Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının çapı və seçilmiş sənədlərin tikilməsi, cildlənməsi işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13.02.2019-cu il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
11/02/2019 11:00
Açıq tenderə dəvət
11/02/2019 10:58
Latviyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı
08/02/2019 14:12
Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı
Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir. Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Tədris dili: rumın dili İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq. Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır. Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro). Ətraflı məlumat və tələblər: https://www.mae.ro/en/node/10251 Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019 Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 22.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir. Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.
05/02/2019 11:03
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, aparatında və tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan elektrotexniki avadanlıqlara texniki xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 5 fevral 2019-cu il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
31/01/2019 17:54
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, ümumi təhsil müəssisələrinin birinci sinifinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem vasitəsi ilə həyata keçirilməsi ilə əlaqədar müraciət edən vətəndaşlara məlumatların operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsi ilə məlumatlandırma xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 6 fevral 2019-cu il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
31/01/2019 17:53
İslam İnkişaf Bankı 2019-2020-ci tədris ili üçün təqaüd proqramları elan edir
İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün müxtəlif səviyyələr üzrə təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edir. Təhsil səviyyəsi: peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat Tədris dili: ingilis dili Maliyyələşmə: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Son müraciət tarixi: 28.02.2019-cu il Təqaüd proqramının əhatə etdiyi universitetlər, ixtisaslar və digər şərtlərlə bağlı aşağıdakı keçiddən tanış olmaq olar: https://bit.ly/2U410U7 Müraciətlər yalnız elektron qaydada təqdim edilməlidir: https://isdbscholarships.smartsimple.com/s_Login.jsp Təqaüd proqramı ilə bağlı hər hansı sual yarandığı təqdirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə əlaqələndirici şəxslə əlaqə saxlanılması tövsiyə edilir: Elvin Qarayev (tel: 3102800 /daxili-2055)
21/01/2019 11:28
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təhsil səviyyəsi: Magistratura Tədris dili: İngilis dili İxtisaslar: Bitkilərin mühafizəsi; Kənd təsərrüfatının inkişafı və aqrobiznes; Kənd təsərrüfatı üzrə biotexnologiya. Universitetlər: University of Pannonia, Szent István University Maliyyələşmə: Təhsil haqqı, yataqxana və yaşayış xərci, tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz. Son müraciət tarixi: 28.02.2019 Qeyd: Yalnız 30 yaşadək namizədlər müraciət edə bilər. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.
18/01/2019 16:46
Türkiyə Respublikasının 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı
Ölkə: Türkiyə Tədris ili: 2019/2020 Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura, həmçinin 1 il dil hazırlığı kursu Maliyyələşmə: Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri əhatə edir. Təhsil səviyyəsinə uyğun aylıq təqaüd: Bakalavriat səviyyəsi üzrə: 700 TL Magistratura səviyyəsi üzrə: 950 TL Doktorantura səviyyəsi üzrə: 1400 TL Son müraciət tarixi: 20.02.2019-cu il Müraciət səhifəsi və ətraflı məlumat: https://www.turkiyeburslari.gov.tr/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir. Əlaqədar şəxslər: Günəş Övsətova (0125991155 dax. 5265) Rəvan Süleymanov (0125991155 dax. 5231)
18/01/2019 14:36
Filter
Xəbərlər
-
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03.09.2026 - 14:05 -
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39
Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓ ? Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları qiymətləndirmək, problem həll etmək və düzgün qərar vermək də ən az bilik qədər vacibdir. ? PISA 15 yaşlı şagirdlərin məhz bu bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #PISA #OECD
Ətraflı? Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb. ? 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib. Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TəhsildəQrantlar #MəktəbəqədərTəhsil
ƏtraflıŞagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir? Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacibdir? PISA (Programme for International Student Assessment) - beynəlxalq qiymətləndirmə tədqiqatı məhz bu suallara da cavab axtarır. PISA-nın yanaşması yalnız şagirdin nə bildiyini deyil, əldə etdiyi bilik və bacarıqlardan yeni və real həyat situasiyalarında necə istifadə etdiyini qiymətləndirməyə əsaslanır. “Azərbaycan müəllimi” qəzetinin təhlil yazısında PISA-nın mahiyyəti, nəticələrin necə şərh olunmalı olduğu və təhsil sistemi üçün hansı sualları yaratdığı ətraflı izah edilir. Ətraflı: https://muallim.edu.az/sagirdin-oz-biliyini-heyatda-tetbiq-ede-bilmesi-ne-qeder-vacibdir-pisa-tedqiqati-esasinda-tehlil #ElmVəTəhsilNazirliyi #AzərbaycanMüəllimi #PISA
Ətraflı