Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
KOICA təqaüdü çərçivəsində Ewha Qadınlar Universitetində təhsil
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan bakalavr dərəcəli şəxslər üçün Ewha Qadınlar Universitetində Beynəlxalq münasibətlər (Qadınlar və inkişaf) üzrə 16 aylıq (2011 fevral-2012 iyun) magistr proqramı elan etmişdir. Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- KOICA ərizə forması;
- Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması;
- əsaslandırma (motivasiya) məktubu;
- biri Beynəlxalq inkişaf proqramı sahəsində fəaliyyət göstərən müvafiq professor-müəllim tərəfindən, digəri isə namizədin hazırda çalışdığı iş yerindən olmaqla iki ədəd tövsiyə məktubu ;
- diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- TOEFL və ya IELTS sertifikatı (əgər varsa);
- iş haqqında arayış (əgər varsa);
- şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti;
- 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova – tel: 496-33-11; daxili-248). Ewha GSIS ərizə formasını, həmçinin http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən əldə edə bilərsiniz.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
