Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.   Xidmətlərin təsviri:   İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri  üzrə ekspert xidmətləri: 1. Azərbaycan dili (tədris dili kimi) 2. Həyat bilgisi 3. Познание мира 4. Технология 5. Изобразительное искусство 6. Музыка           7. Русский язык (как язык обучения) 8. Русский язык (иностранный язык) 9. Riyaziyyat 10. Математика 11. Информатика   Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Русский язык (как язык обучения) 2. Русский язык (иностранный язык) 3. Литература 4. Riyaziyyat 5. Математика 6. Информатика 7. История Азербайджана 8. Ümumi tarix 9. Всеобщая история 10. Həyat bilgisi 11. Познание мира        12. Физика 13. Химия 14. География 15. Biologiya 16. Биология 17. Физическое воспитание 18. Технология 19. Изобразительное искусство 20. Музыка 21. Допризывная подготовка   Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.   Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.10.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər.       Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az

Direktor, direktor müavinləri və müəllimlərin təlimlərdə iştirakı üçün müsabiqənin II mərhələsi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək təlimlərdə iştirak üçün müsabiqənin II mərhələsi 28 oktyabr 2017-ci il tarixində saat 11:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Müsabiqənin bu mərhələsi ilə bağlı məlumatlar II mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsilə məlumat veriləcək. Müsabiqənin II mərhələsində namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (nümunə suallar əlavə olunur). Müsabiqənin II mərhələsi ilə bağlı hər hansı bir sual yaranarsa, telim@edu.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz.   Nümunə suallar

Direktorlar və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elanı

Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.   Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil; • 5 (beş) il pedaqoji iş təcrübəsi.   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı; • Yüksək motivasiyalılıq; • Səmərəli qərar qəbuletmə bacarığı; • Nəticəyönümlülük; • İKT-dən istifadə bacarığı; • Məntiqi düşüncə bacarığı.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw   Müraciət üçün son tarix: 12 oktyabr 2017-сi il   Seçim qaydaları: I mərhələ: http://bit.ly/2fLf2bw linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

Koreya Respublikasının 2018-2023-cü illər üzrə elan etdiyi təqaüd proqramı

Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: bakalavr Yaş həddi: 25 yaşadək (doğum tarixi 01.03.1993-cü il tarixindən sonra olanlar müraciət edə bilər) Təqaüdün müddəti: 1 il Koreya dil hazırlıq kursu, 4 il bakalavr dərəcə proqramı Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci və s. Son müraciət tarixi: namizədlər sənədləri 20.10.2017-ci il tarixindən gec olmayaraq Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməlidir. Rəsmi internet  səhifəsi: www.studyinkorea.go.kr Qeyd: Bakalavr dərəcəsi olan, Koreyada əvvəl və ya hazırda orta təhsil alan namizədlər müraciət edə bilməz.   Təqaüd proqramı ilə bağlı sualları səfirliyin əməkdaşı  Li Hyunjuya ünvanlaya bilərsiz: tel: 0125967901, E-məktub: azeremb@mofa.go.kr   Ətraflı məlumat: 2018 GLOBAL KOREA SCHOLARSHIP

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən bu il ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilmişdir. Müsabiqə başa çatdıqdan sonra 7-8 sentyabr 2017-ci il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya mesahibədə iştirak etməyən namizədlər üçün əlavə yerdəyişmə aparılmışdır.   Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri - daimi işləyənlər Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri - təyinat alanlar

2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən bu il ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilmişdir. Müsabiqənin keçirilməsi ilə əlaqədar 1-14 iyul 2017-ci il tarixlərdə elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak üçün müraciət etmiş 46153 nəfərin ərizəsi təsdiqlənmiş və onlar test imtahanına buraxılmışlar. İmtahanlar 2017-ci il iyul ayının 25-dən avqust ayının 5-dək davam etmişdir. İmtahanlarda iştirak edən 37758 nəfərdən 6518 nəfər müsahibəyə buraxılmışdır.   2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri I tur 2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri II tur

“Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” layihəsi

Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR) layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçiriləcək. Tədbirin məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə ikili dərəcələrin qazanılması haqqında geniş məlumatın verilməsidir. Tədbirdə ölkəmizin ali təhsil müəssisələrində “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya” və “Biologiya” ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və 1-ci kurs magistrantları iştirak edə bilər. Tədbir 2017-ci il 25 sentyabr tarixində saat 11.00-dan–14.00-dək  Bakı Dövlət Universitetinin dəyirmi zalında (yeni korpus, 1-ci mərtəbə) keçiriləcəkdir.   Əlavə məlumat üçün: Yaşar Ömərov - əlaqələndirici şəxs, telefon (012) 599 11 55 (daxili nömrə 5168),  email -  yashar.omarov@edu.gov.az

SABAH qruplarına İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə tələbə qəbulu elan olunur

SABAH qrupları 2017/2018-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İngilis bölməsi üzrə tələbə qəbulu müsabiqəsini açıq elan edir! Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müvafiq ixtisas üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin hər iki semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Tələbələr üçün müəyyən olunmuş son qeydiyat tarixi 11 senyabr 2017-ci ildir. QEYD: Hər iki semestr nəticələrinin göstərildiyi akademik transkriptin yüklənməsi tələb olunur. Akademik transkriptdə hər semestr üzrə ÜOMG ayrı-ayrılıqda göstərilməlidir. Qeydiyyatdan keçən zaman müvafiq xanaya yalnız birinci semestr üzrə ÜOMG qeyd olunmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur. 2017/2018-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış  olmağınız tövsiyə olunur. Elektron ərizəyə keç

Açıq tenderin nəticələri barədə

2017/2018-ci tədris ilinə ümumtəhsil məktəblərinin  əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapına dair keçirilmiş açıq tenderin nəticələri barədə   Azərbaycan Respublikası Təhsil Nazirliyində ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin 2017/2018-ci tədris ilində əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satınalınması üzrə keçirilmiş açıq tenderin qalibləri “Təhsil NP” MMC, “AspoliqrafLTD”  MMC, Çaşıoğlu Eİ MMC, “Şərq-Qərb ASC” və “Radius” MMC olmuş və həmin müəssisələr ilə müvafiq satınalma müqavilələri bağlanmışdır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – “Təhsil Nazirliyi”) dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.   Müsabiqənin mövzuları aşağıdakılardır: • Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləş¬dirilməsi; • Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; • Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; • Məktəb-icma(valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi; • Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; • İstedadlı uşaqlarla işin təşkili; • Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;  • Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili; • Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; • Məktəblərarası əməkdaşlığın inkişafı.   Layihələrin müddəti:   Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.   Layihələrin məbləği:   Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.   Layihələrin təqdim olunmasına dair əsas tələblər:   • Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. • Fərdi kateqoriya üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir. • Təhsil Nazirliyi ilə müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.   Müsabiqənin müddəti:   • Layihə təklifləri 2017-ci il avqust ayının 15-dən başlayaraq təqdim edilə bilər. Layihə təkliflərinin qəbulu üçün son tarix: aşağıda qeyd edilən sənədlər doldurulmaqla 10 sentyabr 2017-ci il,  saat 18:00 gec olmayaraq grants@edu.gov.az elektron poçtuna göndərilməlidir. • Layihə təklifləri “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır. • Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.   Müraciət üçün təqdim olunmalı sənədlər 1) Ümumi təhsil müəssisələri kateqoriyası üzrə - 1 nömrəli əlavə  – Ərizə forması - 2 nömrəli əlavə  – Layihə təklifinin forması - 5 nömrəli əlavə  – Xərclər smetası - 6 nömrəli əlavə  – İcra planı   2) Fərdi kateqoriya üzrə - 3 nömrəli əlavə – Ərizə forması - 4 nömrəli əlavə – Layihə təklifinin forması - 5 nömrəli əlavə – Xərclər smetası - 6 nömrəli əlavə – İcra planı   Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 şəhəri, Telefon: (+99412) 599 11 55 / 5166 Faks: (+99412) 496 06 47 Email: grants@edu.gov.az

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı