Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13.10.2016  18:00 tarixinədək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.   Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 2 oktyabr 2016-сı il.   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   Ərizə forması                

İsveçrə Konfederasiyasının 2017-2018-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elan

Ölkə: İsveçrə Konfederasiyası Təhsil səviyyəsi: Doktorantura/PhD və tədqiqat Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, yol xərci, sığorta xərci və s.   Müraciət forması: elektron Son müraciət tarixi: 15.11.2016 Rəsmi internet səhifəsi: https://www.eda.admin.ch/countries/azerbaijan/en/home/services/scholarships.html

"Direktorlar klubu"nun təqdimat və məlumatlandırma seminarı

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verir. "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır. Bu məqsədlə TİPİİ Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarını 28 sentyabr saat 11:00-da layihənin TİPİİ-də keçiriləcək təqdimat və məlumatlandırma seminarına dəvət edir. Təqdimat zamanı kluba üzvlük şərtləri, qaydalar, fəaliyyət planı, nəzərdə tutulan seminar və təlimlər haqqında məlumat veriləcək. Məlumatlandırma seminarı 2 saat davam edəcək. "Direktorlar klubu"nun ilk görüşü və təqdimat seminarında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur. Seçim zamanı yer məhdudiyyətini nəzərə alaraq, üstünlük ilkin müraciət edənlərə veriləcəkdir. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanınıza göndəriləcəkdir.   Qeydiyyat üçün : http://bit.ly/2d7AQ2E

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.   Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 2 oktyabr 2016-сı il.   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   Ərizə forması                

“Elektron Təhsil” Respublika müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 19 sentyabr 2016-cı il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır. Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcəkdir:   Müəllim istiqaməti üzrə: • Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs; • Təhsildə ən yaxşı İnternet resursları; • Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd; • Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.   Şagird istiqaməti üzrə: • Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.   Məktəb istiqaməti üzrə: • Ən zəngin məzmunlu məktəb saytı.   Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaqdır.   Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində münsif qismində iştirak etməyə dəvət   Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində ekspert qismində iştirak etməyə dəvət

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, kondisionerlərdə müxtəlif təmir və profilaktik işlərinin görülməsini kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 2016-09-15 18:00 tarixinədək qəbul olunur. AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınması üçün açıq tender (müsabiqə) elan edir

Dәrsliklәrin qiymәtlәndirilmәsi sahәsindә ekspert xidmәtlәri

Qazax-Türk Universitetinə məqsədli təhsil qrantı barədə elan

Qazaxıstan Hökuməti tərəfindən Əhməd Yəsəvi adına Qazax-Türk Universitetinə Azərbaycan vətəndaşları üçün 20 məqsədli təhsil qrantı ayrılmışdır. Qrant barədə ətraflı məlumatı universitetin saytından (ayu.edu.kz) almaq olar.  Bildiririk ki, sənəd qəbulu elektron şəkildə admission.ayu.edu.kz ünvanında iyul ayının sonunadək aparılacaqdır.    

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı