Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ali Təhsil Layihəsi çərçivəsində Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədinə dair ictimai məsləhətləşmələrə dəvət
Təhsil Nazirliyi məmnunluqla bildirir ki, təklif olunan Ali Təhsil Layihəsinin maliyyələşdirilməsi məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün Azərbaycan Respublikası və Dünya Bankı arasında danışıqlar aparılır. Sözügedən Ali Təhsil Layihəsinin məqsədi tələbələrə yüksək keyfiyyətli təhsil vermək üçün ali təhsil sisteminin və ali təhsil müəssisələrinin potensialının gücləndirilməsidir və onun icra müddəti 5 illik dövrü əhatə edir.
Ali Təhsil Layihəsi aşağıdakı komponentlərdən və alt-komponentlərdən ibarətdir:
Komponent 1: Ali Təhsil Sisteminin İnkişaf Etdirilməsi
Alt-komponent 1.1: İdarəetmənin Təkmilləşdirilməsi
Alt-komponent 1.2: Keyfiyyətə Təminat Mexanizmlərinin Gücləndirilməsi
Alt-komponent 1.3: Maliyyələşdirmə İslahatları
Alt-komponent 1.4: İctimaiyyətin məlumatlandırılması və İctimai Rəyin Öyrənilməsi
Komponent 2: Ali Təhsil Müəssisələrinin Potensialının Gücləndirilməsi
Alt-komponent 2.1: Liderlik və İdarəetmə Potensialının Gücləndirilməsinə Dəstək
Alt-komponent 2.2: Seçilmiş islahat tədbirlərinin pilot tətbiqi
Alt-komponent 2.3: Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi
Komponent 3: Layihənin Əlaqələndirilməsi, Monitorinqi və Qiymətləndirilməsi.
Ali Təhsil Layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər, əsasən, texniki yardımın göstərilməsinə yönəldiyindən ətraf mühitə dəyəcək zərər məhdud olacaqdır. Ətraf mühitə təsir edə biləcək təmir işləri “Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi” adlı 2.3 alt-komponenti çərçivəsində ali təhsil müəssisələrinin seçilmiş alt-layihələrində nəzərdə tutula bilər. Bu alt-layihələrin seçilməsi və həyata keçirilməsində ətraf mühit problemləri nəzərə alınacaq. Həmin alt-layihələr çərçivəsində ətraf mühitə dəyə biləcək ziyanın qarşısını almaq məqsədilə Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədi (ƏMİÇS) tərtib olunmuşdur.
ƏMİÇS Ali Təhsil Layihəsi çərçivəsində alt-layihələrin tərtibi və həyata keçirilməsi zamanı Dünya Bankının “Ətraf Mühitin Qiymətləndirilməsi” siyasətinin müddəalarına və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə qaydalarına riayət olunmasına yardım etmək üçün nəzərdə tutulmuşdur. ƏMİÇS Dünya Bankının ətraf mühitin qiymətləndirilməsi qaydalarına uyğun olaraq ətraf mühiti mühafizə etmək üçün prosedur və icra tədbirlərindən ibarətdir.
ƏMİÇS ictimai müzakirə üçün açıq elan olunur (sənədlə tanış olmaq üçün ƏMİÇS sözünün üzərinə tıklayın). Sizin ƏMİÇS ilə bağlı hər hansı rəy və təkliflərinizi səbirsizliklə gözləyirik. Verəcəyiniz hər bir təklif ƏMİÇS-in təkmilləşdirilməsində nəzərə alınacaqdır.
ƏMİÇS ilə bağlı rəylərinizin 26 noyabr 2014-cü il tarixinədək elektron poçt və ya digər vasitə ilə aşağıdakı ünvana çatdırmağınızı xahiş edirik:
Layihə Əlaqələndirmə Qrupu
Azərbaycan Respublikası, Bakı ş., AZ1008
Nobel pr., 15, “Azure” Biznes Mərkəzi, 10-cu mərtəbə, 60-cı otaq
Tel: + 994 (12) 488 66 47/48;
Fax: +994 (12) 488 66 49
Email: rustamov@edu.gov.az
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
