• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2010-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər: 1. 2 aprel 1975-ci il tarixində və ya bu tarixdən sonra anadan olmuş şəxslər; 2. Ali təhsili olan və 1 aprel 2010-cu il tarixinədək ibtidai və orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən 5 il iş təcrübəsinə malik şəxslər. Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər: 1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər; 2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər; 3. 1 oktyabr 2010-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər; 4.   Başqa institutlardan təqaüd alan şəxslər Yaponiya Hökumətinin bu Proqramına müraciət edə bilməz. Ərizə   formaları    19 fevral   2009-cu  il  tarixinədək Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən qəbul olunur. Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar.

"BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ   DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ   (Kredit No 4595AZ)   "BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ   MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.   Təlim proqramının məqsədi: Seçilmiş təcrübəli Azərbaycanlı mühasiblərə-maliyyə menecerlərinə təcrübi biliklər vermək və peşə bacarıqları aşılamaq, nəticə etibarilə, onların Beynəlxalq maliyyə hesabat standartları üzrə beynəlxalq attestasiyadan keçmələrini təmin etməkdir. Beynəlxalq maliyyə hesabat standartları təliminin əsas vəzifələri bunlardır:   Maliyyə hesabatlarının hazırlanması üçün beynəlxalq standartların dərk edilməsini təmin etmək; Beynəlxalq maliyyə hesabatları standartlarının tələblərinə əsasən hesabatların tərtibi və tətbiqi üzrə bacarığın yaradılması.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Ümumi maliyyə idarəetməsi və yaxud mühasibat üzrə təlim kursunun keçirilməsi sahəsində geniş təcrübə və bacarığa malik olmaq; Əsas heyətin müvafiq sahələrdə və təlim kursu sahəsində 3 ildən artıq iş təcrübəsinə malik olması; Azərbaycanda nümayəndəliyi olan və Azərbaycan dilində danışmağı bacaran heyətə malik olanlara üstünlük verilir.   İcra müddəti və yer: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan   Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il fevralın 3-nə qədər aşağıdakı ünvana təqdim edə bilərlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. İcraçı Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydalar”ına əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

SERVICES ON PROVISION OF TRAINING ON "TRAINING ON CERTIFICATION IN INTERNATIONAL FINANCIAL REPORTING STANDARDS”

REPUBLIC OF AZERBAIJAN PUBLIC INVESTMENT CAPACITY BUILDING PROJECT CREDIT No: 4595 AZ   SERVICES ON PROVISION OF TRAINING ON "TRAINING ON CERTIFICATION IN INTERNATIONAL FINANCIAL REPORTING STANDARDS”   Request for Expression of Interest   The Republic of Azerbaijan has received financing from the World Bank toward the cost of the Public Investment Capacity Building Project, and intends to apply part of the proceeds for consultant services.   The purpose of this training program is to provide the selected experienced Azerbaijani accountants/financial managers with practical knowledge and appropriate professional skills leading to international certification in International Financial Reporting Standards. The main objectives of the IFRS training are: Understanding of international regulation structure in financial reporting; Application of appropriate international financial accounting and financial reporting standards in real life situations; Building the capacity of the targeted agencies to successfully prepare financial reporting in compliance with IFRS, including interpretations of the applications of the international standards developed by International Financial Reporting Interpretations Committee; Preparation of financial reporting of groups, which include subsidiaries, associates and joint ventures.   Qualifications required: A reputable consulting firm with extensive experience and capacity in providing general financial management and/or accounting training; Key staff must have +3 years experience in relevant fields and training; Presence in Azerbaijan and availability of Azerbaijani speaking staff is a plus.   Implementation period and place: February – Mart 2010, Baku, Azerbaijan The Ministry of Education of the Republic of Azerbaijan now invites eligible consulting firms to indicate their interest in providing the services. Interested firms must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.).   A consulting firm will be selected in accordance with the Consultants’ Qualifications selection method procedures set out in the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers (current edition).   Interested consultants may obtain further information at the address below from 09.00 to 18.00 office hours.   Expressions of interest must be delivered to the address below by February 3, 2010.   The Ministry of Education of the Republic of Azerbaijan Project Coordination Unit Attn: Elvin Rustamov, Director 49, Khatai Avenue, AZ1008, Baku, Azerbaijan Tel: (+99412) 4963759/4963760 Fax: (+99412) 4969368 Email: erustamov@ultel.net

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədi ilə müsabiqədə iştirak etmək üçün elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edilir. Bakalavr pilləsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər. Magistratura pilləsində təhsil almaq üçün 2010-2011-ci tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin IV kursu və yaxud magistratura pilləsində təhsil alan və magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal (və ya bunun ekvivalenti), digər sahələr üzrə ən azı 80 bal (və ya bunun ekvivalenti) toplayanlar, diplomdansonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti 4.0-dan yuxarı olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları  müsabiqədə iştirak edə bilər. Azərbaycanda bakalavr pilləsi üzrə alınmış təhsil Almaniyada magistr pilləsinə qəbul olunarkən tanına bilər. Azərbaycanda Magistr pilləsi üzrə alınmış təhsil Almaniyada Doktorantura pilləsinə qəbul olunarkən tanına bilər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Müsabiqədə iştirak etmək üçün ərizə; 2. Əsaslandırma məktubu (2 dildə); 3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi forması http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf saytından əldə edilir və iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur); 4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış; 5. Ali məktəb tərəfindən verilən diplomun və diploma əlavənin Alman və yaxud İngilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti; 6. Hal hazırda təhsil alan tələbələr ali məktəb tərəfindən verilən arayış və qiymət kitabçasından çıxarışın Alman və yaxud İngilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər)  tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti; 7. Alman və yaxud İngilis dilini (ingilis dilində təhsil alacaq namizədlər) müvafiq ali məktəbin tələbləri səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti: Tələbə alman dilini ən azı DSH 2 və ya TestDaf 4 səviyyələrində bilməlidir; Alman dili üzrə OnDaf testi (alman dili səviyyəsini müəyyən edən sınaq test) DAAD-nin Bakı İnformasiya Mərkəzində aparılır. (OnDaf alman dili üzrə testi barədə məlumatları http://ic.daad.de/baku internet ünvanından və DAAD-nin Informasiya Mərkəzindən əldə etmək olar. Azərbaycan Texniki Universiteti-H. Cavid prospekti 25, əlaqə telefonu: 439-12- 65) İngilis dilində olan təhsil proqramları üçün tələbə TOEFL və ya digər müvafiq testlərdən keçməlidir; Tibb təhsili yalnız alman dilində aparılır; 8. Xüsusi anket formasını çap edərək Təhsil Nazirliyinə təqdim etmək    (https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de və ya https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en saytlarından əldə etmək olar) 9.   Tərcümeyi-hal (CV) (2 dildə); 10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);            12 Şəxsiyyət vəsiqəsinin surəti.   Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət - 25 fevral 2010-cu il, saat: 17.30-dək .   QEYD: Alman dili üzrə Almaniyada əlavə hazırlıq kursunda təhsil tələb olunduğu təqdirdə müvafiq təhsil proqramına başlayanadək tələb olunan bütün xərclər tələbənin özü tərəfindən ödənilməlidir.   Daha ətraflı məlumatları Təhsil Nazirliyinin xaricdetehsil.edu.gov.az internet ünvanından əldə etmək olar.   Əlaqə telefonları: 496-33-11; 496-34-00   Ekspertlər:   Sevinc İsmayılova (daxili nömrə 179)     Fidan Kərimova (daxili nömrə 288)     Elnarə Hüseynova (daxili nömrə 184)

Təhsil Nazirliyinin rəsmi internet saytı üçün Azərbaycan-İngilis dilli yazılı tərcüməçi

İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 2010-2013-cü illər Tapşırıq və vəzifələr: Tərcüməçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir:   Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək məlumat və materialları əldə etmək və onların ingilis dilinə tərcüməsini təmin etmək;   Təhsil islahatları, startegiyası və idarəetməsi ilə bağlı ingilis dilində mövcüd olan materialları “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponentinin koordinatorundan əldə etmək və onların Azərbaycan dilinə tərcüməsini təmin etmək;   Təhsil islahatları, startegiyası və idarəetməsi ilə bağlı Azərbaycan dilində mövcüd olan materialları “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponentinin koordinatorundan əldə etmək və onların ingilis dilinə tərcüməsini təmin etmək;   “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponenti koordinatorunun tapşırığı ilə digər sənədlərin tərcüməsini təmin etmək. İxtisas tələbləri: Tərcüməçi və ya buna yaxın ixtisas üzrə ali təhsili;   Azərbaycan-ingilis dilli tərcüməçi vəzifəsində azı üç (3) il iş təcrübəsi (təhsil sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir);   Kompüterdən istifadə etmə bacarığı. Tələb olunan sənədlər: 1. Ərizə   2. Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 10 fevral 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi,   Bakı şəhəri, Xətai prospekti, 49.   Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,   Əlaqələndirici şəxs: Sevil Məsimova   Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.   Email: smasimova@ultel.net

"SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİNƏ DAİR AVROPA İTTİFAQI TƏLİMATLARININ VƏ SEÇİLMİŞ BEYNƏLXALQ STANDARTLARIN İZAH EDİLMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ   DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ   (Kredit N- 4595AZ)   "SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİNƏ DAİR AVROPA İTTİFAQI TƏLİMATLARININ VƏ SEÇİLMİŞ BEYNƏLXALQ STANDARTLARIN İZAH EDİLMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ     MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.   Təlim proqramının məqsədi: Avropa İttifaqının daxili iş üsullarından və standartlarından istifadə edərək, habelə Beynəlxalq Maliyyə Qurumlarının maliyyələşdirdikləri layihələrin tələblərinə riayət edərək, Azərsu ASC-nin, Dövlət Meliorasiya və Su Ehtiyatlarının Tənzimlənməsi ASC-nin, Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Ehtiyatlarının Tənzimlənməsi İdarəsinin rəhbərliyinin, su sistemləri əməliyyatçılarının, su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi üzrə məsləhətçilərin və mühazirəçilərin biliklərini genişləndirməkdir.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi sahəsində geniş təcrübəyə və bacarıqlara malik olan nüfuzlu məsləhətçi şirkəti olması; Əsas heyət su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və inşasına nəzarət edilməsi və müvafiq təlim kurslarının keçirilməsi sahəsində azı 10 il və ya daha uzun iş təcrübəsinə malik olmalıdır; İngilis və rus dillərində səlis danışan namizədlərə üstünlük verilir. İcra müddəti və yer: fevral-may 2010-cu il, Bakı, Azərbaycan   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, fevralın 12-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

2010/2011-Cİ DƏRS İLİNDƏ 1-Cİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK MÜƏLLİMLƏR ÜÇÜN İBTİDAİ TƏHSİL KURİKULUMU ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT N_4394AZ   2010/2011-Cİ  DƏRS İLİNDƏ 1-Cİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK MÜƏLLİMLƏR ÜÇÜN İBTİDAİ TƏHSİL KURİKULUMU ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.     İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2010-cu il   Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, fevralın 18-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

1-10 dekabr 2010-cu il tarixlərində Qara Qarayev adına pianoçuların Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və «Fortepiano Qara Qarayev yaradıcılığında» Birinci Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI BMA-nın ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI  QARA QARAYEV adına PİANOÇULARIN BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ və «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSININ ƏSASNAMƏSİ 2010-cu il, 1-10 dekabr  Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasınin 30 illiyinə həsr olunur  ÖN SÖZ Elmi-ifaçiliq müsabiqə və konfransları ifaçi-musiqiçilərin yaradici işinin yeni növləri kimi  Bakı şəhərində müntəzəm keçirilən elmi-ifaçılıq konfrans və müsabiqələri üslub, janr, musiqi dili, tarixi-musiqi proses təzahürlərinin hər tərəfli öyrənilməsinə, bir-biri ilə kəsişən elmlərə aid tədqiqi nəticələrin cəlb olunmasına və sintezləşdirici təfəkkür növünün inkişafına yönəldilmişdir. Müasir ifaçılıq məktəbinin yüksək professionallığı və ustalığı ifaçılardan nəinki kamil texniki, praktiki hazırlığı, həm də elmi-nəzəri biliklərin əsaslı bazasını tələb edir. Geniş ixtisaslı, müxtəlif texnoloji biliklərə malik mütəxəssis-musiqiçilərin modelləşdirilməsi ideyası Azərbaycan Konservatoriyası (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tərəfindən təşkil olunub keçirilən, dünya təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfrans və müsabiqələrində öz praktiki ifadəsini tapmışdır. Azərbaycanda bu cür müsabiqə və konfransların bir rübdən çox tarixi vardır. Elmi-praktiki konfrans və müsabiqələrin əsas məqsədi – təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlanılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsidir. İlk elmi-ifaçılıq konfransı 1983-cü ilin aprel ayında keçirilmişdir. Tədbirdə müxtəlif ixtisaslara aid yüksək professional musiqiçilər iştirak etmişdir. Onlardan respublikamızın xalq vəəməkdar artistləri olan Z.Adıgözəlzadə, L.İmanov, R.Quliyev, S.Qəniyev, N.Sultanov və başqalarının adları qeyd edilməlidir. Həmin ildən etibarən BMA tələbələrinin və digər ali məktəblərə aid musiqi fakultələri şagirdlərinin iştirakı ilə də elmi-ifaçılıq müsabiqələri keçirilməyə başlamışdır. Bir qədər sonra bu prosesə BMA məktəb-studiyasını şagirdləri də qoşulmuşdur. Beləliklə, respublikamızda musiqi təhsili sisteminin bütün hissələri, hərtərəfli inkişaf etmiş, geniş ümumnəzəri hazırlıq keçmiş musiqiçi-professionalın formalaşdırılması üçün zəmin yaratmışdır. Bu sahədəəldə edilən nəticələrin son yekunu Q.Qarayevin 90 illiyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” Birinci Respublika elmi-ifaçılıq müsabiqəsi, eləcə də BMA və məktəb-studiya müəllimlərinin “Fortepiano Qara Qarayev yaradıcılığında” elmi-ifaçılıq konfransıdır. Bu tədbirlər elmi-ifaçılıq müsabiqələrinin keçirilmə təcrübəsinin effektivliyini, eləcə də həmin təcrübənin müxtəlif ölkə mütəxəssisləri tərəfindən öyrənilməsinin zəruriliyini nümayiş etdirmişdir. Həmin tədbirlər həm də 2010-cu ildə Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin və onun çərçivəsində Birinci Beynəlxalq elmi-ifaçılıq konfransının keçirilməsinəəsas yaratmışdır. İdeya müəllifi və bu layihələrin bədii rəhbəri – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov.   QARA QARAYEV ADINA PIANOÇULARIN BIRINCI BEYNƏLXALQ ELMI-IFAÇILIQ MÜSABIQƏSİ (2010-cu il, 1 – 10 dekabr) 1. Pianoçuların Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi 10 yaşından 30 yaşınadək musiqiçilər üçün keçirilir. 2. Müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının zəmini əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunur. 3. Müsabiqə Heydər Əliyev adına Fondun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Mədəniyyət vəTurizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Musiqi Xadimləri İttifaqının dəstəyi ilə keçirilir.   ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ 1. Qara Qarayevin fortepiano yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği. 2. Nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti. 3. Müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılması.   MÜSABİQƏNİN ŞƏRTLƏRİ 1. Müsabiqədə 30 yaşına qədər musiqiçilər iştirak edə bilər. 2. Bütün iştirakçılar göndərilmiş məruzə mətnləri əsasında seçiləcəklər. 3. Müsabiqəyə buraxılan musiqiçilərin sayı 50-dən çox olmamalıdır. 4. İştirakçıların ifa edəcəkləri əsərlər və məruzələrin mövzuları Qara Qarayevin və öz ölkəsinin bir bəstəkarının əsərinə aid olmalıdır. Müsabiqənin hər bir iştirakçısı birinci mərhələdə məruzə etməli, ikinci mərhələdə isə Qara Qarayevin aşağıda təqdim olunan əsərləri siyahısından seçdiyi əsərlərin, eləcə də öz ölkəsinin bəstəkarına aid (XX əsrin 50-ci illərindən sonra yazılmış) bir əsərin ifası ilə çıxış etməlidir. 5. Mərhələdə çıxış üçün ayırılan reqlament birinci yaş qrupu üçün – 15-25 dəqiqə, ikinci yaş qrupu üçün – 20-30 dəqiqədir. 6. Müsabiqəyə buraxılan musiqiçilər 2010-cu il noyabrın 1-dək dəvət alacaqdır. 7. İştirak etmənin ardıcıllığı püşkatma əsasında təyin olunacaqdır. 8. Müsabiqədə gerçəkləşdirilən audio-və videoyazıların bütün hüquqları təşkilat komitəsinə məxsusdur. 9. İştirakçıların yol, yaşayış və qida xərci ya onların özləri, ya da göndərildiyi idarənin hesabına təmin olunmalıdır. 10. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Hər bir yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər «Beynəlxalq müsabiqə laureatı» adına layiq görülür. Diplom alan şəxslərə isə «Beynəlxalq müsabiqə diplomantı» adı verilir. 11. Mükafatların məbləği Azərbaycan manatı ilə verilir. 12. Münsiflər heyəti mükafatları verib-verməmək, eləcə də onları iştirakçılar arasında bölmək hüququna malikdir. 13. Münsiflər heyətinin üzvləri onların sinfində təhsil alan iştirakçılara səs vermək hüququndan məhrumdur. 14. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz. 15. Bütün iştirakçılara müsabiqədə iştirak etmə barədə sertifikat veriləcəkdir. 16. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında yekun konsertdə iştirak edəcəklər.   Birinci mərhələ 1. İkinci mərhələdə ifa ediləcək əsərə dair məruzə edilməlidir. Məruzənin mətni hər bir yaş qrupuna müvafiq olaraq üç-dörd və dörd-beş çap vərəqi həcmində olmalı və aşağıda sadalanan aspektlərin bəzilərini daxil etməlidir: - bəstəkarın yaradıcılıq üslubu haqda qısa məlumat; - əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılıb, anlanılması; - ifaçılıq interpretasiyası məsələləri – ifadə vasitələri və yazı üslubunun nəzərdən keçirilməsi (bütün bunlar bədii ifadə inikası, alətin səs palitrasının təfsirinə bəstəkar tərəfindən məxsusi yanaşılma, ifaçılıq məsələlərinin spesifikası və texniki çətinliklərin təyinatı və mümkün vasitələrlə aradan qaldırılması nöqteyi-nəzərindən baxılmalıdır); - ənənəvi-milli və müasir ifadə vasitələrinin vəhdəti prosesinin təhlili; Qarayev yaradıcılığının dünya musiqi sənəti ilə qarşılıqlı təsiri məsələləri. 2. İkinci mərhələdə ifa olunacaq öz ölkəsinin bəstəkarına aid konsert əsərləri haqda qısa məlumat (iki çap vərəqindən çox olmayaraq). Qeyd: şifahi məlumat zamanı əsərlərin təhlilinin əsas müddəalarını fortepianoda fraqment şəklində illüstrasiya edilməsi zəruridirsə, buna yol verilir.   İkinci mərhələ Birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər).    QARA QARAYEVİN FORTEPİANO ƏSƏRLƏRİNİN SİYAHISI Not mətninə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında baxa bilərsiniz: http: //www.mct.gov.az  1. «Tsarsko selo heykəli» (1937), 2.«Sonatina a-moll» (1943), 3. «Altı uşaq pyesi» (1950), 4. «24 prelüd»: I dəftər, №№ 1-6 (1951-52), 5. «24 prelüd»: II dəftər, №№ 7-12 (1951-52), 6. «24 prelüd»: III dəftər, №№ 13-18 (1957), 7. «24 prelüd»: IV dəftər, №№ 19-24 (1963), 8. «Orta səviyyəli çətin altı pyes» (1965), 9. «12 fuqa» (1981).  MÜSABİQƏ İŞTİRAKÇILARININ YAŞ QRUPLARI Birinci qrup - 10-16 yaş (1994-cü il 1 dekabrdan 2000-ci il 1 dekabradək müddətdə doğulanlar) İkinci qrup - 17-30 yaş (1980-cı il 1 dekabrdan 1993-cü il 1 dekabradək müddətdə doğulanlar)   ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN BİRİNCİ YAŞ QRUPU ÜÇÜN PROQRAMI 1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək) 2. Öz ölkəsinin bəstəkarına aid bir və ya bir neçə solo konsert əsəri (XX əsərin II yarısı - XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir.    ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN İKİNCİ YAŞ QRUPU ÜÇÜN PROQRAMI 1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək). 2. Qara Qarayevin «12 fuqa» (1981): istənilən bir vəya bir neçə fuqa 3. Öz ölkələrinin bəstəkarına aid (səsləniş müddətindən asılı olaraq bir neçə də ola bilər) solo konsert əsəri (XX əsrin II yarısı – XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir. Qeyd: Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.   İŞTİRAKÇILARIN ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏR 1. İştirakçıların özünün və ya təhsil müəssisəsinin ərizəsi (məruzələrin mövzularının, ifa olunan proqramın göstərilməsi şərtilə; əsərlərin adı, yazıldığı il və səsləniş müddəti dəqiq göstərilməlidir). 2. Doğum şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti. 3. 13x18 ölçüdə 2 rəngli foto şəkil. 4. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi. 5. Q.Qarayev əsərlərinin məruzəsinin mətni və öz ölkəsinin bəstəkarının əsərləri haqda qısa məlumat dörd dildən birində (azərbaycan, türk, rus və ya ingilis) istifadə olunan ədəbiyyat göstərilməklə təqdim olunmalıdır.   ƏRİZƏ VERMƏNİN QAYDASI Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) Təşkilat komitəsinə bu ünvana təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya. Sənədlərləərizə 1 oktyabr 2010-cu il tarixinədək göndərilməlidır (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir). Telefon: (+99412) 4931917, tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya), e-mail: musicstudiobaku@hotmail.com   QALİBLƏRİN MÜKAFATLANDIRILMASI Hər bir yaş qrupunun iştirakçıları üçün hər iki mərhələdə pul mükafatları və diplomlar nəzərdə tututulmuşdur. Birinci yaş qrupu üçün (10-16 yaşənda): I mükafat – 1000 manat II mükafat – 750 manat III mükafat – 500 manat IV mükafat – 300 manat Beş diplom (hər biri 200 manat) – 1000 manat   İkinci yaş qrupu üçün (17-30 yaşənda): I mükafat – 1500 manat II mükafat – 1000 manat III mükafat – 750 manat IV mükafat – 500 manat Beş diplom (hər biri 250 manat) – 1250 manat   «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSI Müsabiqə səviyyəsində «Qara Qarayev yaradıcılığında fortepiano» elmi-ifaçılıq konfransı keçiriləcəkdir. Konfransda yaşından asılı olmayaraq bütün pianoçular iştirak edə bilər. Qara Qarayevin yuxarıda sadalanan əsərlərindən əlavə, bu əsərləri də məruzə və ifa mövzusu kimi seçilə bilər: səs ilə fortepano üçün Puşkinin sözlərinə iki romans – «Gürcüstan təpələrində», «Mən sizi sevirdim» (1949), Kaman və fortepiano üçün Sonata (1960). Müsabiqədən fərqli olaraq, konfrans iki hissədən – elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcəkdir. Hər bir iştirakçı Qarayevin əsərlərindən biri haqda elmi məruzə ilə çıxış edib, sonra əsəri ifa etməlidir (not üzündən ifa edilə bilər). Çıxışın reqlamenti - 20-30 dəqiqədir.   «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» ELMİ-İFAÇILIQ KONFRANSI İŞTİRAKÇILARININ TƏQDİM EDƏCƏYİ SƏNƏDLƏR 1. İştirakçının özünün və ya işlədiyi müəssisənin ərizəsi, Qara Qarayevin ifa olunacaq əsərinin adının və məruzə mövzusunun göstərilməsi şərtilə. 2. 13x18 ölçüdə 2 rəngli foto şəkil. 3. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi. 4. Məruzənin mətni dörd dildən birində (azərbaycan, türk, ingilis və ya rus) istifadə olunmuş ədəbiyyat göstərilməsi şərtilə) 2010-cu il 1 oktyabr tarixindən gec olmayaraq müsabiqənin Təşkilat komitəsinə yollanılmalıdır.   ELMİ-İFAÇILIQ KONFRANSINDA İŞTİRAK ETMƏK ÜÇÜN ƏRİZƏ TƏQDİMATININ QAYDASI Konfransda iştirak etmək istəyən pianoçular öz ərizələrini (tam sənədlər paketi ili birgə) 2010-cu il oktyabrın 1-dək Təşkilat komitəsinə bu ünvana göndərməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir). Telefon: (+99412) 4931917, tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya). e-mail: musicstudiobaku@hotmail.com Qeyd: 1. Qara Qarayevin ansambl əsərlərinin ifası üçün ərizədə konsertmeysterin olub-olmaması göstərilməlidir. Konsertmeyster olmadıqda Təşkilat komitəsi iştirakçıya pulsuz olaraq konsertmeyster təqdim edir (vokalçı və ya skripkaçı). Əgər iştirakçı öz konsertmeysteri ilə çıxış edəcəksə, onun müsabiqə boyu bütün xərclərini öz öhdəsinə götürməlidir. 2. Yol xərci, qalmaq və yemək haqqı iştirakçıların özlərinin və ya onları göndərən təşkilat tərəfindən həyata keçirilir. 3. Konfrans iştirakçıları 1 noyabr 2010-cu ilə qədər dəvət alacaqlar. 4. Konfransın və müsabiqənin nəticələri üzrə «Dəyirmi masa» təşkil olunacaq və tədbir Qara Qarayevin fortepiano yaradıcılığının öyrənilməsi ilə ifasının perspektivlərinə həsr ediləcəkdir.

Malayziya Təhsil Nazirliyi tərəfindən Malayziyanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müəllimlər və onların ixtisasartırılması sahəsində çalışan şəxslər üçün aşağıdakı mövzularda təlim proqramları elan edilir.

1. Dilin tədrisi prosesində İKT-nin tətbiqi – 11 oktyabr – 5 noyabr 2010-cu il   Namizəd üçün müəyyən edilmiş tələblər:   ingilis dilini işçi dili səviyyəsində bilməli; müəyyən səviyyədə kompüter bacarıqlarına malik olmalı; 45 yaşdan aşağı olmalı.   2. İkinci dilin tədrisində yoxlama və qiymətləndirmə - 11 oktyabr -5 noyabr    2010-cu il   Təlim proqramlarında iştirak edəcək namizədlər:   ingilis dilini işçi dili səviyyəsində bilməli; 45 yaşdan aşağı olmalıdır.   Proqramda iştirakla bağlı xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Ətraflı məlumatları və ərizə formalarını aşağıdakı linkdən əldə etmək mümkündür:   http://apps.emoe.gov.my/ipba/mtcp/mtcpcos.htm    Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 31 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova: 496 33 11; 496 34 00, daxili nömrə-248) təqdim etməlidirlər. 

SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT N- 4394 AZ   SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Seçilmiş pilot məktəblərin təmirnin layihə-smeta sənədlərinin hazırlanması. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.   İcraçı təşkilat üçün ixtisas tələbləri: 1) Mülki binaların təmir-tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olmalıdır; 2) Təhsil-tədris müəssisələrinin təmir tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində iş təcrübəsi; 3) Məsləhətçi müvafiq sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır; 4) Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir; 5) Texniki Tapşırıqda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün qalib şirkətə müqavilə təltif edilməzdən əvvəl Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziya tələb olunacaqdır.   İcra müddəti: iyun 2010-dekabr 2011   Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, aprelin 16-na qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na müvafiq olaraq  Keyfiyyət və Qiymətə Əsaslanmış Seçim metodu üzrə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti-49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net 

29/11/2024

Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #FənnMüsabiqələri Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21752-1

Ətraflı
29/11/2024

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar!

Ətraflı
29/11/2024

Məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul müsabiqəsində iştirak edəcək şəxslərin nəzərinə!

Ətraflı