Fransa-Azərbaycan Universiteti tələbə qəbulunu elan edir
Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikasının və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsü irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanacaq. Bu ixtisaslar aşağıdakılardır:
1. Kimya mühəndisliyi ixtisası
2. Kompüter elmləri
3. Geofizika mühəndisliyi
4. Neft və qaz mühəndisliyi
Universitetlərin ixitsaslaşdığı sahələrə müvafiq olaraq ilk üç ixtisasın proqramı üzrə Strasburq Universiteti, son ixtisas üzrə isə Ren 1 Universiteti ilə əməkdaşlıq qurulmuşdur. Tədris tamamilə qeyd olunan universitetlərin proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar (ADNSU / Strasburq Universiteti və ADNSU / Ren 1 Universiteti).
Qeyd edək ki, bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da, yəni Bakıda aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələr üçün Fransada yay məktəbləri təşkil oluncaq.
Bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq.
UFAZ-a qəbul qaydaları
UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Abituriyentlər iyulun 25-də UFAZ komissiyası tərəfindən təşkil olunmuş növbəti imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq.
Seçim imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan və rus dillərində aparılacaq:
1. Fizika (testlə)
2. Kimya (testlə)
3. Riyaziyyat (testlə)
4. İngilis dili (esse)
Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
1. TQDK tərəfindən keçirilən test imtahanının nəticəsi haqqında arayış
2. Tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq olunmuş nüsxəsi (attestat)
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Oğlanlar üçün çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
5. 3×4 ölçüdə 8 ədəd fotoşəkil
6. Elektron müraciət forması
Sənədlər ilkin olaraq elektron formada ufaz@asoiu.edu.az unvanına göndərilməli, daha sonra isə UFAZ ofisinə təsdiq edilməlidir.
Sənəd qəbulunun müddəti: 18-21.07.2016 saat 10.00-18.00
Ünvan: Bakı şəhəri, Azadlıq pr. 20, (ADNSU-nun əsas binası)
Əlaqə telefonu: +994 / 50 969 83 55 Mob. +994 / 12 493 33 68
Email: ufaz@asoiu.edu.az
https://www.facebook.com/ufaz.university/
Qeyd: UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
8 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00