Aprelin 16-da Bakının Səbail rayonunun 20-ci sahəsində yeni inşa olunmuş 332 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib.
Aprelin 16-da Bakının Səbail rayonunun 20-ci sahəsində yeni inşa olunmuş 332 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov, Səbail rayonu İcra Hakimiyyətinin başcısı Sahib Ələkbərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Misir Mərdanov bağçanın rəmzi açılışını bildirən qırmızı lenti kəsdikdən sonra məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olub. Nazir yeni tikilib istifadəyə verilmiş məktəbəqədər təhsil müəsissəsində uşaqlar üçün yaradılan şəraitindən razı qaldığını vurğulayıb. Misir Mərdanov ölkə başcısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, habelə məktəbəqədər təhsil müəssisəsinin tikintisini bu qayğının təzahürü kimi qiymətləndirib. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov belə bir gözəl bağçanın tikilib istifadəyə verilməsini bu ərazidə yaşayan aztəminatlı ailələrin uşaqları üçün gözəl bir hədiyyə olduğunu bildirib.
08/07/2015 16:52
Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı cənab Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru cənab Filip Lyonu qəbul edib.
Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı cənab Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru cənab Filip Lyonu qəbul edib. Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və digər şəxslər iştirak ediblər. Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş miqyasda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Misir Mərdanov yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin böyük rolundan bəhs edərək qonaqlara son illər ölkəmizdə bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda Türkiyə ilə Azərbaycan qardaşlığının parlaq simvolu olan “Qafqaz” Universitetinin böyük uğurlarından söz açıb. Sonra çıxış edən cənab Don Hines Azərbaycanda qarşıladıqları yüksək qonaqpərvərlik və səmimiyyətə görə təşəkkürünü bildirib. “Qafqaz”la Troy universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəb olduğunu deyən qonaq tədbir iştirakçılarına bu təhsil ocağı haqqında ətraflı məlumat verib. Görüşdə “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc və Troy Universitetinin dekanı cənab Don Hines beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanmasına dair qarşılıqlı əməkdaşlığa dair anlaşma sənədini imzalayıblar. Məlumat üçün bildirək ki, müqaviləyə görə “Qafqaz” Universitetinin bir qrup tələbəsi 2 il bu ali məktəbdə, 2 il isə ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunacaq. Proqramı başa vurmuş tələbələrə hər 2 universitetin biznes bakalavrı dərəcəsi veriləcək. Eyni zamanda biznes magistr proqramının həyata keçirilməsi də gözlənilir.
08/07/2015 16:52
Aprelin 15-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı fənn komissiyalarının üzvləri ilə görüş keçirilib.
Aprelin 15-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı fənn komissiyalarının üzvləri ilə görüş keçirilib. Görüşü təhsil naziri Misir Mərdanov açaraq ölkə başçısı cənab İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi ilə bağlı ötən müddət ərzində lazımı təşkilatı işlərin görüldüyünü qeyd edib. Nazir görüş iştirakçılarının diqqətinə “Ən yaxşı müəllim” müsabiqəsi ilə üzrə məlumatları çatdıraraq bildirib ki, bu müsabiqədə iştirak etmək üçün Təşkilat Komitəsinə müraciət edən 393 nəfərdən 208-i növbəti mərhələyə buraxılıb. Misir Mərdanov həmin müəllimlərin sınaq dərsi deyəcəklərini, dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarının da artıq müəyyən edildiyini bildirib. Eyni zamanda dinləniləcək sınaq dərslərinin müəyyən edilmiş 12 meyar əsasında maksimum 10 balla dəyərləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Nazir, həmçinin fənn komissiyaları üzvlərinə işə olduqca məsuliyyətli yanaşmağı və diqqətli olmağı tövsiyə edib. Tədbirdə sınaq dərslərinin dinlənilməsi və bununla bağlı digər məsələlər haqqında müvafiq suallar cavablandırılıb.
08/07/2015 16:52
Aprelin 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə keçirilib.
Aprelin 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə keçirilib. Tədbiri açan təhsil naziri Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin I mərhələsinin başa çatdığını bildirib. Müşavirədə o da məlum olub ki, Təhsil Nazirliyində aidiyyəti şəxslərin iştirakı ilə keçirilən müzakirə zamanı növbəti mərhələyə keçid balı minimum 16 müəyyən edilmiş və buna müvafiq olaraq təşkilat komitəsinin qərarı ilə müsabiqənin növbəti mərhələsinə 208 müəllim buraxılıb. Misir Mərdanov bildirib ki, II mərhələyə vəsiqə qazanmış müəllimlərin sınaq dərsləri keçəcəklərini bildirib. Bu isə böyük məsuliyyətlə yanaşmağın zəruriliyini məktəb rəhbərlərinin diqqətinə çatdıran nazir tədbirin yüksək səviyyədə həyata keçirilməsinin onların təşkilatçılıq qabiliyyətindən asılı olduğunu vurğulayıb. Daha sonra “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi haqqında məlumat verən Misir Mərdanov iştirak üçün 126 məktəbin müraciət etdiyini, onlardan 102 məktəbin II mərhələyə buraxıldığını qeyd edib. Müşavirədə “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı digər məsələlər də müzakirə olunub.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsi artıq başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsi artıq başa çatıb. “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət etmiş, 31-i müəyyən edilmiş şərtlərə uyğun gəlmədiyindən (pedaqoji iş stajı az olanlar, Prezident təqaüdçüsü, məktəb direktoru, direktor müavini, psixoloq olanlar, əsas iş yeri məktəb olmayanlar) siyahıdan çıxarılmışdır. Təhsil Nazirliyində aidiyyəti şəxslərin iştirakı ilə keçirilən müzakirə zamanı növbəti mərhələyə keçid balı minimum 16 müəyyən edilib. Müvafiq bal toplayanların sayı 208 nəfərdir. Onlardan 31-i ingilis dili, 29-u ibtidai sinif, 29-u riyaziyyat, 24-ü Azərbaycan dili və ədəbiyyat, 16-sı fizika, 11-i biologiya, 11-i informatika, 9-u kimya, 9-u coğrafiya, 5 nəfəri rus dili müəllimidir. Qalan 10 nəfəri isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, alman dili, fransız dili, əmək hazırlığı, iqtisadiyyatın əsasları, ərəb dili müəllimləri təşkil edir. Təşkilat Komitəsinin qərarı ilə 208 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılmışdır. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində iştirakçı müəllimlərin dərsi dinləniləcəkdir. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində isə iştirak üçün müraciət etmiş 126 məktəbdən 102-nin ikinci mərhələyə buraxılması məqsədəuyğun hesab edilib. Hər iki müsabiqənin iyunun 25-dək yekunlaşdırılması nəzərdə tutulur. II mərhələnin nəticəsindən asılı olmayaraq, hər iki müsabiqənin iştirakçıları III tura buraxılacaqlar. Qaliblər üç mərhələ üzrə toplanan ballara görə müəyyən ediləcəkdir.
08/07/2015 16:52
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası birgə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirib.
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası birgə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirib. Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, Səməd Seyidov açaraq konfransın keçirilməsinin əsas məqsədini açıqlayıb. Ali təhsil sahəsində gedən dəyişikliklərdən, ölkəmizin 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğu barədə danışan professor S.Seyidov bildirib ki, ali təhsil müəssisələrimizin Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanına inteqrasiyasına geniş imkanlar açılıb. O, rektoru olduğu universitetdə kredit sistemi üzrə geniş iş aparıldığını, bu istiqamətdə aparılan tədbirlərin uğurla həyata keçirildiyini bildirib. S.Seyidov beynəlxalq konfrans haqqında ətraflı məlumat verdikdən sonra çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun inkişafına diqqətin daha çox artırılmasının təqdirəlayiq olduğunu deyərək keçirilən tədbirin bu baxımdan əhəmiyyətini qeyd edib. Nazir son illər ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi üzrə əsaslı işlər görüldüyü barədə geniş söz açıb. Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə bağlı görüləsi, eləcə də həlli vacib işlərdən danışıb. Nazir ali təhsil sahəsində diqqət yetirilməsi zəruri olan bir sıra məqamlar üzərində xüsusi dayanaraq fikir və mülahizələrini söyləyib. Misir Mərdanov beynəlxalq əməkdaşlığın ali təhsilimizin inkişafına müsbət təsir göstərdiyini bildirərək konfransın işinə uğurlar arzulayıb. Belçika universitetləri üzrə dövlət komissarı, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun Təhsil qanunu üzrə nümayəndəsi, bir neçə Avropa universitetlərinin professoru Jan De Groof çıxışında Avropa ölkələrində ali təhsil sahəsində gedən son dəyişikliklərdən, tətbiq olunan bir sıra yeniliklərdən danışıb. Eyni zamanda iştirakçılara Avropa ölkələrində ali təhsil istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Çıxış üçün söz alan Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən Boloniya prosesi və Türkiyənin təcrübəsindən danışıb. Daha sonra təhsil mühiti və universitetlərin potensialı, akademik prosesin genişlənməsi, tədrisin səmərəliliyi, keyfiyyətin təminatı və digər bölmələr üzrə ayrı-ayrı yerli, eyni zamanda xarici ölkələrin ali təhsil sahəsində çalışan mütəxəssislərin məruzələri dinlənilib.
08/07/2015 16:52
Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirilib.
Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirilib. Məlumat üçün qeyd edək ki, üç mərhələdə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil və peşə liseylərinin VII-XI sinif şagirdləri iştirak edib. Fevral ayında keçirilən məktəb mərhələsinə 600 mindən artıq məktəbli qatılmış, onlardan 300 minə yaxını martda təşkil olunan rayon, şəhər mərhələsində iştirak etmişlər. Respublika mərhələsində hər rayondan 1 nəfər, Bakı şəhərindən 22 nəfər olmaqla cəmi 127 məktəbli iştirak etmək hüququ qazanıb. Təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər ümummilli liderimiz Heydər Əliyevin liseyin həyətindəki büstü önünə gül dəstələri qoyduqdan sonra içəri daxil olublar. Müsabiqədən öncə çıxış edən nazir final mərhələsinə vəsiqə qazanmış hər bir məktəblini bu böyük uğurları münasibətilə təbrik edib. Heydər Əliyevin Azərbaycanın tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən Misir Mərdanov bu gün malik olduğumuz hər şey üçün məhz ona borclu olduğumuzu qeyd edib. Nazir ulu öndərimizin irəli sürdüyü siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində dövlətimizin bütün sahələrdə inkişaf edərək dünya miqyasında tanındığını xüsusi vurğulayıb. Misir Mərdanov müsabiqənin Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırıb və bu tədbirə gələcəkdə daha çox məktəblinin cəlb olunmasını arzulayıb. Nazir, həmçinin müsabiqəyə aprelin 30-da yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında təşkil olunacaq təntənəli mərasimdə qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini bildirib və Təşkilat Komitəsinin adından bütün iştirakçılara uğurlar diləyib. Sonra müsabiqə iştirakçılarının respublika mərhələsində yazacaqları “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı mövzusu lövhəyə qeyd edilib.
08/07/2015 16:52
Aprelin 9-da Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 336 və Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 330 saylı uşaq bağçalarının açılış mərasimi keçirilib.
Aprelin 9-da Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 336 və Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 330 saylı uşaq bağçalarının açılış mərasimi keçirilib. Öncə Kürdəxanı qəsəbəsindəki 336 saylı uşaq bağçasında rəmzi açılışı bildirən qırmızı lent kəsilib, təhsil naziri Misir Mərdanov və digər qonaqlar bu tərbiyə müəssisəsi ilə yaxından tanış olublar. Bağçanın müasir mebel və digər avadanlıqlarla təmin olunmasından, ümumilikdə yaradılan yüksək şəraitdən razılığını ifadə edən nazir bu işdə əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir xüsusilə diqqətə çatdırıb ki, qeyd olunan sahə ölkə Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın diqqət mərkəzindədir. Mərasimdə məlum olub ki, qəsəbədə yeganə məktəbəqədər tərbiyə müəssisəsi olan bu bağça 120 uşağı əhatə edəcək, onların tərbiyəsi ilə isə 12 tərbiyəçi məşğul olacaq. Təhsil naziri Misir Mərdanov bağçanın pedaqoji kollektivini, kiçik sakinləri yeni binanın açılışı münasibətilə təbrik edib, eləcə də bağçanın rəy və təkliflər kitabına ürək sözlərini yazıb. Elə həmin gün Bülbülə qəsəbəsindəki 330 saylı körpələr evi-uşaq bağçasının da açılışı olub. Nazir müasir standartlara uyğun inşa olunmuş və avadanlıqlarla təchiz edilmiş bu tərbiyə ocağında pedaqoji kollektivin apardığı məzmunlu tərtibat işlərindən də razı qalıb, bağçanın rəhbərliyinə müəssisəni bu səviyyədə saxlamağı tövsiyə edib. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, qəsəbələrin bələdiyyə sədrləri iştirak edib.
08/07/2015 16:52
Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində görüş keçirilib.
Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində görüş keçirilib. Görüşdə şagird nailiyyətlərinin ana dili, riyaziyyat və təbiət elmləri ilə bağlı beynəlxalq qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda şagirdlərin təkcə yaşa görə deyil, siniflər və kurrikulum üzrə qiymətləndirilməsi əsasında fənn kurrikulumlarının təkmilləşdirilməsi, müəllimlərin ixtisasartırmasının təşkili və digər məsələlər müzakirə edilib.
08/07/2015 16:52
Bu günlərdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş şahmat üzrə Respublika turniri keçirilib.
Bu günlərdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş şahmat üzrə Respublika turniri keçirilib. Yarış 5 yaş qrupu üzrə Bakı, Naxçıvan, Şəmkir, İsmayıllı, Beyləqan, Masallı və Xaçmazda keçirilib. Turnirdə 556 şahmatçı iştirak edib. Məlumat üçün onu da qeyd edək ki, zonalar üzrə hər yaş qrupunda I yer tutan qız və oğlanlar turnirin 17-24 aprel tarixlərində Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak edəcəklər.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı