Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib
1 il əvvəl
İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Türkdilli xalqların birliyini əks etdirən festivalda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər.
Qeyd edək ki, bu il 3-cü dəfə keçirilən beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdır.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
