Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Beynəlxalq maliyyə qurumlarının standartları əsasında maliyyə idarəetməsi" mövzusunda təlim kursunun keçirilməsinə marağın bildirilməsi üçün dəvət
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit No 4595AZ)
LAYİHƏSİ (Kredit No 4595AZ)
"BEYNƏLXALQ MALİYYƏ QURUMLARININ STANDARTLARI ƏSASINDA MALİYYƏ
İDARƏETMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan HökumətiDövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
Təlim proqramının məqsədi:
Seçilmiş təcrübəli Azərbaycan mühasiblərini, maliyyə menecerlərini beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi strategiyaları və əməliyyatları barədə təcrübi biliklərlə və müvafiq peşə bacarıqları ilə təmin etmək.
Təlim kursunun əsas vəzifələri aşağıdakılardır:
- Seçilmiş mühasiblər və maliyyə menecerləri Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi, habelə vəsait xərcləmə startegiyaları və əməliyyatları ilə tanış olurlar;
- Layihələrin icra qrupları Azərbaycan Respublikasının mühasibat və vergi qaydalarının tələblərini və təlimatlarını başa düşürlər və onlara lazımi şəkildə riayət etmək bacarığına yiyələnirlər;
- İştirakçılara vəsait ayrılması üzrə ərizələrin və tələb olunan köməkçi sənədlərin müxtəlif növlərini tərtib etmək qaydalarından əyani nümunələr göstərilir;
- Təlimdən keçən orta səviyyəli rəhbərlər öz müəssisələrində maliyyə idarəetməsi sistemlərinin daha da təkmilləşdirilməsi üçün biliklər əldə edirlər;
- İştirakçılar maliyyə idarəetməsi, o cümlədən beynəlxalq maliyyə qurumlarını maliyyə idarəetməsi strategiyaları və üsulları, habelə vəsaitlərin xərclənməsi üzrə təlim keçirlər;
- Layihələrin icra qrupları, təşkilatların mühasibləri, maliyyə menecerləri hər bir beynəlxalq maliyyə qurumu tərəfindən maliyyələşdirilən layihələri uğurla idarə etmək bacarığı əldə edirlər.
İcraçı təşkilat üçün ixtisas tələbləri:
- Ümumi maliyyə idarəetməsi üzrə təlim kurslarının keçirilməsi sahəsində geniş təcrübəyə və bacarığa malik olan nüfuzlu məsləhətçi şirkəti olması;
- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi və vəsait xərclənməsi strategiyaları və üsulları haqqında dərin biliyə malik olması;
- Əsas heyətin müvafiq sahələr və təlim kursları üzrə 5 ildən artıq iş təcrübəsinə malik olması;
- İngilis, Azərbaycan və rus dillərini doğma dilləri qədər yaxşı bilən heyətə malik olanlara üstünlük verilir.
İcra müddəti və yeri: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan.
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il yanvarın 25-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net
10 il əvvəl
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
