Uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi elan edir.
Müsabiqə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkətinin təhlükəsizliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin avtomobillərin zərərli təsirlərindən qorunması, eləcə də yollarda uşaq travmatizminin minimuma endirilməsi işində ictimai həmrəyliyin təmin olunması məqsədilə keçirilir.
Müsabiqəyə rəsm əsərləri ilə yanaşı, digər sənət nümunələri də təqdim edilə bilər.
Müsabiqənin keçirilmə qaydaları:
• Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır;
• Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilərlər;
• Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır;
• İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda təqdim etdiyi əsər müsabiqəyə buraxılmır;
• Bir müəllif tərəfindən müsabiqəyə iki və daha artıq əsər təqdim edilə bilər;
• Rəsm əsərləri A3 formatından kiçik olmamalıdır;
• Rəsm əsərlərinin sərbəst texnika ilə işlənməsi tövsiyə olunur;
• İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir;
• Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən hazırlanmasına əsaslı şübhələr olduqda əsər müsabiqəyə buraxılmır;
• Əsərlərin qəbulu 30.11.2022-ci il tarixindən 30.01.2023-cü il tarixinə kimi aparılacaq;
• Qaliblər 10.02.2023-cü il tarixində elan olunacaq.
Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları:
• mövzunun əhatə olunması;
• təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi;
• qərəzsizlik və məsuliyyət;
• ictimai maraqların müdafiəsi.
Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və nəticəyə əsasən 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri müəyyən olunur.
Əsərlərin qəbul qaydaları:
• Müsabiqəyə rəsm və ya digər sənət nümunələrinin əsli təqdim edilməlidir.
• Yaradıcılıq işləri poçt vasitəsilə və ya hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır.
• Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu Baş Dövlət Yol Polisi İdarəsinin info@dyp.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Tələb olunan sənədlər:
• İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;
• İştirakçının təhsili, ictimai fəaliyyəti və s. haqqında məlumat;
• Yaşayış ünvanı və əlaqə vasitələri (telefon və s.) haqqında məlumat.
Müsabiqə ilə bağlı həvəsləndirmə tədbirləri və qaliblərin mükafatlandırılması:
• Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə təltif edilir.
• Müsabiqənin yekun nəticələri media vasitəsilə geniş işıqlandırılır və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunur.
• Seçilmiş əsərlərdən ibarət toplu albom hazırlanır, sərgilər təşkil edilir.
1 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00