• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Varşava Universiteti cari ilin 1-21 iyul 2016-cı il tarixlərində təşkil ediləcək XVI Şərqi Avropa Yay Məktəbi üçün təqaüd elan edir:

Təqaüdlər Şərqi Avropanın  tarixi və inkişafı mövzusunda araşdırmaları olan, postsovet məkanı, Şərqi və Qərbi Avropa ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının gənc tədqiqatçıları üçün nəzərdə tutulmuşdur. Yay məktəbi tələbələr üçün açıq deyildir. Proqram haqqında daha ətraflı məlumatı http://www.studium.uw.edu.pl internet səhifəsindən əldə etmək olar.   pdf

Dərslik siyasəti sahəsində mütəxəssis xidmətləri tələb olunur!

Xidmətin predmeti: Dərslik siyasətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.   Namizədlərə verilən tələblər:   1. Təhsili: Namizəd təhsil yaxud iqtisadiyyat, humanitar, idarəetmə sahəsində ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir. 2. Təcrübəsi: Namizəd təhsil sahəsində təcrübəyə malik olmalıdır. Təhsil sahəsində tədqiqatlar aparmış, dərslik siyasəti sahəsində ölkənin qanunvericiliyini bilən və beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə üstünlük veriləcəkdir. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Windows əməliyyat sistemindən, Microsoft Office paketindən sərbəst istifadə etməyi bacarmalıdır. Statistik təhlil proqramlarından istifadə etməyi bacaran namizədlərə üstünlük veriləcəkdir. 4. Dil bilmə səviyyəsi: Namizəd Azərbaycan və ingilis dilini mükəmməl səviyyədə bilməlidir.   Göstəriləcək xidmətlər: Dərslik siyasəti sahəsində mövcud qanunvericiliyin təhlili, dərslik siyasətinin inkişafını və hədəflərini təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və bu sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən “Dərsliklərin istifadəsinə icazənin verilməsi Qaydaları”nın və “Ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin dərsliklərlə təminatı haqqında Qaydalar”ın hazırlanmasına dair təkliflər vermək.   Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər öz tərcümeyi-halını (CV) 17.06.2016-cı il tarixədək rustamov@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:   Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+ 994 12) 599-11-55 (daxili: 5282) E-poçt: rustamov@edu.gov.az

Rusiya Federasiyası tərəfindən 2016/2017-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşlarına Rusiya Hökumətinin büdcəsi hesabına Rusiya ali məktəblərində təhsil almaq üçün ayrılan təqaüd

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi barədə məlumat

Baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunda vakant baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:   Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.   Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ fonda rəngli fotoşəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 12 aprel 2016-cı il tarixdən 26 aprel 2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefon:   599-11-55 (5228)   • Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, baş məsləhətçi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 540 manat Qulluq funksiyaları: şöbənin işinin təşkili, ali və orta ixtisas təhsili sisteminin fəaliyyətini və inkişafını təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və sahə üzrə normativ hüquqi bazanın yaradılmasında iştirak; ali və orta ixtisas təhsili müəssisələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət; ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, onlara tədris-metodiki rəhbərliyin, təlim və tədris prosesinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi; təhsil proqramları və tədris planlarının təhlili və onlara rəylərin verilməsi; ali və orta təhsilə aid olan məsələlər üzrə qərar, əmr, sərəncam, təlimati məktub, kollegiya qərarlarının layihələri tədris planı, proqramların və digər sənədlərin hazırlanması; ərizə, məktub və şikayətlərin vaxtında icra olunmasının təmin edilməsi, semestr və dövlət imtahanlarında iştirak və onlara nəzarət, imtahan nəticələrinin təhlili, təkliflərin verilməsi və müvafiq yekun sənədlərin hazırlanması; tədris prosesinin təşkili sahəsində təcrübənin ümumiləşdirilməsi və yayılması, konsepsiya və strategiyaların, layihə və proqramların həyata keçirilməsi sahəsində təhsil müəssisələrinə metodiki kömək göstərilməsi; ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə rəylərin hazırlanması; ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan məlumatların ümumiləşdirilməsi və təhlil edilməsi; təhsil müəssisələrinin professor-müəllim heyəti, pedaqoji kadrları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili və s. Vəzifənin tutulması şərtləri: təhsil: ali; iş stajı: müvafiq sahə üzrə azı 3 il; kompüter: MS Windows, MS Office, Internet və s,  (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə)

Slovakiya Respublikasının 2016-2017- ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı nəzərinizə çatdırırıq:

Ölkə: Slovakiya   Proqramın adı: Milli təqaüd proqramı   Qarşılanan xərclər: Aylıq təqaüd   Yaş məhdudiyyəti: Yoxdur   Son müraciət tarixi: 2016-cı ilin 30 may tarixinədək             Müraciət forması: Fərdi   İnternet səhifəsi: http://www.minedu.sk; http://www.vladnestipendia.sk   Əlaqə vasitələri: e-mail: helpdesk@studyabroad.sk   Telefon: +421 907 551 404

Macarıstanda ali təhsil üçün sənəd qəbulu müddətinin uzadılması haqqında elan

Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi haqqında elan

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 24-25 may 2016-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçirir. Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya,  nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, multikulturalizm, iqtisadiyyat) hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, sənətşunaslıq;   Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir                 (Məsələn,  2, cəh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və açar sözlər (hər üç dildə) verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur. Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix 11aprel 2016-ci il   Nümunə

Martın 15-də T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə təhsil eksperti Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 15.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında keçiriləcək. Ünvan: Bakı şəhəri, Şövkət Ələkbərova küçəsi 2. Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Koreya Hökumətinin Təqaüd Proqramı

Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə üzrə Məktəbi “Koreya Dövlət Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. 3 illik təqaüd proqramına tələbə qəbulu aşağıda göstərilmiş proqramlar üzrə həyata keçirilir: - İctimai Siyasət üzrə Magistr Proqramı - İnkişaf Siyasəti üzrə  Magistr Proqramı - İctimai İdarəetmə üzrə Magistr Proqramı Təqaüd Proqramına qəbul edilmiş tələbələr yol xərci, təhsil haqqı və aylıq təqaüdlə təmin ediləcəkdir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 25 mart 2016-cı ildir.  Proqram haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/ keçidindən əldə etmək mümkündür. Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Koreya tərəfinə müraciət etməlidirlər.

29/11/2024

3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək. #ElmVəTəhsilNazirliyi #EduAz #SABAH Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21750-1

Ətraflı
29/11/2024

Noyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsinin iştirakçıları ilə görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz #Maarifçi Maarifçi təcrübə proqramı Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21745-1

Ətraflı
29/11/2024

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.

Ətraflı