“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub.
Mediaturda Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, sahə üzrə blogerlər və media nümayəndələri iştirak ediblər.
Olimpiadanı izləyən mediatur iştirakçılarına məlumat verilib ki, “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Qeyd edilib ki, mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda şagirdlərə 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
1 il əvvəl
Digər xəbərlər
-
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
07.08.2026 - 16:10 -
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır
06.08.2026 - 17:39 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
04.08.2026 - 17:31 -
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib
04.08.2026 - 16:10 -
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb
04.08.2026 - 14:19
