Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
Tapşırığın məqsədi: Bu texniki tapşırıq yalnız Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü sinif şagirdlərinin iştirakı ilə keçirilən beynəlxalq TİMSS və PİRLS-2011 tədqiqatlarının sahə işlərinin yerinə yetirilməsini əhatə edir.
Məsləhətçi şirkəti üçün ixtisas tələbləri:
- Bu sənəddə təsvir olunan xidmətləri göstərmək üçün seçiləcək məsləhətçi şirkəti təhsil və yaxud sosial sahələrdə sorğuların keçirilməsi üzrə geniş təcrübəyə malik olmalıdır. Təhsil sahəsində təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir.
- Məsləhətçi şirkəti təcrübəyə, lazımi ixtisaslı heyətə və bütün sahə işlərinin Beynəlxalq Təhsil Assosiasiyasının irəli sürdüyü tələblərə (o cümlədən məlumat toplamaq və keyfiyyəti təmin etmək üçün ayrılan vaxta) riayət etməklə yerinə yetirmək üçün lazım olan digər vəsaitlərə malik olmalıdır.
İcra müddəti: 2011-ci ildə 6 ay
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il noyabrın 25-dək aşağıdakı ünvana təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək olar:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
