Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün aşağıdakı mövzularla bağlı yazılmış tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilmişdir:
Ticarət sazişlərinin formalaşdırılması; Şərti himayədarlıq; Ticarətin asanlaşdırılması; Ticarət sazişlərinin təsirləri; Ticarət üçün yardım; Mübahisələrin həllinin iqtisadi aspektləri; Müsabiqədə ən azı aspirantura-doktorantura pillələrini bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Tədqiqat işi ingilis dilində və 15.000 söz həcmində olmalıdır. Qaliblər 2010-cu ilin sentyabr ayında Avropa Ticarət Tədqiqatı Qrupunun İsveçrənin Lozan şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində mükafatlandırılacaqlar. Qalibin Lozan şəhərinə səfəri ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Müsabiqə barəsində ətraflı məlumatı http://www.wto.org/english/news_e/news10_e/rese_02mar10_e.htm internet səhifəsindən əldə etmək mümkündür. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər tamamlanmış tədqiqat işini və tərcümeyi-halını cari ilin 15 iyun tarixinə qədər aishah.colautti@wto.org elektron poçt ünvanına göndərməli, həmçinin müvafiq sənədləri, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; daxili: 248) təqdim etməlidirlər.
08/07/2015 16:52
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2010-cu ildə bir sıra ölkələrdə əqli mülkiyyət məsələləri ilə bağlı yay kursları təşkil olunacaqdır.
Kurslarda iştirak edəcək şəxslər ÜƏMT-nın vəzifə və funksiyaları barədə məlumatlar əldə edəcək, həmçinin əqli mülkiyyətlə bağlı müxtəlif sahələrdə daha dərin biliklərə yiyələnə biləcəklər. Mühazirə və məşğələlər şəklində təşkil olunacaq kurslarda bakalavr pilləsinin sonuncu kursunda və magistr pilləsində təhsil alan tələbələr, həmçinin gənc peşəkarlar iştirak edə bilərlər. Kursun sonunda iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar. Kurslarda iştirakla bağlı qeydiyyat haqqı, həmçinin beynəlxalq nəqliyyat və yaşayış xərcləri iştirakçının özü tərəfindən ödənilməlidir. Kurslarda iştirak etmək arzusunda olan namizədlər http://www.wipo.int/academy/en/courses/summer_school/index.html internet səhifəsində qeydiyyatdan keçməli, tərcümeyi-hal və müvafiq əsaslandırma məktubunu birbaşa təşkilatçılara göndərməlidirlər. Kurslar barəsində daha ətraflı məlumatı http://www.wipo.int/academy/en/courses/summer_school/index.htmlinternet səhifəsindən əldə etmək mümkündür.
08/07/2015 16:52
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BƏT-in mandatına aid olan müxtəlif sahələr üzrə təcrübə keçmək imkanı yaradılıb.
3-6 aylıq təcrübə müddəti ərzində tələbələr BƏT-in fəaliyyəti ilə yaxından tanış olmaq və müvafiq sahələrdə biliklərini artırmaq imkanı əldə edəcəklər. Təcrübə proqramında iştirak etmək arzusunda olan namizədlər: Magistratura və ya doktorantura təhsilini bitirməli, yaxud bakalavr pilləsinin sonuncu kursunda təhsil almalı; BƏT-in fəaliyyət dairəsinə aid sahələrdə (beynəlxalq hüquq, iqtisadiyyat, əmək münasibətləri, politologiya və sosial elmlər) ixtisas biliklərinə malik olmalı; ingilis, fransız və ya ispan dilində yüksək şifahi və yazılı biliklərə, eləcə də yüksək ünsiyyət, həmçinin, müstəqil və qruplarda işləmək bacarıqlarına malik olmalıdırlar. Namizədlərin seçimi BƏT-in ayrı-ayrı şöbə və departamentlərinin ehtiyaclarına uyğun olaraq aparılacaqdır. Seçim zamanı İKT sahəsində iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir. Təcrübə proqramında iştirakla bağlı beynəlxalq nəqliyyat, yaşayış və yemək xərcləri namizədin özü və ya sponsor təşkilat tərəfindən ödənilməlidir. Namizədi maliyyələşdirən hər hansı sponsor təşkilat olmadığı təqdirdə, onlara 1500 İsveçrə frankı məbləğində aylıq məvacib ödəniləcəkdir. Proqramda iştirak etmək arzusunda olan namizədlər CV formasını və əsaslandırma məktubunu elektron poçt vasitəsi ilə BƏT-in seçdikləri müvafiq departamentinə-şöbəsinə göndərməlidirlər. Seçim barədə yekun qərar namizədə birbaşa olaraq həmin departament-şöbə tərəfindən bildiriləcəkdir. Seçilmiş namizədlər müvafiq sənədləri, həmçinin, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova- tel: 496-33-11; dax:248) də təqdim etməlidirlər. Proqram barəsində ətraflı məlumatları www.ilo.org internet səhifəsindən əldə etmək mümkündür.
08/07/2015 16:52
Latviya Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən 2010-2011-ci illərdə Latviya dövlət ali təhsil müəssisələrində təhsil almaq və ya tədqiqat işi aparmaq arzusunda olan şəxslər üçün dövlət təqaüdləri elan edilib.
Təqaüd maksimum 10 ay müddətində veriləcəkdir. Müstəsna hallarda Latviya Respublikasının Təhsil və Elm Nazirliyinin xüsusi qərarına əsasən təqaüdün verilmə müddəti uzadıla bilər. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə forması; 2. CV; 3. əsaslandırma məktubu; 4. diplom və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətləri; 5. 2 ədəd tövsiyə məktubu; 6. ali təhsil müəssisəsinin dəvət məktubu; 7. 1 ədəd fotoşəkil; 8. tədqiqat planı (tədqiqat işinin ümumi təsviri). Sənədlər latış, rus və ya ingilis dillərindən birinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Proqram barəsində ətraflı məlumatları və ərizə formasını http://izm.izm.gov.lv/ministry/4885.html internet səhifəsindən əldə etmək mümkündür. Təqaüd proqramı üçün müraciət etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 28 aprel tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
08/07/2015 16:52
Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu (NIIED) tərəfindən xarici vətəndaşlar üçün təqaüd proqramları elan edilib:
Təqaüd proqramı çərçivəsində magistratura, doktorantura və qarışıq (magistratura+doktorantura) təhsil proqramları nəzərdə tutulur. Proqramda iştirak etmək arzusunda olan namizədlər: ali təhsilli olmalı; 40 yaşdan aşağı olmalıdırlar. Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməli və ya Koreyanın müvafiq ali təhsil müəssisəsinə birbaşa olaraq göndərməlidirlər. Koreya Respublikasının Bakıdakı Səfirliyinə müraciət edəcək namizədlər üçün sənədlərin son qəbul tarixi 30 aprel 2010-cu ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatları və ərizə formalarını http://www.gks.go.kr internet səhifəsindən əldə etmək mümkündür.
08/07/2015 16:52
Koreyanın Koreyaşünaslıq üzrə Ali Məktəbi (Graduate School of Korean Studies) tərəfindən xarici vətəndaşlar üçün aşağıdakı ixtisaslar üzrə təqaüd elan edilib:
Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər, Koreyaşünaslıq üzrə magistr proqramı; Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər üzrə doktorantura proqramı. Qeyd: Magistr proqramı üçün müraciət etmək arzusunda olan namizədlərin bakalavr təhsili üzrə ixtisasının müraciət olunan təhsil proqramı ilə eyni olması şərt deyil. Proqramda iştirak etmək arzusunda olan namizədlər: ali təhsilli olmalı; 40 yaşdan aşağı olmalı; Koreyada eyni ixtisas üzrə hər hansı digər təhsil proqramında təhsil almamalıdır. Elan edilmiş təhsil proqramı çərçivəsində tədris ingilis dilində aparılır. Bununla əlaqədar olaraq namizədlər ingilis dili biliklərini təsdiq edən müvafiq sənədi - TOEFL (əgər varsa) təqdim etməlidirlər. Bütün sənədlər birbaşa olaraq Koreyaşünaslıq üzrə Ali Məktəbə təqdim olunmalıdır. Proqram və sənədlər barəsində ətraflı məlumatları www.aks.ac.kr\admission internet səhifəsindən əldə etmək mümkündür. Namizədlərin sənədlərinə baxıldıqdan sonra onlarla telefon vasitəsi ilə müsahibə aparılacaq. Seçilmiş namizədlər barəsində müvafiq məlumatlar internet səhifəsində yerləşdiriləcək və namizədlərə elektron poçt vasitəsi ilə bildiriləcək. Təqaüd proqramı üçün son müraciət tarixi payız semestri üçün 30 aprel 2010-cu il, yaz semestri üçün isə 31 oktyabr 2010-cu ildir.
08/07/2015 16:52
Kipr Respublikası Hökuməti tərəfindən 2010-2011-ci illərdə Kipr Beynəlxalq Menecment İnstitutunda (Cyprus International Institute of Management) Biznesin İdarəedilməsi (MBA) və Dövlət Sektorunun İdarəedilməsi (MPSM) üzrə magistr təhsili sahəsində 12 aylıq (sentyabr 2010-sentyabr 2011) təqaüd proqramları elan edilib.
Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödənilir: · təhsil xərcləri; · 750 avro məbləğində aylıq məvacib; · 950 avro həcmində təyyarə bileti xərci; · yerləşmə ilə bağlı 70 avro məbləğində məvacib; · tədris materialları üçün 465 avro həcmində məvacib; · təqaüd başa çatdığı zaman ölkəni tərk etməklə bağlı 50 avro məbləğində məvacib; · yaşayış icazəsinin alınması ilə bağlı xərclər; · tibbi sığorta xərcləri. Proqramda iştirak etmək arzusunda olan namizədlər: · ali təhsilli olmalı; · müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmalı; · ingilis dilini mükəmməl səviyyədə bilməli (namizədlərdən TOEFL, TOIEC, IELTS və s. testlərin nəticələri tələb oluna bilər). Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: · orta təhsil haqqında şəhadətnamənin surəti; · diplom və diplom əlavəsinin surəti; · 2 ədəd tövsiyə məktubu; · 4 ədəd fotoşəkil. Qeyd: sənədlər ingilis dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Sənədlər, həmçinin CD formatında (skayner edilməklə) da təqdim edilməlidir. Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formasını http://www.ciim.ac.cy/easyconsole.cfm/id/51 internet səhifəsindən əldə edə bilərsiniz. Sənədlər cari ilin 10 iyun tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova–tel:496-33-11; dax:248) təqdim olunmalıdır.
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumlarında-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Xarici Fənlər üzrə Hankuk Universitetində Beynəlxalq İnkişaf Elmləri (Müqayisəli inkişaf) üzrə təqaüdlü magistr proqramı elan edir.
2010-cu ilin iyul – 2011-ci ilin iyul aylarını əhatə edən 13 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər: · Dövlət qulluqçusu olmalı və ya dövlət qurumunda çalışmalı (3 ildən artıq iş təcrübəsi olmaq şərti ilə); · ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · magistr proqramını bitirdikdən sonra ən azı bir il müddətində beynəlxalq inkişaf sahəsində çalışmaq imkanı olmalı; · əqli və fiziki cəhətdən tam sağlam olmalı; · bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır. İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: · KOICA ərizə forması; · müvafiq ali təhsil müəssisəsinin ərizə forması; · rəhbər şəxs tərəfindən yazılmış tövsiyə məktubu; · əmək kitabçasının surəti; · CV; · diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; · dil biliklərini təsdiq edən sertifikat və ya tövsiyə məktubu; · şəxsiyyət vəsiqəsi və ya pasportun surəti; · 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsias.hufs.ac.kr internet səhifəsindən əldə edə bilərsiniz. Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Hankyong Universitetində Kənd Təsərrüfatı və Regionların İnkişafı üzrə təqaüdlü magistr proqramı elan edir.
2010-cu ilin avqust-2011-ci ilin sentyabr aylarını əhatə edən 14 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər: · kənd təsərrüfatı sahəsi üzrə dövlət sektorunda çalışmalı, bu sahədə müvafiq bilik və bacarıqlara malik olmalı; · ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · Koreyada təhsili bitirdikdən sonra bu sahədə ən azı bir il müddətində çalışmaq imkanı olmalı ; · əqli və fiziki cəhətdən tam sağlam olmalı; · bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır. İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: · KOICA ərizə forması; · müvafiq ali təhsil müəssisəsinin ərizə forması; · motivasiya (əsaslandırma)məktubu; · CV; · Tərcümeyi-hal; · diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; · dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.); · əmək kitabçasının surəti (olduğu təqdirdə); · 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; · namizədin və valideynlərinin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti; QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.hknu.ac.kr/web/eng/home internet səhifəsindən əldə edə bilərsiniz. Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün SungKyunnKvan Universitetində Qlobal Elektron Siyasət və Elektron Hökumət üzrə təqaüdlü magistr proqramı elan edir.
2010-cu ilin avqust-2011-ci ilin iyul aylarını əhatə edən 12 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər: · dövlət sektorunda çalışmalı və ya hər hansı dövlət institutunda tədqiqatla məşğul olmalı; · ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · 35 yaşdan aşağı olmalı; · əqli və fiziki cəhətdən tam sağlam olmalı; · bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır. İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: · KOICA ərizə forması; · müvafiq ali təhsil müəssisəsinin ərizə forması; · CV; · Tərcümeyi-hal; · Esse (məqalə)- məqalədə hazırda işlədiyini vəzifə, vəzifə səlahiyyətləriniz, iş təcrübəniz, elektron siyasət və elektron hökumət haqqında yazacağınız magistr dissertasiyasının ilkin adı, bu sahədə ölkənizdə mövcud olan problemlər, bu problemlərin necə aradan qaldırıla biləcəyi, tədqiqat işinizin və nəticələrin nədən ibarət olacağı, bu sahədə praktik və nəzəri göstəricilər, konkret tədbirlər planı və s. təsvir edilməlidir. · diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; · dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.); · əmək kitabçasının surəti (olduğu təqdirdə);; · 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; · pasportun surəti; QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsg.skku.edu/en internet səhifəsindən əldə edə bilərsiniz. Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib
29.11.2024 - 16:14 -
Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edib
29.11.2024 - 15:04 -
SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək
29.11.2024 - 11:55 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
29.11.2024 - 10:39 -
Akkreditasiya Şurasının 4-cü iclası keçirilib
29.11.2024 - 10:24
Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #FənnMüsabiqələri Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21752-1
ƏtraflıMüəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar!
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul müsabiqəsində iştirak edəcək şəxslərin nəzərinə!
Ətraflı