• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası - Siyasət Komponenti üzrə Koordinator

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Peşə Təhsili və Təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası layihəsinin məqsədi müvafiq siyasətin formalaşdırılması prosesini təkmilləşdirmək, bilik və bacarıqlara əsaslanan peşə təhsili və təliminin həyata keçirilməsində yeni əməkdaşlıq modeli işləyib hazırlamaqdır. Yeni kurikulumlar və təlim proqramları Azərbaycanda əmək bazarının tələblərinə uyğun olacaq və yeni peşə standartlarına əsaslanacaqdır. Layihənin ofis komandasının üzvü olaraq, Siyasət Komponenti üzrə uzunmüddətli yerli koordinatorun əsas vəzifəsi Texniki Yardım Komandasına məsləhətçi və uyğun səviyyəli heyət üzvü qismində çalışmaq, onun işini və layihənin vaxtında icra edilməsini dəstəkləməkdir. Koordinatordan regionlara, xüsusilə İsmayıllıya səfər etmək tələb olunacaqdır. Tam ştatlı olan bu vəzifə 2011-ci ilin fevral ayına qədər davam edəcəkdir.   Koordinatorun vəzifələri aşağıdakılardır: • Komponentin əsas ekspertinin dəstəyi ilə “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və digər müvafiq hüquqi aktlar və sərəncamlar barədə, layihənin peşə təhsili sistemində və turizm sektoru da daxil olmaqla Azərbaycanda aparıcı biznes qurumlarının ehtiyacları sahəsində aparılan tədqiqatlar barədə tam şəkildə məlumat əldə etmək; • Müasirləşdirmə-islahatlar strategiyasının formalaşdırılması sahəsində nazirliklər tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətləri müəyyən etmək; • Layihəni lazımınca təmsil etmək və Təhsil Nazirliyi, digər nazirliklər və icra hakimiyyətləri, peşə məktəbləri və liseyləri, biznes qurumları, eləcə də lazım olduğu halda digər təşkilat və şəxslərlə müsbət iş münasibətləri yaratmaq; • Komponentin əsas ekspertilə işləyərək özünütəhsil materiallarından istifadə də daxil olmaqla, təlim seminarları hazırlamaq və həyata keçirmək; • Təhsil Nazirliyi üçün milli texniki peşə təhsili strategiyasının işlənib hazırlanmasında Komponentin əsas ekspertinə dəstək vermək. Buraya strategiya ilə bağlı maliyyə məsələləri da aiddir; • Siyasət üzrə konseptual sənədlərin və icra planlarının hazırlanmasında iştirak etmək; • Komponentin əsas ekspertilə işləyərək formalaşdırılmış siyasətlə bağlı əsas təşkilatlar və şəxslərlə konsultasiyalar aparmaq.   Namizəd aşağıdakı vacib hesab edilən təcrübə və bacarıqlara malik olmalıdır: • Peşə Təhsili və Təlimi (PTT) sektoru-əmək bazarı sahəsində siyasət və strategiyanın işlənib hazırlanması üzrə ən azı 5 illik müvafiq təcrübə; • Layihə komponentinin əhatə etdiyi PTT siyasəti sahəsi üzrə dərin biliklər (baxın: www.azvet.edu.az); • Müvafiq sahədə universitet dərəcəsi və ya ekvivalent dərəcə (təhsil, biznesin idarəedilməsi, iqtisadiyyat); • PTT sektorunda yüksək vəzifədə çalışmaq sahəsində təcrübə; • Beynəlxalq layihələrdə iştirak üzrə təcrübə; • Öz təhsili və peşəkar inkişafına dair öhdəliyə malik olması; • Mükəmməl Azərbaycan dili bacarıqları.   İngilis dilini bilən namizədə üstünlük veriləcəkdir. Ərizə qəbulu 23 noyabr 2009-cu il tarixdə saat-18:00-da başa çatır. Maraqlananlar CV və onu müşayiət edən məktubu annj2005@yahoo.co.uk elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (Subject) hissəsində “Policy Component Coordinator” sözləri yazılmalıdır. CV-ni müşayiət edən məktubunuzda qeyd edilən tələblərə necə cavab verdiyinizi təsvir etməklə bərabər, nə üçün bu vəzifəyə ideal namizəd olduğunuzu da göstərməlisiniz. Məktubun əsas hissəsi 500 sözdən artıq olmamalıdır. Müraciət edən şəxslər Azərbaycan və ya ingilis dillərindən istifadə edə bilərlər. Dekabrın 11-nə qədər yalnız CV-ləri seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

Brüssel Azad Universiteti tərəfindən “Beynəlxalq hüquq və Avropa hüququ” və “Avropaya inteqrasiya və inkişaf” adlı magistr proqramlarına qəbul aparılır. Təhsil proqramlarının işçi dili ingilis dilidir.

Hər iki proqram üçün təhsil xərci 2500 avrodur. Beynəlxalq nəqliyyat və yaşayış xərcləri tələbənin özü tərəfindən ödənilməlidir. Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.ies.be internet səhifəsindən əldə etmək mümkündür.

Brüssel Azad Universiteti tərəfindən “Avropada qərar vermə prosesi” mövzusunda 2 həftəlik yay məktəbi təşkil olunur.

Kursun əsas məqsədi tələbələrə Avropada fəaliyyət göstərən qurumlar, Avropa hüququ və qərar qəbuletmə prosesləri haqqında daha geniş məlumatları çatdırmaqdır. Kurslar üçün qeydiyyat haqqı 895 avrodur. Yay kursları barəsində ətraflı məlumatları www.ies.be\summerscholl internet səhifəsindən əldə etmək mümkündür.

Yaponiya Fondu 20 may 2010 – 25 mart 2011-ci il müddətində Yaponiyanın ali məktəblərində tədqiqat aparmaq arzusunda olan Azərbaycan vətəndaşlarına “2010-2011 İntellektual Mübadilə Təqaüd Proqramı”nı təklif edir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:   1.Bakalavr və magistr təhsil olan tədqiqatçılar, jurnalistlər və humanitar və ya sosial elmlər sahələrində fəaliyyət göstərən və ya media, qeyri hökumət təşkilatlarında praktiki təcrübəyə malik olmalı;  2. İngilis dilini mükəmməl bilməli; 3. Yaşı 1 aprel 2010-cu il tarixinədək 45 yaşa qədər olmalı; 4. Yaponiyada ali təhsil müəssisəsinə müstəqil şəkildə qəbul olmalı və akademik rəhbəri müəyyən etməlidirlər. 5.Yapon dilli tələbələr, sənaye sahəsi üzrə təlim kursunun tələbələri və ya ənənəvi mədəniyyət sahələri üzrə təhsil alan tələbələri bu Proqrama müraciət edə bilməzlər. Eyni zamanda dövlət qurumlarında çalışan şəxslər bu Proqramda iştirak edə bilməzlər.   Əlavə məlumat və ərizə formaları almaq istəyənlər Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet saytına www.az.emb-japan.go.jp müraciət edə bilərlər. Doldurulmuş ərizə formaları 28 dekabr 2009-cu il tarixində saat 17:45-dək qəbul olunur.

İslam İnkişaf Bankı tərəfindən 2010-2011-ci illər üçün dünyanın bir sıra qabaqcıl universitetlərində tibb, su resurslarından istifadə, enerji və infrastrukturun inkişafı, nanotexnologiya kimi sahələrdə doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı (Merit Scholarship Programme for High Technology) elan edilir.

Proqramda tədris, eləcə də elmi və ya texnoloji tədqiqat müəssisəsinin daimi işçisi olan şəxslər iştirak edə bilərlər. Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödəniləcəkdir: təhsil xərcləri; beynəlxalq nəqliyyat xərcləri; yaşayış xərcləri; tibbi sığorta xərcləri.   Proqramda iştirak edəcək namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: doktorantura pilləsi üçün yaş həddi maksimum 35; doktoranturadan sonrakı tədqiqat üçün maksimum 40 olmalıdır; namizəd müvafiq sahə üzrə təhsilə malik olmalı; namizədin təhsil göstəriciləri yüksək olmalı; doktorantura pilləsi üzrə müraciət edəcək namizədin müvafiq sahədə iş təcrübəsi minimum 2 il, doktoranturadan sonrakı tədqiqat işi üzrə müraciət edəcək namizədin iş təcrübəsi isə minimum 5 il olmalıdır; namizədin müvafiq sahə üzrə müəyyən sayda məqalə və yazıları dərc olunmalıdır;   Qeyd: hər hansı xarici ölkədə son iki il ərzində tədqiqat işi aparmış şəxslər proqramda iştirak edə bilməzlər. Namizəd ilk öncə Times Higher Education Supplement (THES) siyahısında yer almış ali təhsil müəssisələrindən birinə müstəqil şəkildə müraciət etməli və oradan qəbul haqqında sənəd almalıdır. Universitetlərin siyahısını www.isdb.org internet ünvanından yükləyə bilərsiniz.   Proqramda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: ərizə forması; 1 ədəd CV bakalavr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; magistr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; 2 ədəd fotoşəkil; şəxsiyyət vəsiqəsini və ya xarici pasportun surəti (şəxsiyyət vəsiqəsinin surəti notarial qaydada tərcümə və təsdiq edilməlidir); dil bilikləri üzrə sertifikat (əgər varsa); əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; müvafiq universitetdən alınmış qəbul sənədi.   Proqram barədə ətraflı məlumatları və ərizə formasını www.isdb.org (Scholarships and Assistance) internet ünvanından əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini (iş yerindən mü­va­fiq təqdimat məktubu ilə birlikdə) 28 dekabr 2009-cu il tarixinə qədər Təh­sil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova–telefon: 496 33 11; dax: 251 və ya 248) təqdim etməlidirlər.

CONSULTING SERVICES ON PROVISION OF TRAINING ON "INTERPRETATION OF FIDIC CONTRACT CONDITIONS FOR CONSTRUCTION SUPERVISION"

REPUBLIC OF AZERBAIJAN PUBLIC INVESTMENT CAPACITY BUILDING PROJECT CREDIT No: 4595 AZ   CONSULTING SERVICES ON PROVISION OF TRAINING ON "INTERPRETATION OF FIDIC CONTRACT CONDITIONS FOR CONSTRUCTION SUPERVISION"   Request for Expression of Interest   The Republic of Azerbaijan has received financing from the World Bank toward the cost of the Public Investment Capacity Building Project, and intends to apply part of the proceeds for consultant services.   The objectives of the Assignment are: To raise awareness of the management level of the project administration, management and implementation entities (Employer organizations, Project Implementation Units (PIUs), and other stakeholders) about the procedure and methodology of the project management, including provisions related to process and procedures, roles and responsibilities, and reporting, etc.; To train the participants on appropriate techniques including contract management, progress control, cost control and quality management, environment management, and other aspects with case studies; To build the capacity of the PIUs, engineers and other involved stakeholders to successfully manage the construction projects financed by every International Financial Agencies (IFAs).   Qualifications required: A reputable consulting firm with extensive experience and capacity in project management of infrastructure construction works and training. Key staff must have + 15 years experience in relevant fields and training Fluent English, and Russian a plus   Implementation period: February – May 2010 The Ministry of Education of the Republic of Azerbaijan now invites eligible consulting firms to indicate their interest in providing the services. Interested firms must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.). Consulting firms may associate to enhance their qualifications.   A Consultant will be selected in accordance with the procedures set out in the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers (current edition).   Interested consultants may obtain further information at the address below from 09.00 to 18.00 office hours.   Expressions of interest must be delivered to the address below by January 12, 2010.   The Ministry of Education of the Republic of Azerbaijan Project Coordination Unit Attn: Elvin Rustamov, Director 49, Khatai Avenue, AZ1008, Baku, Azerbaijan Tel: (+99412) 4963759/4963760 Fax: (+99412) 4969368 Email: erustamov@ultel.net

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təlim mərkəzində aparılacaq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və müəlliflik nəzarətinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ KREDİT Nö 4595AZ   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin aşağıda təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin qısa təsviri: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təlim mərkəzində aparılacaq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və müəlliflik nəzarətinin həyata keçirilməsi.   İcra müddəti: on iki (12) ay   Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri: 1)      Müqavilə ilə təltif edilmək üçün bu Texniki Tapşırıqda nəzərdə tutulmuş işlər üçün Məsləhətçi şirkətin Azərbaycan qanunvericiliyinə uyğun müvafiq lisenziyası olmalıdır; 2)      Məsləhətci şirkət bina və qurğuların müfəssəl texniki müayinəsi, memarliq/dizayn mühəndis xidmətləri və bina qurğularının/avadanlığının layihələndirilməsi sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olduğunu təsdiq edən müvafiq sənəd təqdim etməlidir; 3)      Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir. 4)      Məsləhətçi aşağıdakı sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır:    - Memar;    - İnteryer dizayner;    - Mühəndis-smetaçı;    - Elektrik təchizatı üzrə mühəndis-layihəçi;    - İstilik təchizatı üzrə mühəndis-layihəçi;    - Su təchizatı və kanalizasiya sistemi üzrə mühəndis-layihəçi;    - Yanğın mühafizə siqnalizasiya sistemi üzrə mühəndis-layihəçi.   Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla uyğun olaraq Məsləhətçinin İxtisas Göstəricilərinə əsaslanan müsabiqə metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.   Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən məlumatları (nizamnamə, yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri, müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat) müraciət məktubu ilə birlikdə 14 yanvar 2010-cu il  saat 18.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim etməlidirlər.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Füzuli Qurbanov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: fgourbanov@ultel.net

"Beynəlxalq maliyyə qurumlarının standartları əsasında maliyyə idarəetməsi" mövzusunda təlim kursunun keçirilməsinə marağın bildirilməsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ   DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ   (Kredit No 4595AZ)   "BEYNƏLXALQ MALİYYƏ QURUMLARININ STANDARTLARI ƏSASINDA MALİYYƏ İDARƏETMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan HökumətiDövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.   Təlim proqramının məqsədi: Seçilmiş təcrübəli Azərbaycan mühasiblərini, maliyyə menecerlərini beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi strategiyaları və əməliyyatları barədə təcrübi biliklərlə və müvafiq peşə bacarıqları ilə təmin etmək. Təlim kursunun əsas vəzifələri aşağıdakılardır: Seçilmiş mühasiblər və maliyyə menecerləri Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi, habelə vəsait xərcləmə startegiyaları və əməliyyatları ilə tanış olurlar; Layihələrin icra qrupları Azərbaycan Respublikasının mühasibat və vergi qaydalarının tələblərini və təlimatlarını başa düşürlər və onlara lazımi şəkildə riayət etmək bacarığına yiyələnirlər; İştirakçılara vəsait ayrılması üzrə ərizələrin və tələb olunan köməkçi sənədlərin müxtəlif növlərini tərtib etmək qaydalarından əyani nümunələr göstərilir; Təlimdən keçən orta səviyyəli rəhbərlər öz müəssisələrində maliyyə idarəetməsi sistemlərinin daha da təkmilləşdirilməsi üçün biliklər əldə edirlər; İştirakçılar maliyyə idarəetməsi, o cümlədən beynəlxalq maliyyə qurumlarını maliyyə idarəetməsi strategiyaları və üsulları, habelə vəsaitlərin xərclənməsi üzrə təlim keçirlər; Layihələrin icra qrupları, təşkilatların mühasibləri, maliyyə menecerləri hər bir beynəlxalq maliyyə qurumu tərəfindən maliyyələşdirilən layihələri uğurla idarə etmək bacarığı əldə edirlər.     İcraçı təşkilat üçün ixtisas tələbləri: Ümumi maliyyə idarəetməsi üzrə təlim kurslarının keçirilməsi sahəsində geniş təcrübəyə və bacarığa malik olan nüfuzlu məsləhətçi şirkəti olması; Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının maliyyə idarəetməsi və vəsait xərclənməsi strategiyaları və üsulları haqqında dərin biliyə malik olması; Əsas heyətin müvafiq sahələr və təlim kursları üzrə 5 ildən artıq iş təcrübəsinə malik olması; İngilis, Azərbaycan və rus dillərini doğma dilləri qədər yaxşı bilən heyətə malik olanlara üstünlük verilir.   İcra müddəti və yeri: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan.   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il yanvarın 25-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

SERVICES ON PROVISION OF TRAINING ON "FINANCIAL MANAGEMENT UNDER IFI STANDARDS” Request for Expression of Interest

The Republic of Azerbaijan has received financing from the World Bank toward the cost of the Public Investment Capacity Building Project, and intends to apply part of the proceeds for consultant services.   The purpose of this training program is to provide the selected experienced Azerbaijani accountants/financial managers with practical knowledge and appropriate professional skills in the financial management policies and procedures of the International Financial Institutes (IFIs). The main objectives of this consultancy and training are as follows: Selected accountants and finance managers are familiar with the Financial Management and Disbursement Policies and Procedures of the IFIs operating in Azerbaijan. Requirements and implications of the Accounting and Tax regulation of the Azerbaijan Republic are understood and duly followed by Project Implementing agencies. Participants are given practical examples of how to prepare different types of Withdrawal Applications together with supporting documents required. Institution’s Mid-level Management and staff trained and acquired enough knowledge further to improve Financial management systems To train the participants on appropriate techniques of financial management including financial management policies and procedures of international financial institutions and disbursement techniques. To build the capacity of the PIUs, accountants/financial managers of beneficiary organizations to successfully manage the projects financed by every International Financial Agencies (IFAs).   Qualifications required: A reputable consulting firm with extensive experience and capacity in providing general financial management training; Deep knowledge of financial management and disbursement policies and procedures of the IFIs operating in Azerbaijan; Key staff must have + 5 years experience in relevant fields and training; Native speaker of English, Azerbaijani, Russian is a plus   Implementation period and place: February – Mart 2010, Baku, Azerbaijan The Ministry of Education of the Republic of Azerbaijan now invites eligible consulting firms to indicate their interest in providing the services. Interested firms must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.).   A consulting firm will be selected in accordance with the Consultants’ Qualifications selection method procedures set out in the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers (current edition).   Interested consultants may obtain further information at the address below from 09.00 to 18.00 office hours.   Expressions of interest must be delivered to the address below by January 25, 2010.   The Ministry of Education of the Republic of Azerbaijan Project Coordination Unit Attn: Elvin Rustamov, Director 49, Khatai Avenue, AZ1008, Baku, Azerbaijan Tel: (+99412) 4963759/4963760 Fax: (+99412) 4969368 Email: erustamov@ultel.net

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2010-cu ildə Yaponiyanın ali məktəblərində Yapon dili üzrə Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər: 1. 2 aprel 1980 və 1 aprel 1992-ci il tarixləri arasındakı dövrdə anadan olmuş şəxslər; 2. Yapon dili və Yapon mədəniyyəti ixtisaslarında bakalavr pilləsi üzrə təhsil alan şəxslər.   Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər: 1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər; 2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər; 3. Digər müəssisələrdən (o cümlədən öz ölkələrində fəaliyyət göstərən dövlət müəssisələrindən) təqaüd alan şəxslər Yaponiya Hökumətinin ayırdığı Təqaüdlərdə iştirak edə bilməzlər; 4. 1 oktyabr 2010-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər; 5. Yaponiya universitetində tələbə visasına malik olan və bu təqaüd proqramı elan edildiyi müddətdən başlayaraq öz hesabına Yaponiya universitetində təhsil alan şəxslər. Ərizə   formaları   19 fevral   2010-cu il   tarixinədək Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən qəbul olunur. Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar.

29/11/2024

Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #FənnMüsabiqələri Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21752-1

Ətraflı
29/11/2024

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar!

Ətraflı
29/11/2024

Məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul müsabiqəsində iştirak edəcək şəxslərin nəzərinə!

Ətraflı