Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı filialı qalib elan edilib və həmin təşkilat ilə 15 yanvar 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
17/01/2019 17:19
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə istilik enerjisi (quru odun yanacaginin) işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 16 Yanvar 2019-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
16/01/2019 16:56
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei)
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub. Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər. Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 il davam edir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir. Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq. Müraciət edənlər proqramda iştirak müddəti başa çatdıqdan sonra ölkələrinə qayıtmalı və müəllimlik fəaliyyətinə davam etməlidirlər. Proqram bitdikdən sonra Azərbaycana və müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər. Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini Yaponiyanın ölkəmizdəki səfirliyinə 8 fevral 2019-cu il saat 12.00-dək təqdim edə bilərlər. Təqaüd proqramı hər universitetin təlim kursuna uyğun olaraq 2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi davam edəcək. Ətraflı məlumat: https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000379.html Suallar üçün: Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin Təhsil və mədəniyyət şöbəsi. Əlaqə nömrəsi: (0124907818) E-mail: culture-info@bk.mofa.go.jp
14/01/2019 17:09
Kotirovkalar sorğusu ilə satın alınmaya dair elan
Azərbaycan Respublikasının Xalq Təhsili Muzeyi mühafizə xidmətinin kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlananan təşkilatlar (012) 496-64-88 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 12 dekabr 2018-ci il saat 09:00-dək qəbul olunur.
08/01/2019 11:55
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2019-cu il üçün tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 3 yanvar 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
25/12/2018 15:33
Pakistan İslam Respublikasının İslamabad COMSATS Universitetində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı
Ölkə: Pakistan İslam Respublikası Ali təhsil müəssisəsi: İslamabad COMSATS Universiteti Tədris ili: 2019/2020 Təhsil səviyyəsi: Magistratura və doktorantura Maliyyələşmə: Beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, təhsil haqqı və yaşayış xərcləri qarşılanır. Son müraciət tarixi: 15.02.2019 Ətraflı məlumat: http://www.comsats.edu.pk/ Müraciət səhifəsi: http://international.admissions.comsats.edu.pk/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi kimi elektron qaydada həyata keçirilir. Əlaqədar şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova (0125991155 dax. 5265)
20/12/2018 11:38
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün yeni kondisionerlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən fiziki şəxs Orxan Zeynallı qalib elan edilib və həmin təşkilat ilə 17 dekabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
19/12/2018 16:51
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” nın qalib və fəal iştirakçı şagirdlərinin təltif edilməsi tədbirinin keçirilməsi ilə əlaqədar müxtəlif malların və işlərin satın alınması üçün keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Ural” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 17 dekabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
19/12/2018 15:35
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” nın qalib və fəal iştirakçı şagirdlərinin təltif edilməsi tədbirinin keçirilməsi ilə əlaqədar müxtəlif malların və işlərin satın alınması üçün keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Ural” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 17 dekabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
18/12/2018 13:57
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyində fəaliyyət göstərən müəssisələr üçün İKT avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən, “Merkuri İ68” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 17 dekabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
18/12/2018 13:56
Filter
Xəbərlər
-
Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb
24.09.2026 - 18:40 -
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı