İslam Əməkdaşlıq Təşkilatının “Təhsil Mübadiləsi proqramı” çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv ölkələrdə dövlət və özəl təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri aşağıdakı sahələrdə ziyarətçi müəllim kimi dərs deməyə dəvət edir
Maliyyə və mühasibat Kompüter elmləri Kompüter təhsili və təlim texnologiyaları Təbii qaz və neft qazıntısı və istehsalı Üzvi kimya Termodinamika və istiliyin ötürülməsi Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://metu.edu.tr və http://ncc.metu.edu.tr internet səhifələrindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 30 aprel 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.
08/07/2015 16:52
Polşa Respublikasının Hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir.
Təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi yaxud ictimai həyatının müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək. Tələblər: 1. Humanitar sahələr (tarix, beynəlxalq münasibətlər, siyasi elmlər, jurnalistika, sosiologiya, etnologiya, mədəni elmlər, sosial psixologiya, inzibatçılıq, idarəetmə və hüquq ) üzrə bakalavr yaxud magistr dərəcəsi. 2. Yaş həddi: 35. 3. Yuxarıda qeyd olunan sahələrdə, xüsusi ilə də, XIX-XX əsrlərə aid məsələlər barədə ümumi biliklər. 4. Mühazirələri anlamaq və tapşırılan ədəbiyyatı oxumaq üçün kifayət olan dərəcədə Polyak dili biliyi. 5. Müstəsna hallarda Polyak dilini bilməyən namizədlər nəzərə alına bilər. Lakin həmin namizədlər fərdi olaraq Polyak dilini öyrənməli və təqaüd alınandan sonra Polyak dili üzrə əlavə hazırlıq kursu keçməlidirlər. Təqaüd ayda 1350 PLN təşkil edir. Yaşayış və yemək xərcləri fərdi olaraq təqaüdçülərin özləri tərəfindən ödənilir. Ərizələr və digər sənədlər cari ilin 1 mart tarixinə qədər Polşa Respublikasının Azərbaycanda səfirliyinə təqdim olunmalıdır. Təqaüd proqramı barədə daha ətraflı məlumatın əldə olunması üçün www.msz.gov.pl və www.studium.uw.edu.pl İnternet ünvanına müraciət edin.
08/07/2015 16:52
Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Təhsil Müşavirliyindən daxil olmuş məlumata əsasən, 2013-cü il 06-10 may tarixlərində İstanbul şəhərində Xüsusi MEF Məktəblərinin Baş Müdirliyi tərəfindən fizika, kimya və biologiya fənləri üzrə “Araşdırma Layihələri Yarışması” keçirilir.
Həmin yarışmada iştirak etmək məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri dəvət edilir. Ətraflı məlumat yarışmanın saytında (www.mef.k12.tr) yerləşdirilmişdir. Yarışmaya dair suallarla (0212) 287-69-00 telefon nömrəsinə və ya proje@mef.k12.trelektron poçtuna müraciət etmək olar.
08/07/2015 16:52
Ümumidünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyası, Hüquq və Texnologiya üçün Hayfa Mərkəzi və İsrailin Hayfa Universiteti tərəfindən 4 aprel 2013 – 24 yanvar 2014-cü il tarixlərində Hayfa şəhərində aşağıdakı sahələr üzrə ingilis dilində magistratura proqramı təklif olunur:
Hüquqa giriş kursları; Əqli mülkiyyət hüququna giriş kursları; Patent hüququ sahəsində kurslar. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər hüquq, təbiət elmləri, komputer elmi və mühəndisliyin bütün sahələri üzrə 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://overseas.haifa.ac.il/index.php/graduate-programs/graduate-students internet səhifə-sindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 19 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.
08/07/2015 16:52
Bern Universitetinin Ümumidünya Ticarət İnstitutu tərəfindən beynəlxalq hüquq və iqtisadiyyat üzrə 34 həftəlik magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.wti.org/courses/mile/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 aprel 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.
08/07/2015 16:52
Ümumidünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Seul Milli Universiteti tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində iki il müddətinə magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.useoul.edu/apply/graduate/timeline internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 25 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.
08/07/2015 16:52
Polşa Hökuməti 2013-2014-cü tədris ili üzrə Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan gənc alim və magistrlar üçün təqaüd proqramı təklif edir.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; Polyak dilini sərbəst bilməli; Yaşı 35-dən az olmalıdır. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.studium.uw.edu.pl internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 25 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.
08/07/2015 16:52
Nyu-York Dövlət Universitetinin (the State University of New York, “SUNY”) Koreyadakı filialı “Texnoloji Sistemlərin İdarəedilməsi” (Technological Systems Management) fənni üzrə bakalavr dərəcəsi almaq üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramında iştirak etmək üçün Azərbaycandan 2 tələbə dəvət olunur. Təhsil haqqı və Koreyada yaşayış xərcləri dəvət edən tərəfindən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən namizədlər 15 mart 2013-cü il tarixindən gec olmayaraq elektron müraciət (http://www.sunykorea.ac.kr/request_name/adughowto) edə bilərlər.
08/07/2015 16:52
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası, Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi və İtaliyanın Turin Universiteti (www.turin-ip.com) tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edir.
Proqramın məqsədi tələbələri əqli mülkiyyət hüququnun prinsipləri və bu sahədə baş vermiş inkişaflar ilə daha yaxından tanış etməkdən ibarətdir. Namizədlər iqtisadiyyat hüquq, mühəndislik, tibb, fizika, kimya, kommunikasiya elmləri və yaxud biznes inzibatçılığı sahəsində bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrin seçilmiş tələbələrinə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının katibliyi tərəfindən təqaüdlər təqdim olunacaqdır. Namizədlər ərizə formasını onlayn (www.wipo.int/academy/en/courses/academic_institutions/md_turin.html) şəkildə dolduraraq, tələb olunan digər sənədlər ilə (bakalavr diplomu və onun əlavəsinin ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti, ingilis dilini bilmə haqqında sertifikat, tövsiyə məktubu, motivasiya məktubu, təqaüd üçün ərizə forması) birlikdə 2013-cü ilin 15 mart tarixinədək llmturin.academy@wipo.int ünvanına təqdim edə bilərlər. Əlavə məlumat üçün llmturin.academy@wipo.int ünvanına müraciət etmək olar.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Lativiya Respublikası Təhsil və Elm Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun olaraq Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün 2013-2014-cü tədris ili üçün tədqiqat və ya təhsil pillələri üzrə təqaüd proqramı və yay məktəbləri təklif olunur.
Daha ətraflı məlumatları və ərizə formalarını www.viaa.gov.lv və www.studyinlatvia.lv rəsmi internet saytlarından və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev: 496-34-14) əldə etmək olar. Təqaüd Proqramına müraciət üçün son tarix 30 mart 2013-cü ildir.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı