Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Polşa Respublikasının Hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir.
11 il əvvəl
Təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi yaxud ictimai həyatının müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək.
Tələblər:
1. Humanitar sahələr (tarix, beynəlxalq münasibətlər, siyasi elmlər, jurnalistika, sosiologiya, etnologiya, mədəni elmlər, sosial psixologiya, inzibatçılıq, idarəetmə və hüquq ) üzrə bakalavr yaxud magistr dərəcəsi.
2. Yaş həddi: 35.
3. Yuxarıda qeyd olunan sahələrdə, xüsusi ilə də, XIX-XX əsrlərə aid məsələlər barədə ümumi biliklər.
4. Mühazirələri anlamaq və tapşırılan ədəbiyyatı oxumaq üçün kifayət olan dərəcədə Polyak dili biliyi.
5. Müstəsna hallarda Polyak dilini bilməyən namizədlər nəzərə alına bilər. Lakin həmin namizədlər fərdi olaraq Polyak dilini öyrənməli və təqaüd alınandan sonra Polyak dili üzrə əlavə hazırlıq kursu keçməlidirlər.
Təqaüd ayda 1350 PLN təşkil edir. Yaşayış və yemək xərcləri fərdi olaraq təqaüdçülərin özləri tərəfindən ödənilir.
Ərizələr və digər sənədlər cari ilin 1 mart tarixinə qədər Polşa Respublikasının Azərbaycanda səfirliyinə təqdim olunmalıdır.
Təqaüd proqramı barədə daha ətraflı məlumatın əldə olunması üçün www.msz.gov.pl və www.studium.uw.edu.pl İnternet ünvanına müraciət edin.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
