Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün müxtəlif kartric və İKT avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 04.10.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
01/10/2018 12:34
Direktorlar, direktor müavinləri və müəllimləri əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə dair elan
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. İkinci mərhələ oktyabrın 13-də saat 12:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında (ünvan: Bakı şəhəri, Faiq Yusifov küçəsi 39) həyata keçiriləcək. Namizədlərin saat 10:30-dan etibarən imtahan məkanında olması vacibdir. Müsabiqənin ikinci mərhələsi ilə bağlı əlavə məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsi ilə məlumat veriləcək. İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (sual nümunələri əlavə olunur). Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Sual nümunələri
28/09/2018 12:48
Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlərin keçirilməsinə dair elan
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyindəki (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması. Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil; • 5 (beş) il pedaqoji iş təcrübəsi. Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı; • Yüksək motivasiyalılıq; • Səmərəli qərar qəbuletmə bacarığı; • Nəticəyönümlülük; • İKT-dən istifadə bacarığı; • Məntiqi düşüncə bacarığı. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədi ilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw Müraciət üçün son tarix və saat: 27 sentyabr 2018-сi il saat 18:00. Seçim qaydaları: I mərhələ: http://bit.ly/2fLf2bw linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
17/09/2018 10:02
Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsinin Kadrlar sektorunda vakant olan baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibəyə dair elan
Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ∙ ərizə; ∙ əmək kitabçasının surəti; ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə); ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); ∙ bir ədəd ağ fonda rəngli foto şəkil (4×6); ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 14 sentyabr 2018-ci il tarixdən 28 sentyabr 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz Telefon: 599-11-55 (dax: 52-28)
14/09/2018 13:54
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransının keçirilməsi ilə əlaqədar müxtəlif malların, işlərin və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Red Komyunikeyşns” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 11 sentyabr 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.
12/09/2018 16:29
Pakistan Texniki Dəstək Proqramı çərçivəsində 2018/2019-cu tədris ili üzrə təqaüd proqramı
Ölkə: Pakistan Təhsil səviyyəsi: Bakalavriat, Doktorantura. İxtisaslar: Mühəndsilik (bakalavriat), Əczaçılıq (doktorantura). Maliyyələşmə: Müraciət və səyahət xərcləri namizədlər tərəfindən qarşılanır. Təhsil haqqından tam və ya qismən azad olunma, universitetlərin fərdi siyasəti ilə tənzimlənir. Son müraciət tarixi: 07.09.2018-ci il. Qeyd: Tələb olunan sənədlər, proqram haqqında əraflı məlumatı və anket formasını aşağıdakı keçidlərdən əldə edə bilərsiniz: - Ətraflı məlumat; - Anket forması Qeyd: Namizədlər müvafiq anket forması və digər sənədləri 07.09.2018-ci il tarixində 15:00-dan 17:00-dək Təhsil Nazirliyinin qəbul şöbəsində aidiyyəti şəxsə təqdim etməlisiniz. Əlaqə şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova (0125991155 dax. 5265)
03/09/2018 16:12
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransının keçirilməsi ilə əlaqədar müxtəlif malların, işlərin və xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 sentyabr 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
31/08/2018 16:23
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Az Fire Safety” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 28 avqust 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
30/08/2018 11:00
Satınalma müqaviləsinin bağlanıllması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 16 avqust 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
17/08/2018 21:24
Açıq tender elanı
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 4 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ AÇIQ TENDERƏ DƏVƏT EDİR: Tender 1 lot üzrə keçirilir: lot 1 - Yanacağın (odunun) satın alınması Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küç. 29 ünvanından alabilərlər (Əlaqələndirici şəxs: Mayıl Kərimov 070 610 24 99). İştirak haqqı lot 1 - 50 manat İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3. Tender təklifi (zərflərin açıldığ ıtarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanunauyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.08.2018-ci il tarixində saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.08.2018-ci il tarixində saat 17:00-a qədər Oğuz şəhəri Xətai küç.29 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04.09.2018-ci il tarixində saat 11:00-da Oğuz şəhəri, Xətai küçəsi 29 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. TENDER KOMİSSİYASI
14/08/2018 21:59
Filter
Xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.
ƏtraflıNoyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1
ƏtraflıRespublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!
Ətraflı