Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
20 oktyabr 2009-cu il tarixdə Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA, Koreya Turizm təşkilatının dəstəyi ilə Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcəkdir.
Sərgi saat 14:00-18:00-da Hyatt Hotel mehmanxanasının Şuşa konfrans zalında baş tutacaqdır. Sərgiyə giriş pulsuzdur.
Tədbirdə Koreyanın aşağıdakı 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edəcəkdir:
- KyungPook Milli Universiteti (KyungPook National University)
- Koreya Universiteti (Korea University)
- Mokpo Milli Universiteti (Mokpo National University)
- Gimcheon Universiteti (Gimcheon University)
- Pusan Milli Universiteti (Pusan National University)
- Seul Milli Texnologiya Universiteti (Seoul National University of Technology)
- Sunçunyanq Universiteti (Soonchunhyang University)
- Sunqsil Universiteti (Soongsil University)
- Yonsei Universteti (Yonsei University)
- Ulsan Milli Elm və Texnoloiguya Universiteti (Ulsan National Institute of Science & Technology)
- İnha Universiteti (Inha University)
- Pohanq Elm və Texnologiya Universiteti (Pohang University of Science & Technology (POSCO)
- Hanyanq Universiteti (Hanyang University)
Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.
Ətraflı məlumat üçün əlaqə telefonları:
Koreya Respublikasının Bakıdakı Səfirliyi
Tel: 596 7901/02
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
