Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xalq Təhsili Muzeyinin 90 illiyi qeyd olunub

Aprelin 27-də Xalq Təhsili Muzeyinin 90 illiyi ilə əlaqədar tədbir keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan təhsil naziri Emin Əmrullayev muzeyin Azərbaycanın təhsil tarixindəki əhəmiyyəti rolundan söz açıb.  Muzeyin bu günədək qorunub saxlanılması istiqamətində görülən işlərdən danışan təhsil naziri muzeyin əməkdaşlarının məsuliyyətli, eyni zamanda müqəddəs bir işlə məşğul olduğunu bildirib.

 

Təhsil naziri Emin Əmrullayev onu da qeyd edib ki, muzey təkcə eksponatlardan ibarət deyil, həmçinin təhsil tariximizi araşdıran bir mədəniyyət ocağıdır.

 

Nazir çıxışının sonunda muzeyin kollektivini təbrik edib, fəaliyyətlərini uğurlu qiymətləndirib. 

 

Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova da çıxışında ölkəmizdə muzey işinin yaxşılaşdırılmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Lalə Bayramova muzeydə olan minlərlə dərslik, metodik vəsait və digər eksponatların sənədli filmlərin çəkilişlərində, araşdırmalarda istifadə olunduğunu qeyd edib. 

 

Daha sonra muzeyin Ekspozisiya şöbəsinin əməkdaşı Aliyə Mustafayeva "Xalq Təhsili  Muzeyinin yaranma tarixi və fəaliyyəti" mövzusunda məruzə edib. 

 

Çıxış edən digər qonaqlar da muzeyin tarixindən və əhəmiyyətindən söz açıblar. 

 

Tədbirin sonunda Xalq Təhsili Muzeyinin əməkdaşlarına təltiflər təqdim edilib. 


4 il əvvəl