Yaponiyanın Tsukuba Universitetinin 2023/2024-cü tədris ili üçün təhsil təqaüd proqramı
Yaponiyanın Tsukuba Universiteti 2023/2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilmişdir.
Təhsil səviyyəsi: magistratura
Tədris dili: ingilis dili (TOEFL, TOEIC yaxud IELTS nəticələri)
İxtisaslar: İctimai səhiyyə
Maliyyələşmə: təhsil haqqı, yol xərcləri, aylıq təqaüd (aylıq 106,350 yen-786 USD).
Kvota: 2 yer (hər tədris ili üçün)
Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
Müraciət üçün son tarix: 15.06.2023-cü il
Namizədlərin seçimi Yaponiyanın Tsukuba Universiteti və Nippon Mərkəzi Asiya Fondu tərəfindən həyata keçirilir.
3 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
