Baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunda vakant baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:
Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ fonda rəngli fotoşəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 12 aprel 2016-cı il tarixdən
26 aprel 2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər.
Telefon: 599-11-55 (5228)
• Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, baş məsləhətçi
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Vəzifə maaşı: 540 manat
Qulluq funksiyaları: şöbənin işinin təşkili, ali və orta ixtisas təhsili sisteminin fəaliyyətini və inkişafını təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və sahə üzrə normativ hüquqi bazanın yaradılmasında iştirak; ali və orta ixtisas təhsili müəssisələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət; ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, onlara tədris-metodiki rəhbərliyin, təlim və tədris prosesinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi; təhsil proqramları və tədris planlarının təhlili və onlara rəylərin verilməsi; ali və orta təhsilə aid olan məsələlər üzrə qərar, əmr, sərəncam, təlimati məktub, kollegiya qərarlarının layihələri tədris planı, proqramların və digər sənədlərin hazırlanması; ərizə, məktub və şikayətlərin vaxtında icra olunmasının təmin edilməsi, semestr və dövlət imtahanlarında iştirak və onlara nəzarət, imtahan nəticələrinin təhlili, təkliflərin verilməsi və müvafiq yekun sənədlərin hazırlanması; tədris prosesinin təşkili sahəsində təcrübənin ümumiləşdirilməsi və yayılması, konsepsiya və strategiyaların, layihə və proqramların həyata keçirilməsi sahəsində təhsil müəssisələrinə metodiki kömək göstərilməsi; ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə rəylərin hazırlanması; ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan məlumatların ümumiləşdirilməsi və təhlil edilməsi; təhsil müəssisələrinin professor-müəllim heyəti, pedaqoji kadrları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili və s.
Vəzifənin tutulması şərtləri: təhsil: ali; iş stajı: müvafiq sahə üzrə azı 3 il; kompüter: MS Windows, MS Office, Internet və s, (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə)
8 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00