Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaş müraciətlərinin statistikası

Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 299 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 17 508-i çağrı mərkəzləri, 166-sı sosial media, 2 958-i  "WhatsApp" vasitəsilə olduğu halda, 1026-sı  elektron, 920-si isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 721 müraciət qeydə alınıb.     Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.

Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.   Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.   Görüşdə iştirakçıları salamlayan elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində aparılan islahatlardan, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb. Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib. E.Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.   Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib. Elm və təhsil naziri tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.   Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.   Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.   Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Firudin Qurbanov Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Dekabrın 13-də Qusar rayonuna səfər edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.    Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da iştirak edib.    Tövsiyələri ilə çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, qarşıda duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.   Görüş zamanı təhsil sahəsi üçün müəyyən edilmiş əsas hədəflərdən də danışılıb.    Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında region üzrə tədrisin təşkili ilə bağlı təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verib.   Görüşdə, həmçinin 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumi təhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif olunublar.    Sonda görüş iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib

Dekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb.   Görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.   Nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş təhsil işçiləri hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.   Çıxışının sonunda görüş iştirakçılarının hər birinə uğurlar arzulayan Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.   Görüşdə iştirak edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər.   Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov аdına 6 nömrəli tam orta məktəbdə olub.    Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.    Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib.    Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib.    

Nazir müavini Firudin Qurbanov Qusarda vətəndaşları qəbul edib

Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Quba, Qusar və Xaçmaz rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.    Nazir müavini vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Fəxri xiyaban ziyarət edilib

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

"Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib

Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib.    Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak ediblər.    Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədi və önəmini vurğulayıb.   Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, ali təhsil müəssisələrində tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub.   Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.   Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov öz növbəsində elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.   Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.   Tədbir "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzuları üzrə panel sessiyalarla davam edib.   Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından etibarən keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.   Layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran rayonu və Şəki şəhərində, 15 və 17 oktyabr tarixlərində Gəncə və Mingəçevir şəhərləri, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, 9-10 dekabr tarixlərində Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 000 nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.   Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) başlayıb

Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) açılış mərasimi keçirilib.    Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə keçirilir.    Tədbirdən əvvəl konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.    Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayaraq elmi konfransın rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsindən məmnunluğunu bildirib. Rektor elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində aparılan yeniliklər, tədris olunan ixtisaslar və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıtın yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu şəhərin bilik və təcrübə mənbəyinə çevrilir.    Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında artıq 27-ci dəfə keçirilən konfransın təşkilinin əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını qeyd edən  Emin Əmrullayev bildirib ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.       Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.    Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis təqdim edilib, onlardan 251 tezis qəbul olunub.    Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.    Konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil edilib. 

Şabran rayonunda vətəndaşlar və təhsil işçiləri ilə görüşlər keçirilib

Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şabran rayonunda olub.    Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Səfər çərçivəsində Mətin Kərimli Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birgə Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasına baş çəkib.    Daha sonra Aparat rəhbəri Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib və onların həlli yolları müzakirə edilib.    Səfər çərçivəsində qonaqlar Şabran şəhərində yerləşən Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə olublar. Təhsil müəssisəsində mövcud şəraitlə tanış olan qonaqlar tədris prosesini izləyib, şagird və müəllim kollektivi ilə söhbət aparıblar. Söhbət zamanı şagirdlərin təhsil nailiyyətləri və gələcək planlarından söz açılıb.    Səfər zamanı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində çalışan müəllimlərlə də görüş keçirilib, təltif edilən təhsil işçilərinə döş nişanları və fəxri fərmanlar təqdim edilib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı