Ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə müsabiqə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqda “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üçün “Twinning” layihəsi”ni həyata keçirir.
Həyata keçirilən layihə çərçivəsində ali təhsil sisteminin yenilənməsi, keyfiyyətin artırılması, müasir və beynəlxalq tələblərə cavab verən standartların müəyyənləşdirilməsi, eyni zamanda bu istiqamətdə islahatların aparılması üçün ekspert qrupunun formalaşdırılması məqsədilə müsabiqə elan edilir.
Müsabiqədə iştirak etmək məqsədilə yalnız hal-hazırda ali təhsil müəssisələrində işləyən şəxslər müraciət edə bilərlər.
Məlumat üçün bildiririk ki, müsabiqə nəticəsində formalaşdırılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək ekspert qrupunun üzvləri ali təhsil sistemi üzrə təşkil olunacaq ölkədaxili tədbirlərdə, müzakirələrdə iştirak etməklə yanaşı, beynəlxalq konfrans, seminar və digər bu tipli tədbirlərdə təmsil olunmaq imkanı əldə edəcəklər.
Müsabiqədə iştirak edə bilər:
Ali təhsil müəssisələri üzrə:
- Akademik tyutorlar
- Müəllimlər
- Kafedra müdirləri
- Digər struktur qurumların rəhbərləri
Namizədlərdən gözlənilən keyfiyyətlər:
- Səmərəli qərar qəbuletmə bacarığı
- Nəticəyönümlülük
- Məntiqi düşüncə bacarığı
- Xarici dil biliklərinin olması (arzuolunandır)
Qeyd: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ya digər proqramlar əsasında xarici ölkələrdə təhsil almış və hal-hazırda ali təhsil müəssisələrində çalışan şəxslərin müsabiqədə iştirak üçün müraciət etməsi arzuolunandır.
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər CV və müraciət formasını (ƏLAVƏ) dolduraraq anar.mirzezade@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 11 mart 2016-сı il.
Seçim qaydaları:
Müsabiqə 2 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (anar.mirzezade@edu.gov.az) göndərəcəkləri müraciət forması və CV əsasında seçiləcəklər. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslərin əsasında ictimai əsaslarla fəaliyyət göstərəcək ali təhsil sistemi üzrə ekspert qrupu formalaşdırılacaq.
8 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00