Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yaponiya Fondu Yaponiya ilə digər ölkələr arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək məqsədilə İntelektual Mübadilə Konfransları üçün Qrant Proqramını təklif edir.

Proqramda aşağıdakı qurumlar iştirak edə bilərlər:   Mənfəət gətirməyən təşkilatlar (universitet, tədqiqat institutları, qeyri-hökumət təşkilatları, muzeylər və s.)   Aşağıdakılar Qrant Proqramına müraciət edə bilməzlər: Yapon hökuməti, yerli hökumətlər, xüsusi hüquqi qurumlar, təhsil institutları da daxil olmaqla milli və ictimai təşkilatlar; Xarici hökumətlər, onların səfirlikləri; Yaponiya hökumətinin maliyyə töhfəsi verdiyi beynəlxalq təşkilatlar; Yaponiya ilə diplomatik münasibətlərə malik olmayan ölkələrdə yerləşən təşkilatlar; Fərdi şəxslər; Son 3 ildə bu proqramdan vaxtaşırı faydalanan təşkilatlar.     Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək olar. Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev­­-tel: 496-34-14) təqdim oluna bilər.  

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Tapşırığın məqsədi: Bu texniki tapşırıq yalnız Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü sinif şagirdlərinin iştirakı ilə keçirilən beynəlxalq TİMSS və PİRLS-2011 tədqiqatlarının sahə işlərinin yerinə yetirilməsini əhatə edir.   Məsləhətçi şirkəti üçün ixtisas tələbləri: Bu sənəddə təsvir olunan xidmətləri göstərmək üçün seçiləcək məsləhətçi şirkəti təhsil və yaxud sosial sahələrdə sorğuların keçirilməsi üzrə geniş təcrübəyə malik olmalıdır. Təhsil sahəsində təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir. Məsləhətçi şirkəti təcrübəyə, lazımi ixtisaslı heyətə və bütün sahə işlərinin Beynəlxalq Təhsil Assosiasiyasının irəli sürdüyü tələblərə (o cümlədən məlumat toplamaq və keyfiyyəti təmin etmək üçün ayrılan vaxta) riayət etməklə yerinə yetirmək üçün lazım olan digər vəsaitlərə malik olmalıdır.     İcra müddəti: 2011-ci ildə 6 ay   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il noyabrın 25-dək aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək olar:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr:   Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Azərbaycanın ali təhsil sahəsində və ali təhsil müəssisələrində (ATM-ləri) mövcud idarəetmə qaydasını təsvir etmək və bunun çatışmazlıqlarını müəyyən etmək məqsədilə təhlillər aparmaq; 2010-cu ilin dekabrında Bakıda keçiriləcək Dünya Bankı konfransında iştirak etmək və layihənin idarəetmə komponenti haqqında ilkin məlumat vermək; Azərbaycan üçün münasib olan ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının, o cümlədən ali təhsil müəssisəsinin idarəetmə qaydasının (yəni dövlət nəzarəti, yarım-muxtar, yarım-müstəqil və ya müstəqil) və özəl sektorun vəzifəsinin və səciyyəvi xüsusiyyətlərinin tərtib edilməsi sahəsində beynəlxalq məsləhətçi ilə əməkdaşlıq etmək; Beynəlxalq məsləhətçi ilə birlikdə ali təhsil sahəsində mövcud idarəetmə sisteminin imkanlarını qiymətləndirmək, bu zaman idarəetmə islahatlarını davam etdirmək üçün lazım olan vəsait və imkan (bacarıq) tələbatlarını müəyyən etmək; Təhsil Nazirliyinin və digər müvafiq nazirliklərin əsas nümayəndələri ilə tədqiqat məlumatlarının və ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının təklif olunan ilkin variantının müzakirə edilməsində iştirak etmək; Ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasını, o cümlədən aşağıda göstərilən tədbirləri həyata keçirməkdə Təhsil Nazirliyinə kömək etmək üçün lazım olan fəaliyyət planını tərtib etməkdə beynəlxalq məsləhətçiyə kömək etmək; Dörd illik fəaliyyətin xərclər smetasının tərtib edilməsinə kömək etmək. İxtisas tələbləri: Akkreditasiyadan keçmiş universitetdə əldə edilən müvafiq yüksək elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində azı 3 il iş təcrübəsinə malik olması; Ali təhsil sahəsində idarəetmə haqqında bilik və təcrübəyə malik olması; Yazılı və şifahi rus və azərbaycan dillərini səlis bilməsi, ingilis dilini işçi səviyyəsində başa düşməsi.  Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 03 dekabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net  

BAKI ŞƏHƏRİNDƏ 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIM”İN KEÇİRİLMƏSİ SAHƏSİNDƏ MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   BAKI ŞƏHƏRİNDƏ 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

KOICA təqaüdü çərçivəsində Ajou Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər üçün Ajou Universitetində Beynəlxalq ticarət və Beynəlxalq biznes üzrə 16 aylıq (2011 fevral - 2012 iyun) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ajou Universitetinin ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (olduğu təqdirdə); xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; CV. QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Proqram haqqında ətraflı məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

KOICA təqaüdü çərçivəsində Ewha Qadınlar Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan bakalavr dərəcəli şəxslər üçün Ewha Qadınlar Universitetində Beynəlxalq münasibətlər (Qadınlar və inkişaf) üzrə 16 aylıq (2011 fevral-2012 iyun) magistr proqramı elan etmişdir. Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması; əsaslandırma (motivasiya) məktubu; biri Beynəlxalq inkişaf proqramı sahəsində fəaliyyət göstərən müvafiq professor-müəllim tərəfindən, digəri isə namizədin hazırda çalışdığı iş yerindən olmaqla iki ədəd tövsiyə məktubu ; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (əgər varsa); iş haqqında arayış (əgər varsa); şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248). Ewha GSIS ərizə formasını, həmçinin http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən əldə edə bilərsiniz.   Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

KOICA təqaüdü çərçivəsində Koreya Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr təhsilli şəxslər üçün Koreya Universitetində Beynəlxalq inkişaf üzrə 13 aylıq (2011 fevral-2012 mart) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir: Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA və KUGSİS ərizə formaları; əsaslandırma (motivasiya) məktubu; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; xarici pasportun surəti; iki ədəd tövsiyə məktubu (namizədin təhsil aldığı ali təhsil müəssisəsinin müəllimi və ya peşə rəhbəri tərəfindən); TOEFL, TOEIC və ya IELTS sertifikatı; namizədin hazırda çalışdığı iş yerindən tövsiyə məktubu   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova ­– tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

“LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   “LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR   MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Layihənin ortasında və sonunda müşahidəli tədqiqat keçirmək yolu ilə yeni kurikulumun, qiymətləndirmə alətlərinin və yeni təlim materiallarının istifadə edilməsi ilə əlaqədar olan məsələlərə fasiləsiz suarətdə kömək etmək iqtidarında olan metodistlərin faiz nisbəti, eləcə də yeni kurikulumun tətbiq edildiyi şəraitdə fəal metodologiyalardan istifadə edən müəllimlərin faiz nisbəti üzrə əldə edilən irəliləyişləri müəyyən etmək məqsədi ilə mətnli və rəqəmli məlumatlar toplamaq.   İcraçı təşkilat üçün ixtisas tələbləri: təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə; müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə; təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır;   İcra müddəti: 2011-2014-cü illərdə 6 iş ayı   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Məsləhətçinin Keyfiyyət Göstəriciləri seçim metodu üzrə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

ABŞERON İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   ABŞERON İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR   MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

22 dekabr 2010-cu il tarixində Bakı Dövlət Universitetində akademik Şəfayət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini (elektron variant əlavə olunmaqla) 10 dekabr 2010-cu il tarixinə qədər konfransın Təşkilat Komitəsinə təqdim edə bilərlər.   Ünvan: Bakı şəh.,Z.Xəlilov küç., 23, əsas bina 315-ci otaq. Tel: (012) 439-09-81 e-mail: shakirramazanoglu@mail.ru

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı