Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan universitetlərindən olan tələbələr, tədqiqatçılar və heyət Finlandiyanın Turku Universiteti tərəfindən koordinasiya edilən MİD yerdəyişmə layihəsində iştiraka dəvət olunur və onlara Avropa ölkələrinin layihədə iştirak edən universitetlərində təhsil almaq, yaxud tədqiqat aparmaq imkanı verilir.

Universitetlərin siyahısı:   Aristotle University of Thessaloniki   Humboldt University Berlin    University of Algarve   University of Bologna   University of Bordeaux 1   University of Deusto   University of Turku   Vilnius University   Warsaw School of Economics   Erasmus Mundus qrantları yerdəyişmə səviyyəsindən asılı olaraq ayda 1000-2500 avro təşkil edir. Qrant, həmçinin yerdəyişmə dövrü üçün səyahət və sığorta xərclərini əhatə edir. Ərizələrin qəbul müddəti: 18 oktyabr – 13 dekabr 2012-ci il. Daha ətraflı məlumat üçün http://www.utuşfi/mid internet ünvanına yaxud Layihə əlaqələndiricinə müraciət edin.   University of Turku  International Office Vesilinnantie 5, Quantum  FI-20014 TURKU  FINLAND   tel. +358 2 333 6033, +358 2 333 6369, or +358 2 333 7933  fax: +358 2 333 6370 mid.admissions@utu.fi

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III Respublika Muğam Müsabiqəsi elanı

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III RESPUBLİKA MUĞAM MÜSABİQƏSİ keçiriləcək. Müsabiqə xanəndə və xalq çalğı alətləri ifaçıları üçün nəzərdə tutulmuşdur. Müsabiqədə iştirak etmək üçün ərizə və sənədlər 1 fevral 2013-cü il tarixinədək Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində qəbul ediləcəkdir. Seçim turunda 18-35 yaşlı şəxslər iştirak edə bilərlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir. 1. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti 2. Tərcümeyi-hal 3. Başqa müsabiqələrin diplomlarının və ya digər mükafatların surəti (əgər varsa) 4. 2 ədəd fotoşəkil (7x10 ölçüdə) 5. Xanəndələr 10-15 dəqiqə vaxt çərçivəsində hər hansı bir muğamı dəf müşayiəti ilə DVD - video formatında təqdim etməlidirlər. 6. Xalq çalğı alətləri ifaçıları hər hansı muğamı 10-15 dəqiqə vaxt çərçivəsində DVD - video formatında təqdim etməlidirlər.                Müsabiqənin qalibləri pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qaliblər beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazanacaqlar.   Ünvan: Dilarə Əliyeva küçəsi 216; əlaqə telefonu: 493-62-60   Təşkilat Komitəsi:

Koreya Respublikasının Yeunqnam Universitetinin Park Çunq Hi adına Siyasət Məktəbi və Saemaul kafedrası (Park Chung Hee School of Policy and Saemaul) tərəfindən 2013-cü il üçün yeni təqaüd təklif edilir.

Azərbaycanlı tələbələr və dövlət qulluqçuları Saemaul kafedrasında “Saemaul Undonq (yeni kənd təsərrüfatı hərəkatı) nəzəriyyəsi və praktikası” və “Meşə ehtiyatları və ekologiyanın bərpası”, Dövlət Siyasəti və Liderlik kafedrasında isə “Dövlət Siyasəti və Liderlik” üzrə magistr dərəcəsi almaq üçün mövcud təqaüd proqramına dəvət olunur. Xarici tələbələrə tam təqaüd veriləcəkdir (təhsil, yaşayış, qida və digər xərclər). Daha ətraflı məlumat üçün http://www.psps.yu.ac.kr internet ünvanına müraciət edin.

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən tələbələr arasında riyaziyyat və kimya olimpiadasının keçirilməsi ilə bağlı elan

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən 2013-cü il 12-15 avqust tarixlərində tələbələr arasında riyaziyyat və kimya olimpiadası keçiriləcəkdir. Olimpiadada riyaziyyat və kimya fənləri üzrə maksimum 5 tələbə iki müəllimlə birlikdə komanda formasında iştirak edə bilərlər. İranda qalma və yemək xərcləri təşkilatçı tərəfindən, yol xərcləri isə iştirakçılar tərəfindən ödənilir. Ətraflı məlumat olimpiadanın saytında http:olympiad.sanjesh.org/en/index.asp yerləşdirilmişdir. Olimpiadaya dair suallarla olympiad@sanjesh.orgelektron poçtuna müraciət etmək olar.

“Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi” adlı qisametrajlı filmin hazırlanmasına dair maraqların ifadəsi üçün dəvət

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit Nö 4595AZ)   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)  həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin bu elanda göstərilmiş xidmətlərin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur. Tapşırığın məqsədi: DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Tapşırığın müddəti: 4 ay. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər müvafiq təcrübəyə malik olduqlarını təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Seçim meyarları: Televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə; İngilis dilində video məhsulun hazırlanması üzrə təcrübə; Çəkiliş və montaj üçün maddi texniki baza.   Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.     Şirkətlər öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər.    Şirkətlər Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı filmin (Azərbaycan və ingilis dillərində) hazırlanması haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az internet səhifəsindən yüklənə bilər.   Maraqların ifadəsi sənədi yazılı şəkildə 28 yanvar 2013-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi proqramı çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv dövlətlərin tələbələrinə bakalavr pilləsi üzrə aşağıdakı sahələrdə 5 təqaüd proqramı təklif edir:

Kimya mühəndisliyi Neft və təbii qaz mühəndisliyi Kompüter mühəndisliyi İqtisadiyyat İngilis dilinin tədrisi Biznesin idarə edilməsi Siyasi elmlər və beynəlxalq əlaqələr   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://app.ncc.metu.edu.tr/undergraduate/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 15 iyun 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

Maraqlarin ifadəsi üçün dəvət (Məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeni kurikulumu Azərbaycan Respubikası Təhsil Nazirinin 10 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Növbəti tədris ilindən məktəbəqədər təhsildə yeni təsdiq edilmiş kurikulumun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin müvafiq tərbiyəçiləri üçün təlimlər planlaşdırılır. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə Nö. 4394AZ-QCBS-235: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 2. Müqavilə Nö. 4394AZ-QCBS-236: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 3. Müqavilə Nö. 4394AZ-QCBS-237: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 4. Müqavilə Nö. 4394AZ-QCBS-238: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2013-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas və təcrübə tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi; Məktəbəqədər təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 2013-cü il yanvarın 31-dək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ KREDIT No: 4595 AZ   Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Tərcümə xidmətləri”nin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətin məqsədi keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə layihə çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etməkdir.   Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.   Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Tərcümə xidmətlərinin göstərilməsi sahəsində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır; Tərcüməçi heyəti ən azı 5 illik təcrübəyə malik olmalıdır; Xarici təşkilatlarla təcrübəyə malik olan şirkətlərə üstünlük verilir.     Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir:    Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ   KREDIT No: 4595 AZ   Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Statistik təhlil” mövzusunda təlim kursunun keçirilməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.   “Statistik təhlil” mövzusunda təlim kursunun məqsədi təlim iştirakçılarını statistika sahəsində geniş şəkildə istifadə olunan metod və üsullar barədə və onların ən faydalı şəkildə tətbiq olunduğu halların müəyyən olunması barədə məlumatlandırmaqdır.   Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.   Təlimin keçirildiyi yer: Bakı və Naxçıvan şəhərləri.   Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:   müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.    Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Məsləhətçi şirkət Statistik təhlil mövzusunda təlimlərin keçirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təşkilat olmalıdır; Təlimçilər tələb olunan ixtisas tələblərinə cavab verməli və Statistik təhlil sahəsində və müvafiq mövzuda təlimlərin keçirilməsi üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdırlar; Azərbaycanda təcrübəsi olan şirkətlərə üstünlük veriləcəkdir.   Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir:    Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar

Bruney Hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013 -2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir.

Doldurulmuş ərizə formaları, müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə, 14 fevral 2013-cü ildən gec olmayaraq Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinə çatmalıdır.   Təklif olunan proqramların siyahısı bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/images/stories/Schlorship/2013_2014/program.pdf Təqaüd proqramları ilə bağlı məlumat və ərizə formaları bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/index.php/bd-scholarship-2013-2014 Təqaüdlərlə bağlı əlavə məlumat üçün Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinin tad.scholarship@mfa.gov.bn elektron poçt ünvanına, yaxud Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova 012 496 3414 telefon nömrəsi ilə müraciət edə bilərsiniz.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı