Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.
Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər:
1. 2 aprel 1974-cü il tarixində və ya bu tarixdən sonra anadan olmuş şəxslər;
2. Ali təhsili olan və 1 aprel 2009-cu il tarixinədək ibtidai və orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən 5 il iş təcrübəsinə malik şəxslər.
Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər:
1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər;
2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər;
3. 1 oktyabr 2009-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər;
4. Başqa institutlardan təqaüd alan şəxslər Yaponiya Hökumətinin bu Proqramına müraciət edə bilməz.
Ərizə formaları 28 fevral 2009-cu il tarixinədək Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən qəbul olunur.
Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı Səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
