Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsi keçiriləcək
"Bir Könüllü" Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin riyaziyyat üzrə yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək.
Düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, onları riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq, yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir.
Düşərgədə riyaziyyat, fizika və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kursda, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər.
Düşərgə çərçivəsində iştirakçılar üçün ali riyaziyyatın əsasları, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri, ədədlər nəzəriyyəsi və kriptoqrafiya mövzularında mütəxəssislər tərəfindən xüsusi hazırlanmış təlimlər keçiriləcək.
İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.
Seçilmiş namizədlər "Riyazi analiz" və "Cəbr və ədədlər nəzəriyyəsi" fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.
Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/gk99Hn12FjCWsj3U9
25.02.2025 - 10:37
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31