıb, eləcə də rəy və təkliflərini bildiriblər.


10 il əvvəl