Özbəkistanın İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı
26/12/2022 16:40
Yaponiyanın Tsukuba Universitetinin 2023/2024-cü tədris ili üçün təhsil təqaüd proqramı
Yaponiyanın Tsukuba Universiteti 2023/2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilmişdir. Təhsil səviyyəsi: magistratura Tədris dili: ingilis dili (TOEFL, TOEIC yaxud IELTS nəticələri) İxtisaslar: İctimai səhiyyə Maliyyələşmə: təhsil haqqı, yol xərcləri, aylıq təqaüd (aylıq 106,350 yen-786 USD). Kvota: 2 yer (hər tədris ili üçün) Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür. Müraciət üçün son tarix: 15.06.2023-cü il Namizədlərin seçimi Yaponiyanın Tsukuba Universiteti və Nippon Mərkəzi Asiya Fondu tərəfindən həyata keçirilir.
09/12/2022 10:20
Yaponiyanın Tsukuba Universitetinin 2023/2024-cü tədris ili üçün təhsil təqaüd proqramı elan
06/12/2022 12:00
Macarıstanda 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı
16/11/2022 10:56
İsveçrədə 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı
05/11/2022 17:23
Serbiyada təqaüd proqramı
17/10/2022 14:20
"İnsan kapitalı" işçi qrupunun iclası keçiriləcək
14 oktyabr saat 15:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək. İclasda İnsan kapitalı işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə birinci yarımil ərzində görülmüş işlərin müzakirəsi aparılacaq. Maraqlanan şəxslər, dövlət və həmçinin özəl sektor nümayəndələri müvafiq linkə (https://bit.ly/3TkUibd) daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər. Ümumilikdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində hər kəs ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflərini qeyd edə bilər. Təqdim olunan bütün təkliflər qeydə alınaraq Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.
12/10/2022 17:55
Koreya Respublikasında 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir. Bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər 13 oktyabr 2022-ci il tarixinədək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.
06/10/2022 10:20
Filter
Xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı