Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsinin Kadrlar sektorunda vakant olan baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibəyə dair elan
Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
∙ ərizə;
∙ əmək kitabçasının surəti;
∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə);
∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);
∙ bir ədəd ağ fonda rəngli foto şəkil (4×6);
∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 14 sentyabr 2018-ci il tarixdən 28 sentyabr 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz
Telefon: 599-11-55 (dax: 52-28)
6 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00