Koreya Respublikasının 2023-2024-cü tədris ili üçün doktorantura səviyyəsi üzrə təqaüd proqramı
28/02/2023 12:00
2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı
22/02/2023 11:00
"İnsan kapitalı" işçi qrupunun növbəti iclası keçiriləcək
15 fevral saat 15:00-da Elm və Təhsil Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcək. Maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər. Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təklifləri qeyd etmək mümkündür. Yekunda təkliflər Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.
09/02/2023 10:22
Latviyada 2023-2024-cü tədris ilində təhsil imkanı
04/02/2023 11:58
Türkiyədə 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramı
30/01/2023 11:49
Uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkətinin təhlükəsizliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin avtomobillərin zərərli təsirlərindən qorunması, eləcə də yollarda uşaq travmatizminin minimuma endirilməsi işində ictimai həmrəyliyin təmin olunması məqsədilə keçirilir. Müsabiqəyə rəsm əsərləri ilə yanaşı, digər sənət nümunələri də təqdim edilə bilər. Müsabiqənin keçirilmə qaydaları: • Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır; • Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilərlər; • Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır; • İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda təqdim etdiyi əsər müsabiqəyə buraxılmır; • Bir müəllif tərəfindən müsabiqəyə iki və daha artıq əsər təqdim edilə bilər; • Rəsm əsərləri A3 formatından kiçik olmamalıdır; • Rəsm əsərlərinin sərbəst texnika ilə işlənməsi tövsiyə olunur; • İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir; • Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən hazırlanmasına əsaslı şübhələr olduqda əsər müsabiqəyə buraxılmır; • Əsərlərin qəbulu 30.11.2022-ci il tarixindən 30.01.2023-cü il tarixinə kimi aparılacaq; • Qaliblər 10.02.2023-cü il tarixində elan olunacaq. Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları: • mövzunun əhatə olunması; • təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi; • qərəzsizlik və məsuliyyət; • ictimai maraqların müdafiəsi. Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və nəticəyə əsasən 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri müəyyən olunur. Əsərlərin qəbul qaydaları: • Müsabiqəyə rəsm və ya digər sənət nümunələrinin əsli təqdim edilməlidir. • Yaradıcılıq işləri poçt vasitəsilə və ya hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır. • Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu Baş Dövlət Yol Polisi İdarəsinin info@dyp.gov.az elektron poçt ünvanına göndərilməlidir. Tələb olunan sənədlər: • İştirakçının şəxsiyyət vəsiqəsinin surəti; • İştirakçının təhsili, ictimai fəaliyyəti və s. haqqında məlumat; • Yaşayış ünvanı və əlaqə vasitələri (telefon və s.) haqqında məlumat. Müsabiqə ilə bağlı həvəsləndirmə tədbirləri və qaliblərin mükafatlandırılması: • Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə təltif edilir. • Müsabiqənin yekun nəticələri media vasitəsilə geniş işıqlandırılır və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunur. • Seçilmiş əsərlərdən ibarət toplu albom hazırlanır, sərgilər təşkil edilir.
13/01/2023 14:00
Filter
Xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı