“Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramı
İsverçənin Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Tədqiqatları İnstitutunda 2016-cı ilin mart ayından etibarən “Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramına başlanılacaqdır. Proqramın dəyəri 9600 İsveçrə frankıdır. Azərbaycandan olan dövlət qulluqçuları üçün ümumi proqram xərclərinin 50% qarşılanır. Müraciət üçün son tarix 15 yanvar 2016-cı ildir. Daha ətraflı məlumatı http://graduateunstitute.ch/environment internet səhifəsindən əldə etmək olar.
25/12/2015 09:41
“Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası
2016-cı ilin 25 iyun - 5 avqust tarixlərində Norveçin Oslo Universitetinin təşkil etdiyi “Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası keçiriləcəkdir. Tədbirdə iştirak üçün təqaüd alınması ilə bağlı müraciətlər üçün son tarix 1 fevral 2016-cı ildir. Daha ətraflı məlumatı http://www.uio.no/english/studies/summerschool/ internet səhifəsindən əldə etmək olar.
25/12/2015 09:40
Banqladeş Mühəndislik və Texnologiya Universiteti xarici tələbələrin qəbulunu elan edir
Banqladeş Mühəndislik və Texnologiya Universiteti 2015-2016-cı tədris ili üçün müxtəlif ixtisaslar üzrə xarici tələbələrin qəbulunu elan edir. Müraciət üçün son tarix: 31 dekabr 2015 Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.buet.ac.bd/wp-content/uploads/2015/08/UG_Foreign_2015-16.pdf
03/12/2015 17:34
Magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri
Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutu (Cİİ) İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Təhsil Mübadiləsi Proqramı çərçivəsində İƏT üzvü ölkələrdən olan tələbələr üçün 2016-cı ildə magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri təklif edir. Təqaüdlər üçün son müraciət tarixi 15 dekabr 2015-ci ildir. Təqaüdlər barədə ətraflı məlumat bu ünvandan əldə oluna bilər: http://ww3.comsats.edu.pk/internationalstudents/OIC.aspx
23/11/2015 10:45
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir
Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti Təşkilatın Nizamnaməsinin surəti Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti Təşkilatın VÖEN-in surəti Təşkilat haqqında məlumat Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)
12/11/2015 13:53
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur
Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası. Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür. Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il. Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Vüsalə Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16) E-poçt: h.vusale@edu.gov.az Tərcümeyi-hal (CV) formatı
12/11/2015 08:07
13 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin 8-ci sinif “Azərbaycan dili” dərsliyinin 126-cı səhifəsində verilmiş mətnin ictimai müzakirəsi təşkil olunacaq. Müzakirədə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və AMEA-nın əməkdaşları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri və valideyn icmasının üzvləri iştirak edəcəklər.
07/11/2015 15:21
“Sabahın alimləri” V Respublika Müsabiqəsi
Azərbaycan Respublikasının təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə 27 oktyabr 2015-ci il tarixli 1023 nömrəli əmr imzalamışdır. Əmrə əsasən 2016-cı il 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edə bilərlər. “Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar. Müsabiqənin kateqoriyaları: - Riyaziyyat - Fizika, astronomiya - Kimya - Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya) - Tibb və sağlamlıq - Ekologiya, ətraf mühitin idarə olunması - Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.) - Kompüter elmləri. “Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar. Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir. “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
02/11/2015 13:04
6 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta ...
Müzakirədə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin və AMEA-nın əməkdaşları, Azərbaycan dili və ədəbiyyat müəllimləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri və valideyn icmasının üzvləri iştirak edəcəklər.
31/10/2015 06:47
Filter
Xəbərlər
-
IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib
29.11.2024 - 16:14 -
Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edib
29.11.2024 - 15:04 -
SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək
29.11.2024 - 11:55 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
29.11.2024 - 10:39 -
Akkreditasiya Şurasının 4-cü iclası keçirilib
29.11.2024 - 10:24
Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #FənnMüsabiqələri Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21752-1
ƏtraflıMüəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar!
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə işə qəbul müsabiqəsində iştirak edəcək şəxslərin nəzərinə!
Ətraflı