Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək.
10 il əvvəl
Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinləniləcək.
“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 01.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).
Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.
Tədbir saat 16:30-da UNEC-in əsas tədris korpusunun I mərtəbəsində yerləşən “Ağ zal”da keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6).
Mühazirədə iştirak üçün geyim sərbəstdir.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
