• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktor, direktor müavinləri və müəllimlərin təlimlərdə iştirakı üçün müsabiqənin II mərhələsi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək təlimlərdə iştirak üçün müsabiqənin II mərhələsi 28 oktyabr 2017-ci il tarixində saat 11:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək.

Müsabiqənin bu mərhələsi ilə bağlı məlumatlar II mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsilə məlumat veriləcək.

Müsabiqənin II mərhələsində namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (nümunə suallar əlavə olunur).

Müsabiqənin II mərhələsi ilə bağlı hər hansı bir sual yaranarsa, telim@edu.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz.

 

Nümunə suallar


7 il əvvəl