Apellyasiya Şurasının növbəti iclası keçirilib
Fevralın 20-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Iclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Gülnarə Qurbanovanın, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizədlər Firəngiz Hüseynova və Elmir Əlizadənin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Əkbər Ələkbərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və təmin edilməsi barədə qərarlar qəbul olunub.
Eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Xəzər Quluzadə müraciətinin baxılmamış saxlanılması ilə bağlı Apellyasiya Şurasına müraciət edib və qeyd olunan müraciət üzrə icraata xitam verilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
