Kotirovkalar sorğusu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yeni kondisionerin və müxtəlif avadanlıqların alınması, eləcə də mövcud kondisionerlərdə təmir, quraşdırma və profilaktik işlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 7 noyabr 2017-ci il saat 18:00-dək qəbul olunur.
01/11/2017 17:04
Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur
Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər. Xidmətlərin təsviri: İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Azərbaycan dili (tədris dili kimi) 2. Həyat bilgisi 3. Познание мира 4. Технология 5. Изобразительное искусство 6. Музыка 7. Русский язык (как язык обучения) 8. Русский язык (иностранный язык) 9. Riyaziyyat 10. Математика 11. Информатика Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Русский язык (как язык обучения) 2. Русский язык (иностранный язык) 3. Литература 4. Riyaziyyat 5. Математика 6. Информатика 7. История Азербайджана 8. Ümumi tarix 9. Всеобщая история 10. Həyat bilgisi 11. Познание мира 12. Физика 13. Химия 14. География 15. Biologiya 16. Биология 17. Физическое воспитание 18. Технология 19. Изобразительное искусство 20. Музыка 21. Допризывная подготовка Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır. Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.10.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir. Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az
21/10/2017 10:38
Direktor, direktor müavinləri və müəllimlərin təlimlərdə iştirakı üçün müsabiqənin II mərhələsi
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək təlimlərdə iştirak üçün müsabiqənin II mərhələsi 28 oktyabr 2017-ci il tarixində saat 11:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Müsabiqənin bu mərhələsi ilə bağlı məlumatlar II mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsilə məlumat veriləcək. Müsabiqənin II mərhələsində namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (nümunə suallar əlavə olunur). Müsabiqənin II mərhələsi ilə bağlı hər hansı bir sual yaranarsa, telim@edu.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz. Nümunə suallar
17/10/2017 14:03
Direktorlar və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elanı
Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin psixoloji əsasları; • Kurikulum: nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması. Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil; • 5 (beş) il pedaqoji iş təcrübəsi. Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı; • Yüksək motivasiyalılıq; • Səmərəli qərar qəbuletmə bacarığı; • Nəticəyönümlülük; • İKT-dən istifadə bacarığı; • Məntiqi düşüncə bacarığı. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw Müraciət üçün son tarix: 12 oktyabr 2017-сi il Seçim qaydaları: I mərhələ: http://bit.ly/2fLf2bw linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
28/09/2017 17:28
Koreya Respublikasının 2018-2023-cü illər üzrə elan etdiyi təqaüd proqramı
Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: bakalavr Yaş həddi: 25 yaşadək (doğum tarixi 01.03.1993-cü il tarixindən sonra olanlar müraciət edə bilər) Təqaüdün müddəti: 1 il Koreya dil hazırlıq kursu, 4 il bakalavr dərəcə proqramı Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci və s. Son müraciət tarixi: namizədlər sənədləri 20.10.2017-ci il tarixindən gec olmayaraq Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməlidir. Rəsmi internet səhifəsi: www.studyinkorea.go.kr Qeyd: Bakalavr dərəcəsi olan, Koreyada əvvəl və ya hazırda orta təhsil alan namizədlər müraciət edə bilməz. Təqaüd proqramı ilə bağlı sualları səfirliyin əməkdaşı Li Hyunjuya ünvanlaya bilərsiz: tel: 0125967901, E-məktub: azeremb@mofa.go.kr Ətraflı məlumat: 2018 GLOBAL KOREA SCHOLARSHIP
26/09/2017 11:29
Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən bu il ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilmişdir. Müsabiqə başa çatdıqdan sonra 7-8 sentyabr 2017-ci il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya mesahibədə iştirak etməyən namizədlər üçün əlavə yerdəyişmə aparılmışdır. Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri - daimi işləyənlər Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri - təyinat alanlar
19/09/2017 17:42
2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən bu il ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilmişdir. Müsabiqənin keçirilməsi ilə əlaqədar 1-14 iyul 2017-ci il tarixlərdə elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak üçün müraciət etmiş 46153 nəfərin ərizəsi təsdiqlənmiş və onlar test imtahanına buraxılmışlar. İmtahanlar 2017-ci il iyul ayının 25-dən avqust ayının 5-dək davam etmişdir. İmtahanlarda iştirak edən 37758 nəfərdən 6518 nəfər müsahibəyə buraxılmışdır. 2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri I tur 2017-2018-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri II tur
19/09/2017 17:23
“Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” layihəsi
Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR) layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçiriləcək. Tədbirin məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə ikili dərəcələrin qazanılması haqqında geniş məlumatın verilməsidir. Tədbirdə ölkəmizin ali təhsil müəssisələrində “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya” və “Biologiya” ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və 1-ci kurs magistrantları iştirak edə bilər. Tədbir 2017-ci il 25 sentyabr tarixində saat 11.00-dan–14.00-dək Bakı Dövlət Universitetinin dəyirmi zalında (yeni korpus, 1-ci mərtəbə) keçiriləcəkdir. Əlavə məlumat üçün: Yaşar Ömərov - əlaqələndirici şəxs, telefon (012) 599 11 55 (daxili nömrə 5168), email - yashar.omarov@edu.gov.az
18/09/2017 17:25
SABAH qruplarına İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə tələbə qəbulu elan olunur
SABAH qrupları 2017/2018-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İngilis bölməsi üzrə tələbə qəbulu müsabiqəsini açıq elan edir! Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müvafiq ixtisas üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin hər iki semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Tələbələr üçün müəyyən olunmuş son qeydiyat tarixi 11 senyabr 2017-ci ildir. QEYD: Hər iki semestr nəticələrinin göstərildiyi akademik transkriptin yüklənməsi tələb olunur. Akademik transkriptdə hər semestr üzrə ÜOMG ayrı-ayrılıqda göstərilməlidir. Qeydiyyatdan keçən zaman müvafiq xanaya yalnız birinci semestr üzrə ÜOMG qeyd olunmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur. 2017/2018-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış olmağınız tövsiyə olunur. Elektron ərizəyə keç
09/09/2017 16:21
Açıq tenderin nəticələri barədə
2017/2018-ci tədris ilinə ümumtəhsil məktəblərinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapına dair keçirilmiş açıq tenderin nəticələri barədə Azərbaycan Respublikası Təhsil Nazirliyində ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin 2017/2018-ci tədris ilində əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satınalınması üzrə keçirilmiş açıq tenderin qalibləri “Təhsil NP” MMC, “AspoliqrafLTD” MMC, Çaşıoğlu Eİ MMC, “Şərq-Qərb ASC” və “Radius” MMC olmuş və həmin müəssisələr ilə müvafiq satınalma müqavilələri bağlanmışdır.
25/08/2017 14:29
Filter
Xəbərlər
-
Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
28.11.2024 - 18:20 -
Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kollektivə təqdim olunub
28.11.2024 - 17:50 -
Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb
28.11.2024 - 16:00 -
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
28.11.2024 - 09:34 -
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlı təlimat.
ƏtraflıDostluq daha gözəldir!
ƏtraflıNoyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21739-1
Ətraflı