Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.
Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.
Təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsinin artıq başa çatdığını qeyd edib. Nazir bildirib ki, “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət edib, onlardan 208 nəfəri müvafiq bal toplayaraq müsabiqənin II mərhələsinə buraxılıb. Həmin müəllimlərdən 123-nün Bakı şəhərinin məktəblərindən, 28-nin nazirliyin tabeliyindəki lisey və gimnaziyalardan olduğunu açıqlayan Misir Mərdanov onu da əlavə edib ki, bu müsabiqədə 21 nəfər Sumqayıtı, 221 müəllim isə ölkəmizin digər rayon və şəhərlərini təmsil edib.
Görüşdə nazir II mərhələyə buraxılan müəllimləri bu münasibətlə təbrik edib, onlara nəzərdə tutulan işlər və yeni mərhələ haqqında məlumat verib. Nazir həmin müəllimlərin sınaq dərsləri keçmək üçün Bakı şəhərində artıq 28 məktəbin müəyyən olunduğunu qeyd edib. Eyni zamanda aprelin 23-dən 26-dək keçiriləcək sınaq dərslərinin müəyyənləşdirilmiş 12 meyar üzrə qiymətləndiriləcəyini bildirib.
Misir Mərdanov əlavə edib ki, hər fənn müəllimi sınaq dərsini öz ixtisasına uyğun keçəcək, dərslərdə isə rəsmi təsdiqlənmiş komissiya üzvləri iştirak edəcək. Nazir, həmçinin müasir müəllimi şərtləndirən əsas keyfiyyətlərdən danışaraq bildirib ki, bugünün müəllimi daha çox təşkilatçılığı və istiqamətvericiliyi ilə fərqlənməli, şagirdlərə dövrün tələblərinə uyğun həyati bacarıqlar aşılamalıdır.
Sonda müsabiqənin II və III mərhələsi ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
