AZ VƏSAİT HESABINA YOL TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ PRAKTİKİ TƏLİMLƏRİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ) AZ VƏSAİT HESABINA YOL TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ PRAKTİKİ TƏLİMLƏRİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Az vəsait hesabına yol təhlükəsizliyinin təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi üzrə praktiki təlimlər”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi: Təlimlərin əsas məqsədi az vəsait hesabına yol təhlükəsizliyinin təkmilləşdirilməsi mövzusunda giriş təlimi keçmək, az vəsait ayırmaqla yol hərəkətinin təhlükəsizliyini təkmilləşdirmək məqsədilə metodları yol təhlükəsizliyi üzrə mütəxəssislərə təqdim etmək və öyrətməkdən ibarətdir. Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı yol sektoru üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və yol sektorunda geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və müvafiq sahə və təlim üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilini bilən heyətə malik olan şirkətə üstünlük verilir. İcra müddəti və yer: 3 ay, Bakı, Azərbaycan Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimlərin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 21-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net
08/07/2015 16:52
Təhsil Nazirliyi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 2010-2011-ci tədris ili üçün sənəd qəbulu 09.07.2010-cu il tarixinə qədər uzadılmışdır. Sənəd qəbulu 09.07.2010-cu il tarixində saat 18:00-da başa çatacaqdır.
Təhsil Nazirliyi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 2010-2011-ci tədris ili üçün sənəd qəbulu 09.07.2010-cu il tarixinə qədər uzadılmışdır. Sənəd qəbulu 09.07.2010-cu il tarixində saat 18:00-da başa çatacaqdır.
08/07/2015 16:52
Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinə dair Maraqların İfadəsi üçün Dəvət
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT Nö 4394AZ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Tapşiriğin məqsədi: 11 pilot məktəbdə təlim-tədris prosesi və idarəetmənin təkmilləşdirilməsi, pedaqoji və rəhbər heyətin peşəkarlıq səviyyəsinin artırılması, yeni təlim materiallarının tərtibi və kitabxana işinin səmərələşdirilməsi, eləcə də 5-6 yaşlı uşaqların məktəbə hazırlığının və məktəbdənkənar məşğələlərin təşkili sahələrində məktəb miqyaslı mütərəqqi təcrübələri sınaqdan keçirmək, əldə olunmuş müsbət nailiyyətlərin ölkənin digər məktəblərində həyata keçirilməsi üçün təkliflər paketi hazırlamaq. Məsləhətçi şirkəti üçün ixtisas tələbləri: Məktəblərin təkmilləşdirilməsi, məktəbin idarəolunması və məktəbə rəhbərlik sahələrində əhəmiyyətli təcrübə; Təhsil tədqiqatları, xüsusilə, Azərbaycan dilində metodik materialların və təlim proqramlarının tərtib edilməsi sahəsində təcrübə; Avrasiya ölkələrində, o cümlədən Azərbaycanda, təhsil sahəsində nümunəvi məsləhətçi xidmətləri göstərmək üçün lazım olan təcrübə, zəruri ixtisaslı heyət və digər imkanlar; Beynəlxalq donor təşkilatları və yerli hakimiyyət orqanları tərəfindən maliyyələşdirilən, xüsusilə təhsil sektoruna aid olan layihələrdə iş təcrübəsi. İcra müddəti: 2010-2012 illər ərzində 24 iş ayı Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, iyulun 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net
08/07/2015 16:52
Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf etmiş və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirmiş tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə aşağıdakı sahələr üzrə təqaüd proqramını təklif edir:
İqlim dəyişikliyi elmi üzrə Su ekosistemləri, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrinə iqlim dəyişikliyinin təsiri İqlimlə bağlı fəlakətin idarəedilməsi - instisional və təşkilati məsələlər İqlim modeli və iqlim dəyişikliyinin təsirinin qiymətləndirilməsi Müxtəlif sahələr üzrə sosial-iqtisadi təsirin dəyərləndirilməsi və azalma və uyğunlaşma imkanları Bu təqaüdlər çərçivəsində tələbələr üçün tədris müddəti 1 (bir) il və ya 18 aya kimi nəzərdə tutulmuşdur. Təqaüd proqramına 40 yaşa kimi namizədlər müraciət edə bilərlər. İştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəfin hesabına ödəniləcəkdir. Daha ətraflı məlumatları və ərizə formalarını İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəsmi internet saytından www.ipcc.ch əldə etmək olar. Təqaüd proqramına müraciət üçün son tarix 30 iyul 2010-cu ildir.
08/07/2015 16:52
2010-2011-ci tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlər haqqında elan
Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarı imzalanmışdır. Bu qərara əsasən Nazirlər Kabinetinin 22.06.2004-cü il tarixli, 85 nömrəli və 17 aprel 2006-cı il tarixli, 107 nömrəli qərarları qüvvədən düşmüş və əvvəlki qərarlardan fərqli olaraq bu qərarda gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılmış, ipoteka kreditlərinin verilməsi məsələsi planlaşdırılmışdır. Əhəmiyyətli amillərdən biri də bu qərarın həyata keçirilməsində zaman məhdudiyyətinin qoyulmaması və onun daimi xarakter daşımasıdır. Beləliklə, bu qərara əsasən pedaqoji profili ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunacaqdır. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birləfəlik yardım; 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi; torpaq sahələrinin ayrılması; ipoteka kreditlərinin verilməsi. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir müəllimə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı, həm də 3 il müddətində 70 (yetmiş) manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcəkdir. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40 (qırx) manat, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 (yüz on manat) məbləğində maliyyə vəsaiti ödəniləcəkdir. Gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə həyata keçirilir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən stimullaşdırıcı tədbirlər yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilən konkret iş yerlərinin siyahısı dərc olunaraq Təhsil Nazirliyi tərəfindən bildirilir ki, bu yerlərdə işləmək arzusunda olan hər bir pedaqoji ixtisaslı gənc mütəxəssis konkret iş yerinə göndəriş almaq üçün cari ilin sentyabr ayının 15-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət etməlidir. Ünvan: Bakı şəhəri, Xətai prospekti 49 Əlaqə telefonu: 489-99-84; daxili: 2-17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun 2010-2011-ci tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlər
08/07/2015 16:52
Vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir: Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə (2 nömrəli əlavə) ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə) Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 1 oktyabr 2010-cu il tarixdən 15 oktyabr 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət edilə bilər. Telefonlar: 496-16-55, 496-35-00 Dövlət orqanının adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi Struktur bölmənin adı: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nəimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 495 manat Qulluq funksiyaları: ixtisasartırma və yenidənhazırlanma təhsilində “Təhsil haqqında” Qanunun, dövlət təhsil proqram və standartlarının tətbiqinə nail olunması; ixtisasartırma və yenidənhazırlanma təhsilinin məzmununun daim təkmilləşdirilməsi və tədris prosesinə tətbiqi; ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə tədris plan və proqramlarının, tədris materiallarının hazırlanması; ixtisasartırma və yenidənhazırlanma təhsil pilləsi üzrə müvafiq normativ sənədlərin hazırlanması; ixtisasartırma və yenidənhazırlanma müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, tənzimlənməsi, onların nizamnamələrinin hazırlanması və müvafiq qaydada təsdiqi; təhsilin bütün pillələrini əhatə edən rəhbər və pedaqoji kadrların ixtisasının artırılması və yenidənhazırlanması üzrə fəaliyyət göstərən bütün strukturların fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının təşkili; ixtisasartırma və yenidənhazırlanma üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi, tətbiqinə dair tövsiyə və təlimatların hazırlanması; kadrların ixtisasının artırılması və yenidən hazırlanması pilləsində fəaliyyətin effektivliyinə nail olunması və s. Vəzifənin tutulması şərtləri: təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: azı 3 il kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi pilot seçilmiş Suraxanı rayonunda “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsi çərçivəsində Təhsil Nazirliyinin öhdəliklərini layihədə icra edəcək mütəxəssislərin seçilməsi ilə əlaqədar müsabiqə elan edir.
Mütəxəssislər aşağıdakı öhdəlikləri yerinə yetirəcəklər: Pilot layihənin digər tərəfdaş qurumlarla əlaqələndirilməsi; Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması ilə ailələrə dəstək göstərilməsi; Suraxanı rayonunda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətlərinin təşkili və yaradılması; Suraxanı rayonunda təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi; Suraxanı rayonunda yerləşən müəssisələrdə yaşayan uşaqların fərdi qayğı planının işlənib hazırlanması və alternativ qayğıya cəlb edilməsi; Uşaqların sosial yönümlü xidmətlərə yönəldilməsi üçün mexanizmin tətbiq edilməsi; Layihə çərçivəsində bioloji və alternativ ailələrə veriləcək uşaqların vəziyyətinə dair dövri monitorinqin aparılması; Pilot layihə üzrə hesabatların hazırlanması. Vəzifəyə dair əsas tələblər və bacarıqlar : Pedaqoji-psixoloji ali təhsil; Ən azı 2 il uşaqlarla - ailələrlə iş təcrübəsi; Uşaqlarla və böyüklərlə səmərəli ünsiyyət qurmaq bacarıqları; Komandada işləmək bacarıqları, digərlərinin fikrinə hörmətlə yanaşmaq; Uşaq inkişafı və onların ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar; Ailə psixologiyası, ailənin ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar; Dinləmək qabiliyyəti; Müstəqil və komanda üzvü kimi yaxşı təşkilatçılıq bacarıqları; Gərginlik şəraitində işləmək bacarığı; İş prosesində yeniliklərə dair çevik olmaq; İşin planlaşdırılması və işçilər arasında vəzifələrin paylanması bacarıqları; Konfliktlərin həll edilməsi bacarıqları; İKT bacarıqları; Təhlil etmə bacarıqları; İşlə bağlı Respublikanın digər rayonlarına ezam olunma imkanları. Qeyd: Seçim zamanı Suraxanı rayonu sakinlərinə və ya bu rayona yaxın ərazidə yaşayanlara üstünlük veriləcəkdir. Arzu edənlər sənədlərini təqdim etmək üçün 10 gün müddətində Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya kadr.dumi@gmail.com internet ünvanına CV göndərməklə müraciət edə bilərlər. Tel.: 496-34-98
08/07/2015 16:52
Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi
Tapşırığın adı: Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Mövcud sənədlərin və hesabatların oxunması, habelə strategiyaya maraq göstərən əsas maraqlı tərəflərin müvafiq nümayəndələri ilə əlavə müsahibələrin keçirilməsi yolu ilə ən vacib məqsədlərin və narahatlıq doğuran məsələlərin mahiyyətinin düzgün olub-olmadığını yoxlamaq; Beynəlxalq miqyasda müsabiqəli maliyyələşdirməyə dair müxtəlif yanaşmalar (xüsusilə ABŞ və ya Qərbi Avropa kimi yaxşı bərqərar olmuş müsabiqəli maliyyələşdirmə sisteminə malik olan ölkələrin təcrübəsi) haqqında əsas maraqlı tərəflər üçün təcrübi seminar, o cümlədən müzakirələr təşkil etmək, Azərbaycan şəraitinə uyğun gələ biləcək yanaşmaların növlərini tövsiyə etmək; Aşağıda sadalanan sənədlərin ilkin variantlarını tərtib etmək məqsədilə əsas maraqlı tərəflərdən müsahibə götürmək: Yardımçı layihələrin növləri (tədbirlərin növləri, büdcə, həcm); Uyğunluq meyarları; Seçim əməliyyatı və meyarları; Müxtəlif maraqlı tərəflərin vəzifə və funksiyaları: daimi komissiyalar, həmkar təhlilçilər/dəyərləndiricilər, yardımçı layihə təklif edənlər, katiblik; təltif ediləcək qrantların növünün və həcminin cəlbediciliyini/səmərəliliyini/texniki-iqtisadi əsaslandırmasını yoxlamaq; (b) seçim əməliyyatının məqsədəuyğunluğunu yoxlamaq (mümkün təklif edən qurumlar həmin əməliyyatı ədalətli və məntiqli hesab edəcəklərmi?); (c) təlimat sənədinin ilkin variantının məqsədəuyğunluğunu yoxlamaq; və (d) təklif edənlərin yardımçı layihə təklifi yazmaq bacarıqlarını yoxlamaq (onların ehtiyaclarını ödəmək üçün təcrübi təlim seminarı təşkil etmək məqsədilə) üçün yardımçı layihələr təklif edəcəyi ehtimal olunan elmi işçilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək; mümkün dəyərləndiricilərin müqavilələrinin şərt və müddətlərinin cəlbediciliyini/texniki-iqtisadi əsaslandırmasını yoxlamaq; (b) həmin dəyərləndiricilərin seçim çərçivəsində təlimata uyğun olaraq dəyərləndirmə aparmaq bacarıqlarını yoxlamaq; (c) ilkin təcrübi təlim seminarlarını planlaşdırmaq üçün mümkün dəyərləndiricilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək; mümkün yarımdımçı layihə təklif edənlər; (b) dəyərləndiricilər və (c) daimi komissiya üzvləri üçün təcrübi təlim seminarları keçirmək; Təcrübi seminarlardan əldə olunan təcrübəni nəzərə alaraq, əməliyyati təlimatın yekun variantını tərtib etmək. İxtisas tələbləri: Universitetdə qazanilmış yüksək və müvafiq elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində azı 4 illik iş təcrübəsinə malik olması; Müsabiqəli maliyyələşdirmə üsulunun tərtib edilməsi və hazırlanması (ən yaxşı halda isə, tətbiq edilməsi) sahələrində iş təcrübəsinə malik olması; Müsabiqəli maliyyələşdirmənin təlimatının tərtib edilməsi sahəsində iş təcrübəsinə malik olması; Yazılı və şifahi ingilis və Azərbaycan dillərini səlis bilməsi. Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net
08/07/2015 16:52
Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi
Tapşırığın adı: Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Ölkə miqyasında və əsas ali təhsil müəssisələri daxilində hazırki keyfiyyət təminatı tədbirlərində qüsurların müəyyən edilməsi; Azərbaycanda Boloniya prosesinə riayət etməyə dəstək olacaq məqsədəuyğun keyfiyyət təminatı sisteminin təklif olunan layihəsi; Təklif olunan layihənin həyata keçirilməsinin, o cümlədən lazımi bacarıqların öyrədilməsinin fəaliyyət planı; Planı həyata keçirmək üçün lazım olan xərclərin smetası; Fəaliyyət planının ilkin variantına həsr olunan, maraqlı tərəflər üçün keçirilən təcrübi seminarlar. Məsləhətçi mövcud keyfiyyət təminatı aparatının imkanlarının ilkin qiymətləndirməsinin həyata keçirilməsinə kömək edəcək, Azərbaycanda keyfiyyət təminatın sisteminin qurulması işini inkişaf etdirmək üçün lazım olan vəsaitlərə və imkanlara dair tələbatları müəyyən edəcəkdir. O, həm də qurulacaq keyfiyyət təminatı sisteminin tətbiq edilməsinin əsas sahələrində, habelə hökumətin və universitetlərin rəsmi nümayəndələrinin bu cür sistemin qurulması sahəsində ən vacib hesab etdikləri məsələlərdə həmin nümayəndələrin səy göstərmələrini xahiş edəcək və onları buna həvəsləndirıəcəkdir. İxtisas tələbləri: Universitetdə qazanılmış qabaqcıl və müvafiq elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində iş təcrübəsinə malik olması; Ali təhsilin keyfiyyətinin təmin edilməsi əməliyyatlarının planlaşdırılması və hazırlanması sahəsində təcrübəyə malik olması; Bolonya əməliyyatını dərindən dərk etmək şərtilə, keyfiyyətin təmin edilməsi sahəsində iş təcrübəsinə malik olması; Ali təhsil haqqında əsərlərinin nəşr edilmiş olması; Yazılı və şifahi ingilis dilini səlis bilməsi. Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net
08/07/2015 16:52
Yaponiya Fondu 2011-2012-ci illərdə humanitar və sosial elm sahələrində Yaponiya haqqında tədqiqatlarla məşğul olan alim, tədqiqatçı və elmlər doktorları üçün aşağıdakı müddətlər üzrə təqaüd proqramlarını təklif edir:
1. Alim və tədqiqatçılar üçün Uzun müddətli: 2-12 ay Qısa müddətli: 21-59 gün 2. Elmlər doktorları üçün: 4-14 ay Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Elmlər namizədi dərəcəsinə uyğun gələn elmi dərəcəyə malik, humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparmış alim və tədqiqatçılar; Yaşı 35-dən az olan və humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparan və dissertasiyanı bitirmək üçün Yaponiyaya səfəri zəruri hesab edən tədqiqatçılar; 1 aprel 2011-ci il tarixdə sözügedən Proqramda son iştirakından 3 il ötmüş şəxslər; Yapon və ya ingilis dilini bilən şəxslər; Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Təbiət elmləri, mühəndislik və tibb sahəsində ixtisaslaşmış şəxslər; Yaponiya universitetlərində təhsil almaq istəyən tələbələr; Təqaüd Proqramından siyasi və dini məqsədlər üçün istifadə etmək niyyətində olanlar; Yapon dilini bilmə səviyyəsini gücləndirmə niyyətində olanlar; Yapon ənənəvi mədəniyyəti sahəsində təlim almaq istəyənlər; Bu Proqramla eyni zamanda başqa qrantlardan istifadə etmək niyyətində olanlar. Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək olar. Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev-tel: 496-34-14) təqdim oluna bilər.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı