Koreya Hökumətinin Təqaüd Proqramı
Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə üzrə Məktəbi “Koreya Dövlət Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. 3 illik təqaüd proqramına tələbə qəbulu aşağıda göstərilmiş proqramlar üzrə həyata keçirilir: - İctimai Siyasət üzrə Magistr Proqramı - İnkişaf Siyasəti üzrə Magistr Proqramı - İctimai İdarəetmə üzrə Magistr Proqramı Təqaüd Proqramına qəbul edilmiş tələbələr yol xərci, təhsil haqqı və aylıq təqaüdlə təmin ediləcəkdir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 25 mart 2016-cı ildir. Proqram haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/ keçidindən əldə etmək mümkündür. Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Koreya tərəfinə müraciət etməlidirlər.
10/03/2016 12:33
Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə akademik Muxtar İmanovun “Novruz fəlsəfəsi” və akademik Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 10.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında keçiriləcək. Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prosperti,115 Mühazirədə iştirak üçün geyim sərbəstdir.
09/03/2016 15:59
Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərinə görə mükafatlandırılması ilə bağlı elan
Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək. Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq. - Riyaziyyat və texniki elmlər; - Fizika, kimya, biologiya; - Humanitar elmlər; - İqtisadiyyat və idarəetmə; - Tibb elmləri. Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir. Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin “Thomson Reuters” (TR) bazaları üzrə qiymətləndirilməsi metodikası
09/03/2016 12:35
Çin Xalq Respublikasında Təhsil
07/03/2016 14:25
Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə Əməkdar müəllim Asif Cahangirovun “Təhsil Strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 09.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.
04/03/2016 16:09
Latviya Respublikası Təhsil və Elm Nazirliyinin 2016-2017-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramları barədə elan:
1. Ali təhsil müəssisələrində təhsil üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura/PhD Yaş həddi: 22 yaşadək Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: bakalavriat və magistratura tələbələri üçün 500 avro, doktorantura/PhD tələbələri üçün 670 avro Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv; http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ 2. Ali təhsil müəssisələrində tədqiqat üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün müddəti: 5 ay Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: gündəlik 30 avro və aylıq 300 avro yataqxana xərci Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv;http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ 3.Yay məktəblərində iştirak üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün məbləği: Yay məktəbi ərzində 711 avro Son müraciət tarixi: 04.05.2016 Müraciət forması: elektron (e-mail: scholarships@viaa.gov.lv) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Latviya tərəfinə müraciət etməlidirlər.
03/03/2016 17:42
Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə “Ali Təhsil üzrə Qlobal Koreya Təqaüd Proqramı” (2016 Global Korea Scholarship: Korean Government Scholarship Program for a Graduate Degree) barədə elanını nəzərinizə çatdırırıq:
Ölkə: Koreya Respublikası Ali təhsil müəssisəsi: Ərizəçi tərəfindən müəyyənləşdirilir (universitetlər haqqında məlumat aşağıda qeyd olunan saytda göstərilir) Təhsil səviyyəsi: magistratura və doktorantura Təqaüd haqqında ətraflı məlumat: http//studyinkorea.go.kr →Notice no.86 və ya http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714 Sənədlərin təqdim etmək üçün son tarix: 18 mart 2016-ci il Sənədlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməlidir. Təqaüdlər ilə bağlı əlavə məlumatı Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı xanım Lee Hyunjoodan almaq olar. Elektron poçt ünvanı: priznanie@mofa.go.kr
02/03/2016 17:46
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Təcrübə proqramı və təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslər 1 il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə ona tabe qurumlarda təcrübə keçmək və təlimlərdə iştirak etmək imkanı əldə edərək, müəyyən edilmiş aylıq əməkhaqqı alacaqlar. Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi, (üstünlük bölgələrdən olan namizədlərə veriləcəkdir.) Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - İngilis dili bilikləri - Liderlik bacarığı - Yüksək motivasiya - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - İKT-dən istifadə bacarığı - Məntiqi düşüncə bacarığı - Təhsil qanunvericiliyi üzrə biliklər Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə www.miq.edu.az/tm portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müraciət üçün son tarix: 19 mart 2016-сı il. Seçim qaydaları: I mərhələ: www.miq.edu.az/tm portalında elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi;
02/03/2016 16:32
Martın 4-də 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə Təhsil eksperti, professor Şahlar Əsgərovun “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 04.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:00-da 23 nömrəli tam orta məktəbin akt zalında keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.
01/03/2016 14:45
Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.
Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ∙ ərizənin surəti ∙ əmək kitabçasının surəti ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir) ∙ bir ədəd ağ fonda rəngli fotoşəkil ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu (29 fevral 2016-cı il tarixindən 14 mart 2016-cı il tarixi saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Telefonlar: 599-11-55 (dax: 52-28) Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Qulluq funksiyaları: sektorun işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; təhsil sistemində məktəbdənkənar fəaliyyyətin həyata keçirilməsində, inkişaf proqramlarının hazırlamasında iştirak; idman profilli məktəbdənkənar təhsil müəssisələrinin vəziyyətinin təhlili, fəaliyyətlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; təhsilalanlar arasında yarış, birincilik, çempionat və digər idman tədbirlərinin keçirilməsinin təmin edilməsi. Vəzifənin tutulması şərtləri: təhsil: ali təhsil; iş stajı: 3 il; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə), xarici dil: rus dili (orta səviyyədə).
29/02/2016 11:42
Filter
Xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31
“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton
ƏtraflıMüqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı
Ətraflı“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək
Ətraflı