Tərcümə xidmətləri
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit No.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burda təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək. Xidmətlərin icra müddəti: aprel- dekabr 2013-cü il Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət; Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı; Beynəlxalq təşkilatlarla təcrübəyə üstünlük veriləcəkdir. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 2013-cü il, aprelin 15-dək aşağıdakı ünvana təqdim edilməlidir: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar planın hazırlanması
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit No.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi 11 illik ümumi təhsil sistemindən 12 illik ümumi təhsil sisteminə keçidlə bağlı məsələlər, çətinliklər və imkanların dəqiq təhlilini Təhsil Nazirliyi üçün təmin etməkdir. Aparılmış tədqiqat və onun nəticələri əsasında gələcək fəaliyyət üçün tövsiyələr veriləcəkdir. Xidmətlərin icra müddəti: 12 ay Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Təhsil tədqiqatları sahəsində geniş təcrübəyə malik olması; İxtisaslı işçi heyətinə və Azərbaycan və yaxud buna oxşar ölkələrdə nümunəvi məsləhətçi xidmətlərin göstərilməsi üçün lazım olan resurslara malik olması; Xüsusilə təhsil sektorunda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və yerli dövlət orqanları ilə iş təcrübəsinə malik olması. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 2013-ci il, aprelin 15-dək aşağıdakı ünvana təqdim edilməlidir: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Təhsil Nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin Xalq Respublikası Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində Respublikamızda daha çox ehtiyac duyulan ixtisaslara uyğun olaraq aşağıdakı universitetlər üzrə həyata keçirilir: Universitetlər 1.Peking University (www.oir.pku.edu.cn) 2. Beijing University of Technology (www.bjut.edu.cn) 3. Beihang University (ev.buaa.edu.cn) 4 .Beijing University of Chemical Science (www.buct.edu.cn) 5 .Beijing Jiaotong University (ev.buaa.edu.cn) 6. University of Science and Technology Beijing (www.ustb.edu.cn) 7. Beijing Institute of Technology (www.bit.edu.cn) 8. North China Electric Power University (www.ncepu.edu.cn) 9. Tsinghua University (www.tsinghua.edu.cn) 10. Capital Normal University (http://www.cnu.edu.cn/) 11. Capital Medical University (www.ccmu.edu.cn) 12. China University of Geosciences (www.cugb.edu.cn) 13. Graduate University of Chinese Academy of Sciences (www.gucas.ac.cn) 14. China Agriculture University (www.cau.edu.cn) 15. Graduate School of Chinese Academy of Agricultural Sciences (www.gscaas.net.cn) 16. China University of Petroleum (www.cup.edu.cn) 17. Donghua University (www.dhu.edu.cn) 18. Fudan University (http://iso.fudan.edu.cn) 19. East China University of Science and Technology (http://ies.ecust.edu.cn) 20. East China Normal University (http://english.ecnu.edu.cn) 21. Shanghai University (www.shu.edu.cn) 22. Shanghai Jiaotong University (http://en.sjtu.edu.cn) 23. University of Shanghai for Science and Technology (www.usst.edu.cn) 24. Shanghai Normal University (www.shnu.edu.cn) 25. Shanghai University of Traditional Chienese Medicine (www.shtcm.com) 26. Tongji University (www.istju.edu.cn) Təhsil çin dilindədir. Təqaüdə layiq görülmüş tələbələr 1 il çin dilindən hazırlıq kursu keçməlidir. Təqaüd aşağıdakı xərcləri əhatə edir: - Ali məktəbdə qeydiyyat xərci - Təhsil haqqı - Laboratoriya xərci - Təcrübə (internship) xərci - Tədris materialları - Yataqxana xərci - Aylıq yaşayış xərci - Aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) Aylıq yaşayış xərci təhsil səviyyələrinə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır: Bakalavr tələbələri üçün: 1400 YUAN Magistratura tələbələri üçün: 1700 YUAN Doktorantura tələbələri üçün: 2000 YUAN Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il tarixinə kimi aşağıdakı sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilməlidir: Bakalavr səviyyəsi üzrə: 1. Anket forması (çap edilərək imzalanmış nüsxə); 2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd; 4. Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 6. CV; 7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 8. Şəxsiyyət vəsiqəsinin surəti; 9. Ümumvətəndaş pasportunun surəti. Magistratura və doktorantura səviyyələri üzrə: 1. Anket forması (çap edilərək imzalanmış nüsxə); 2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd; 4. Ali təhsil haqqında sənəd (bakalavr səviyyəsindən məzun olar üçün) və diploma əlavənin notariat qaydada təsdiq edilmiş surəti; 5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 6. CV; 7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 8. Şəxsiyyət vəsiqəsinin surəti; 9. Ümumvətəndaş pasportunun surəti. Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. Sənədlərin təqdim edilməsi üçün son tarix: 12 aprel 2013-cü il, saat 18:00 Əlavə məlumat üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Sirus Rüstəmovla əlaqə saxlaya bilərsiniz. Əlaqə vasitələri: Tel: (012) 496-91-13 (şəhər nömrəsi) Daxili nömrə: 179 email: s.rustamov@edu.gov.az
08/07/2015 16:52
Azərbaycan Respublikası və Estoniyanın Təhsil Nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya Hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr tərəfindən, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfdən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel 2013-cü il tarixindən gec olmayaraq Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Ilham Hümbətov, tel: 496 34 14) müraciət etməlidirlər. Təqaüd proqramı barədə əlavə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.studyinestonia.ee/study/scholarships/bilateral-agreements/azerbaijan.
08/07/2015 16:52
Slovakiya Respublikası təhsil sahəsində ölkələrarası tələbə mübadiləsinə dair Milli təqaüd proqramının yeni qəbulunu elan etmişdir.
Təqaüdün əldə edilmə şərtləri, fənlərin siyahısı, namizədliyin təqdim olunması və s. məlumatları www.minedu.sk, www.vladstipendia.sk, www.cdvuk.sk, www.portalvs.sk, www.study.sk internet səhifələrindən, podpora@studyabroad.sk elektron poçt ünvanından və 00421-907-551-404 telefon nömrəsindən əldə etmək mümkündür. Təqaüdün verilməsi üçün əsas şərt namizədin slovak dilini yüksək səviyyədə bilməsidir. Təqaüd proqramında iştirak edəcək namizədlər sənədlərini elektron formada 25 mart – 30 may 2013-cü il tarixlərində göndərməlidirlər.
08/07/2015 16:52
Müqavilə ilə təltifetmə haqqında məlumat
Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ 1. Müqavilənin təsviri: Məktəb kitabxanaçıları üçün təlim və mentorluq dəstəyi Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: “Mədəd Azərbaycan” MMC Ünvan: Azərbaycan Respublikası, AZ1078 Bakı şəhəri, 1058/34 Moskva pr. Müqavilə #: 4394AZ-CQ-191 Müqavilənin imzalanma tarixi: 14 fevral 2013 Müqavilənin məbləği: AZN 150,461.80 (ƏDV daxil) Müqavilənin müddəti: 14 fevral 2013 – 30 dekabr 2013 2. Müqavilənin təsviri: İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə üzrə təlim Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: Xəzər Universiteti Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Məhsəti küçəsi 11. Müqavilə #: 4394AZ-CQ-192 Müqavilənin imzalanma tarixi: 03 aprel 2013 Müqavilənin məbləği: AZN 148,208.00 (ƏDV daxil) Müqavilənin müddəti: 03 aprel 2013 – 30 dekabr 2013 3. Müqavilənin təsviri: Milli Qiymətləndirmə Tədqiqatı üçün sahə fəaliyyətinin həyata keçirilməsi Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: “ERA LTD” MMM Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvani küç.22, mən.49 Müqavilə #: 4394AZ-CQ-239 Müqavilənin imzalanma tarixi: 25 yanvar 2013 Müqavilənin məbləği: AZN 147,941.32 (ƏDV daxil) Müqavilənin müddəti: 25 yanvar 2013 – 30 dekabr 2013
08/07/2015 16:52
Rusiya Federasiyasının Diplomatik Akademiyası 2013-2014-cü tədris ili üçün dinləyici və tələbə qəbulu elan edir. Akademiyada bu ixtisaslar üzrə hazırlıq keçirilir:
Beynəlxalq münasibətlər” və “Dünya iqtisadiyyatı” fakültələrində ikinci ali təhsil formatında bakalavr hazırlığı; “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “İdarəetmə”, “Hüquqşünaslıq” istiqamətləri üzrə magistr hazırlığı; Aşağıdakı ixtisaslar üzrə aspirantların hazırlığı: - “Beynəlxalq münasibətlərin tarixi”; - “Beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər”; - “Beynəlxalq hüquq. Avropa ictimai hüququ”; - “Beynəlxalq münasibətlərin, qlobal və regional inkişafın siyasi problemləri”. Təhsil pulsuzdur. Əyani bölmənin tələbələri vaxtında müraciət etdiyi və boş yerlərin olduğu təqdirdə yataqxana ilə təmin olunurlar. Əlavə məlumat Akademiyanın internet saytından əldə oluna bilər: www.dipacademy.ru
08/07/2015 16:52
İslam Əməkdaşlığı Təşkilatının Təhsil Mübadilə Proqramı çərçivəsində Pakistanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2013-cü ilin payız sessiyası üçün təqaüd proqramları təklif edilir.
Təqaüd proqramları aşağıdakı ixtisaslar üzrədir: Biologiya elmləri Kompüter elmləri Elektrik mühəndisliyi Riyaziyyat Fizika Meteorologiya İdarəetmə elmləri Təqaüd proqramları çərçivəsində təhsil pulsuzdur. Yaşayış və nəqliyyat xərclərinə isə 63 faiz endirim tətbiq olunur. Yol xərci təhsil alan tərəfindən ödənilmir. Təqaüd proqramları barədə məlumat almaq və ərizəni yükləmək üçün bu internet ünvanına müraciət edin: http://www.oic-oci.org/external_web/eep/ciit.html
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı