Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Əhali arasında ümumi sorğular   İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı   Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri: • əhali arasında keçirilən sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sosial xidmət sektorlarında əhali arasında sorğuların tərtib edilməsi və həyata keçirilməsi sahəsində xeyli təcrübəyə malik olmalıdır. Təhsil sektoruna aid olan sorğular üzrə təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir; • sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sorğu nəticələrini təhlil etmək məqsədilə məlumat bazası proqramının (SPSS və ya MS-Access) ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • təhsil sektorunun monitorinq və dəyərləndirmə sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır; • sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.   Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.   Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər. • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68 Email: smasimova@ultel.net

Müşahidə təhqiqatlarının aparılması üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Müşahidə tədqiqatları   İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı   Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri: • təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə; • müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə; • təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalı; • sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.   Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.   Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər. • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68 Email: smasimova@ultel.net

20 oktyabr 2009-cu il tarixdə Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA, Koreya Turizm təşkilatının dəstəyi ilə Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcəkdir.

Sərgi saat 14:00-18:00-da Hyatt Hotel mehmanxanasının Şuşa konfrans zalında baş tutacaqdır. Sərgiyə giriş pulsuzdur.     Tədbirdə Koreyanın aşağıdakı 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edəcəkdir:   KyungPook Milli Universiteti (KyungPook National University) Koreya Universiteti (Korea University) Mokpo Milli Universiteti (Mokpo National University) Gimcheon Universiteti (Gimcheon University) Pusan Milli Universiteti (Pusan National University) Seul Milli Texnologiya Universiteti (Seoul National University of Technology) Sunçunyanq Universiteti (Soonchunhyang University) Sunqsil Universiteti (Soongsil University) Yonsei Universteti (Yonsei University) Ulsan Milli Elm və Texnoloiguya Universiteti (Ulsan National Institute of Science & Technology) İnha Universiteti (Inha University) Pohanq Elm və Texnologiya Universiteti (Pohang University of Science & Technology (POSCO) Hanyanq Universiteti (Hanyang University)   Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.     Ətraflı məlumat üçün əlaqə telefonları:   Koreya Respublikasının Bakıdakı Səfirliyi Tel: 596 7901/02

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər: 1. 2 aprel 1974-cü il tarixində və ya bu tarixdən sonra anadan olmuş şəxslər; 2. Ali təhsili olan və 1 aprel 2009-cu il tarixinədək ibtidai və orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən 5 il iş təcrübəsinə malik şəxslər.   Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər: 1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər; 2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər; 3. 1 oktyabr 2009-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər; 4. Başqa institutlardan təqaüd alan şəxslər Yaponiya Hökumətinin bu Proqramına müraciət edə bilməz. Ərizə formaları 28 fevral 2009-cu il tarixinədək Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən qəbul olunur. Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı Səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar. 

Almaniya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!

Oktyabrın 1-də Bakıda Alman universitetlərinin Təhsil Yarmarkası keçiriləcək. “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində təşkil olunacaq yarmarka saat 14:00-dan - 18:00-a qədər davam edəcək. Təhsil Nazirliyi və Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı tərəfindən təşkil olunacaq tədbirdə Almaniyanın Bonn, Zigen, Potsdam və Köln universitetləri, Axen Ali Məktəbi kimi 20-dən artıq nüfuzlu ali məktəbləri iştirak edəcək. Sərgi iştirakçıları Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

7 fevral 2010-cu il tarixində İran İslam Respublikasının Elm və Texnologiya üzrə Tədqiqat Təşkilatı tərəfindən məşhur İran riyaziyyatçısı və astronomu Məhəmməd İbn Musa əl-Xarəzminin xatirəsinə həsr olunmuş XXIII Beynəlxalq Xarəzmi Mükafatı təqdim olunacaqdır.

Mükafatın məqsədi elm, tədqiqat, innovasiya, elmi fəaliyyət və ixtiralar sahəsində çalışan şəxslərin beynəlxalq aləmdə tanıdılmasından ibarətdir. Mükafatda elektrotexnika, mexanika və kimya mühəndisliyi, mülki mühəndislik, informasiya texnologiyası, bio və nano texnologiya, aviakosmik sənaye, tibb, bərpa olunan enerji və kənd təsərrüfatı sahəsində çalışan şəxslər iştirak edə bilərlər. Namizədlərin həyata keçirdikləri tədqiqat işləri aşağıdakı kateqoriyalardan birinə uyğun olmalıdır: • ixtiralar; • innovasiya; • tətbiqi tədqiqat sahələri; • fundamental tədqiqat sahələri; • inkişaf üzrə tədqiqat sahələri. İştirak etmək arzusunda olanlar 15 oktyabr 2009-cu il tarixinə qədər www.en.khwarizmi.ir  internet səhifəsində müvafiq anketi dolduraraq qeydiyyatdan keçməlidirlər. Tədbir barəsində daha ətraflı məlumatları www.en.khwarizmi.ir internet səhifəsindən əldə edə bilərsiniz.

Koreya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!

Oktyabrın 20-də Bakıda Koreya universitetlərinin Təhsil sərgisi keçiriləcək. "Hyatt Hotel"in Şuşa konfrans zalında təşkil olunacaq sərgi saat 14:00-dan 18:00-a qədər davam edəcək. (Ünvan: Bakıxanov küçəsi 1, tel: 496-12-34). Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi, SEBA və Koreya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreyanın 13 nüfuzlu ali təhsil müəssisəsi - Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED), Koreya, Sunçunyanq, Kyunq Puk Milli, Mokpo Milli, Pusan Milli universitetləri və s. iştirak edəcək. Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.

31 oktyabr – 1 noyabr 2009-cu il tarixlərində Bakıda Malayziya Universitetlərinin Təhsil Sərgisi keçiriləcəkdir.

Sərgidə Malayziyanın aşağıdakı ali təhsil müəssisələri iştirak edəcəklər: • Malayziya Kebangsaan Universiteti • Malayziya Putra Universiteti • Multimedia Universiteti • Curtin Texnologiya Universiteti • Limkokwing Yaradıcı Texnologiya Universiteti • Kasturi Beynəlxalq Kolleci   Sərgi saat 10:00 – 18:00-da Hyat Regency otelinin Bakı zalında keçiriləcəkdir. Ünvan: Bakıxanov küç.1, AZ 1065. Məlumat üçün qeyd edək ki, Malayziya universitetləri xaricdən gəlmiş tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.

Almaniyanın Höte İnstitutu tərəfindən Alman dili müəllimləri üçün 2010-cu il üzrə Almaniyada təkmilləşdirmə kurslarında iştirak etmək məqsədi ilə təqaüdlər ayrılacaqdır.

Proqram üçün tələblər aşağıdakı kimidir: • namizəd 2006-2009-cu illərdə Almaniyada elan edilmiş hər hansı bir təqaüd proqramının iştirakçısı olmamalı; • proqramda iştirak edəcək namizəd Azərbaycana qayıtdıqdan sonra ən azı 6 il ərzində Alman dili müəllimi olaraq fəaliyyətini davam etdirməlidir.   Bundan başqa, proqramda iştirak edəcək müəllimlər Höte İnstitutunun Azərbaycanda keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak etməli və seminarlarda əldə etdikləri bilik və təcrübəni öz ölkələrində tətbiq etməlidirlər. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 6 noyabr tarixinə qədər Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə təqdim etməlidirlər. Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.goethe.de/ins/ge/tif/lhr  internet səhifəsindən əldə edə bilərsiniz. Ərizə formalarını, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyindən də əldə etmək mümkündür.

Avstriya Respublikasının Federal Elm və Tədqiqat Nazirliyi tərəfindən 2010-2011-ci tədris ili üzrə xarici tələbələr və tədqiqatçılar üçün aşağıdakı ixtisaslar üzrə qrant proqramları elan edilib.

• təbiət elmləri; • texniki elmlər; • tibb; • kənd təsərrüfatı, meşəçilik və baytarlıq; • sosial elmlər, hüquq və iqtisadiyyat; • humanitar elmlər və teologiya; • incəsənət Qrantlar üçün müraciət etmək istəyən namizədlər www.grants.az  internet səhifəsindən müvafiq bölmələri seçərək ətraflı məlumat əldə edə bilərlər. s

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı