Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Oktyabrın 1-dən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün tədris prosesinə başlanılıb.   2026/2027-ci tədris ilində məktəbəqədər təhsilin əlçatanlığının artırılması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması və valideynlər üçün əlavə seçim imkanlarının yaradılması məqsədilə tətbiq olunan yeni maliyyələşmə modeli çərçivəsində 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqə yolu ilə seçilib.   Yeni mexanizmə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində qəbul olunan uşaqların təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdirilir.

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.   Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.

Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi və Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandum Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar tərəfindən imzalanıb. Anlaşma Memorandumunun məqsədi müdafiə sənayesi üçün kadr hazırlığı, akademik mübadilə, istehsalat təcrübəsi və texnologiya sahələrində tərəflər arasında dördtərəfli əməkdaşlığın ümumi çərçivəsini müəyyən etməkdir.   Memoranduma əsasən, tərəflər arasında prioritet ixtisas sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması, müdafiə sənayesi müəssisələrinin mühəndis, texniki və idarəetmə heyəti üçün ixtisasartırma, yenidənhazırlanma proqramlarının təşkili, ali təhsil müəssisələrinin akademik heyətinin və tələbələrinin qarşılıqlı mübadiləsi, tələbələrin və gənc mütəxəssislərin hər iki ölkənin müdafiə sənayesi müəssisələrində təcrübə keçməsi, texnoparklar arasında birbaşa əlaqələrin qurulması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.   “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutacaq.   Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşməkdir.   Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən, Varkey Fondunun direktoru Avqustin Porres təqdimatlarla çıxış edəcəklər.   Forum çərçivəsində həmçinin nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası keçiriləcək.   Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, eləcə də süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulacaq.   Forumda əyani iştirak etmək istəyən şəxslərdən əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur. Yerlər məhduddur.   Qeydiyyat üçün: https://forms.gle/KSpf4JvfXg6DYkxB8

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər keçirilib.   Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Hilal Salmanov və Rövşən Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Prezident Kitabxanasının direktoru Afət Abbasova, yerli icra strukturları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan və kafedra müdirləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, tələbələr, müəllimlər, əslən Qərbi Azərbaycandan olan valideynlər, yerli mətbuat orqanları əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.               Açıq dərslər zamanı Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.        Səfər çərçivəsində məktəblərin kitabxana fonduna Qərbi Azərbaycana dair kitablar təqdim olunub.    Qeyd edək ki, sözügedən tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub.

Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb

Çin Xalq Respublikasının Şanxay şəhərində 22–27 sentyabr tarixlərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.   Beynəlxalq yarışda 70 ölkə və regiondan 1400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Yarış 6 əsas sektor üzrə təşkil olunub.   Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub. “WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik bacarıqları üzrə mübarizə aparıblar.   Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.   Kibertəhlükəsizlik bacarığı üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil edib. Komanda 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüb. Rəsmi nəticələrə əsasən, bu göstərici ilə Azərbaycan komandası Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarından daha yaxşı nəticə göstərə bilib.    Bu nəticə Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” uğurudur. Ölkəmiz bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.   Kibertəhlükəsizlik istiqaməti üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim prosesi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələləri əhatə edib. Final seçim mərhələsində iştirakçıların müdafiə və insidentlərə reaksiya, həmçinin hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib.   Qeyd edək ki, Azərbaycan peşə bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması, gənclərin beynəlxalq arenada tanıdılması və məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə 2020-ci ildə “WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub.   2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb.   “WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, gənclərin müasir peşələr üzrə hazırlanması və beynəlxalq bacarıq standartlarının təhsil sisteminə inteqrasiyası baxımından mühüm platformadır.   “WorldSkills Shanghai 2026” yarışında Azərbaycanın əldə etdiyi “Medal of Excellence” ölkəmizdə peşə bacarıqlarının inkişafı və gənclərin beynəlxalq bacarıq yarışlarında iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin nəticələrindən biridir.

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub

Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin (CDEDU) 10-cu plenar iclası keçirilib. İclasda Azərbaycanı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva təmsil edib.   Avropa Şurasının təhsil sahəsində əsas hökumətlərarası komitəsi olan CDEDU üzv dövlətlər arasında təhsil siyasəti üzrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır. 46 üzv dövlətin müvafiq elm və təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən 10-cu plenar iclasda Avropa Şurasının 2024–2030-cu illər üzrə Təhsil Strategiyasının icrası, habelə təhsil sahəsində cari fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.   İclas çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndəsi rəqəmsal dövrdə müəllimlərin və digər təhsil işçilərinin rolunun gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə tətbiqi, təhsildə gender bərabərliyinin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi, o cümlədən elmi nəticələrin praktiki tətbiqinin stimullaşdırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib.

Zəfər parkı ziyarət edilib

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.   Ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Həsən Həsənli “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən paneldə çıxış edib

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusuna həsr edilmiş panel sessiyada elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.   Panel müzakirəsi zamanı insan kapitalının iqtisadi inkişafda rolu, əmək bazarının dəyişən tələbləri, süni intellekt dövründə yeni bacarıqların formalaşdırılması, təhsil-sənaye əməkdaşlığı və təhsilə qoyulan investisiyaların uzunmüddətli iqtisadi təsiri ətrafında fikir mübadiləsi aparılıb.   Çıxışında Həsən Həsənli bildirib ki, müasir dövrdə insanları mövcud peşələrə hazırlamaqla yanaşı, onlara gələcəyin peşə və biznes imkanlarını formalaşdırmaq üçün zəruri bacarıqların aşılanması da mühüm əhəmiyyət daşıyır. Nazir müavini süni intellekt və rəqəmsal texnologiyaların əmək bazarını sürətlə dəyişdirdiyi şəraitdə dəyişikliklərə uyğunlaşan, yaradıcı düşünən və yeni imkanlar yarada bilən fərdlərin yetişdirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. O, insan kapitalının inkişafına yönələn investisiyaların uzunmüddətli yanaşma tələb etdiyini bildirərək yeni nəslin yetişməsi və zəruri bacarıqlara yiyələnməsi üçün vaxt lazım olduğunu, bu istiqamətdə tədbirlərin indidən həyata keçirilməsinin vacibliyini bildirib. Bu xüsusda, nazir müavini təhsilalanlar və müəllimlər üçün süni intellekt əsaslı köməkçi alətlərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verib.

Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb

Sentyabrın 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.    Görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı