Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir
Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ∙ ərizə; ∙ əmək kitabçasının surəti; ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədnin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə); ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); ∙ bir ədəd ağ fonda rəngli foto şəkil (4×6); ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 31 iyul 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Telefonlar: 599-11-55 (dax: 52-28) Təhsil Nazirliyi İnsan resursları şöbəsi, müdir Vəzifənin kodu: Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat Vəzifə maaşı: 980 manat Qulluq funksiyaları: - səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil qanunvericiliyinin icrasının təmin edilməsində iştirak; - Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində insan resurslarının idarəolunmasına və bu sahədə strateji istiqamətlərin müəyyənləşdirilməsi və tətbiqinə nəzarətin olunması; - Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Təhsil Nazirliyi sistemi üzrə 2-7-ci təsnifat inzibati vəzifə tutan dövlət qulluqçuları ilə əmək münasibətlərini tənzimlənməsi, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi, vakant yerlər barədə məlumatların hazırlanmasına nəzarət; - təhsilverənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edən Innovativ təlim metodlarını və təhsilin məzmunun səmərəli mənimsənilməsini təmin edən, səriştəli kadrların formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, sahə üzrə vahid inkişaf strategiyasının formalaşdırılmasında iştirak; -Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun, onların yerdəyişməsinin təşkili və keçirilməsinə nəzarət; - təhsil müəssisələrində çalışan pedaqoji kadrların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə nəzarətin edilməsi; - nomenklaturaya uyğun rəhbər və pedaqoji kadrların seçilib yerləşdirilməsi işinin təşkili; - kadr məsələləri üzrə normativ hüquqi aktların hazırlanması; -sistemə daxil olan müəssisə və təşkilatlarda kadrlarla aparılan işə rəhbərlik və nəzarətin həyata keçirilməsi; - kadr siyasətinin mövcud qanunvericiliyə və direktiv sənədlərə müvafiq olaraq həyata keçirilməsinə nəzarət; - təhsil müəssisələrində kadrlara olan tələbatın müəyyənləşdirilməsi işinin təşkilinə, onların toplanaraq təhlil edilməsi və müsabiqəyə çıxarılmasına nəzarət; -təhsil sistemi üzrə nomenklaturaya və qanunvericiliyə uyğun vəzifəyə təyin və azad olunması qaydalarının müəyyənləşdirilməsi; - kadr sənədləşmələrinin aparılmasında əmək qanunvericiliyinin düzgün tətbiqi ilə bağlı reqlamentlərin verilməsi, onlara yerlərdə əməl olunması işinə nəzarət; -Nazirliyə daxil olan layihə və proqramların təhlil edilməsi, müvafiq rəy və təkliflərin verilməsi; -şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və vaxtında cavablandırılması işinə nəzarət; - yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən kadr məsələləri ilə bağlı mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyin və nəzarətin həyata keçirilməsi; Vəzifənin tutulması şərtləri: təhsil:Təhsil ixtisasları qrupu üzrə: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, Humanitar və social ixtisaslar qrupu üzrə: Filologiya (dillər üzrə), fəlsəfə, jurnalistika, tarix, psixologiya, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər; təhsilin təşkili və idarə olunması ixtisası üzrə ali təhsil: staj: rəhbər vəzifələrdə üzrə 3 ildən az olmamaqla 7 il iş stajı:kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)
30/07/2018 14:22
“Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınması”na dair açıq tender elanı
24/07/2018 17:25
Satın alınmaya dair bidlriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30 iyul 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
24/07/2018 16:14
Açıq tender elanı
20/07/2018 12:14
Kotirovka sorğusunun nəticələri haqqında bidiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Aztol Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 iyul 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
19/07/2018 16:10
Daxili müsahibələrin nəticələri barədə məlumat
Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə daxili müsahibələrin nəticələri barədə məlumat № Namizədin soyadı, adı Struktur bölmə Namizədin iddia etdiyi vəzifə Müsahibənin keçirilmə tarixi Müsahibənin nəticəsi 1. Əliyeva Vüsalə Firdovsi Tədris resursları şöbəsi Baş məsləhətçi 17.07.2018 18 2. Orucov Ramil Ağamirzə Maliyyə şöbəsi, Maliyyə sektoru Baş məsləhətçi 17.07.2018 Iştirak etməyib 3. Salmanova Maral Saday Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru Baş məsləhətçi 17.07.2018 16,7 4. Bədirxanov Zamin Ədalət Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsi Müdir 17.07.2018 17,7 5. Məmmədov Əziz Bəhmən Qazax rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14 6. Cəfərov Vüsal Rizvan Samux rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16 7. Bürcəliyev Rahib Məhəmməd Göyçay rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16 8. Dostuyev Qələmşah Dostu Quba rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14
18/07/2018 12:07
Daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik
Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 15 may 2018-ci il tarixdə elan edilmiş daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik № Namizədin soyadı, adı Struktur bölmə Namizədin iddia etdiyi vəzifə Müsahibənin keçirilmə tarixi Müsahibənin keçirilmə vaxtı 1. Əliyeva Vüsalə Firdovsi Tədris resursları şöbəsi Baş məsləhətçi 17.07.2018 10:15 2. Orucov Ramil Ağamirzə Maliyyə şöbəsi, Maliyyə sektoru Baş məsləhətçi 17.07.2018 10:45 3. Salmanova Maral Saday Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru Baş məsləhətçi 17.07.2018 11:30 4. Bədirxanov Zamin Ədalət Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsi Müdir 17.07.2018 12:15 5. Məmmədov Əziz Bəhmən Qazax rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14:15 6. Cəfərov Vüsal Rizvan Samux rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:00 7. Bürcəliyev Rahib Məhəmməd Göyçay rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:45 8. Dostuyev Qələmşah Dostu Quba rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16:30
13/07/2018 12:57
Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı
Azərbaycan Respublikasının Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz. Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər. Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 29 iyun 2018-ci il tarixindən 29 iyul 2018-ci il tarixinədək (30 gün müddətində) elektron müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.
06/07/2018 11:12
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 03.07.2018-ci il tarixində saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
29/06/2018 12:29
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyi aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29.06. 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
27/06/2018 12:40
Filter
Xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.
ƏtraflıNoyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1
ƏtraflıRespublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!
Ətraflı